Dövlət qulluğu haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix07.07.2023
ölçüsü0,65 Mb.
#136118
1   2   3   4   5   6   7   8   9   10   ...   20
DOVLET-QULLUGU-HAQQINDA-21-iyul-2000-ci-il-№-926-IQ 071029

[41]
 
Qeyd:
11-ci maddədə “dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə, 
dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət 
qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi 
nəzərdə tutulur.
M a d d ə 1 2 .
 
İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu
 
[42]
 
12.1. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin təsnifatları və adları, 
ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir.
[43]
 
12.2. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin 
yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. İnzibati 
və yardımçı vəzifələrin təsnifat toplusu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən müəyyən edilir.
M a d d ə 1 3 .
 
İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələblə
ri 
[44]
 
13.1. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin 
vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir.
13.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa 
ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini 
öyrənməlidir.
13.3. Yardımçı vəzifə iddiasında olan şəxsin tam orta təhsili olmalıdır.
[45]
 
13.4. İnzibati və yardımçı vəzifələri tutmaq üçün əlavə tələblər qanunvericiliklə və vəzifə təlimatları 
ilə müəyyən edilir.
I V f ə s i l
 
DÖVLƏT QULLUQÇUSU
 
M a d d ə 1 4 .
Dövlət qulluqçusu 
14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız
bu 
Qanunun 7.1-
ci maddəsində göstərilən mənbələrdən
verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və 
inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq 
olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.
[46]
 


 14.2. 
Siyasi və ya
inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu 
dövlət vəzifəli şəxsdir.
 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin