14.3. Deputatlar və hakimlər dövlət qulluqçuları sayılmırlar.
[48]
M a d d ə 1 5 .
Dövlət qulluqçusunun andı
15.1. And Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və
sədaqət münasibətlərini təsdiq edir.
15.2. İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına
başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir:
[49]
«Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl
edəcəyimə, dövlət sirrini və xidməti sirri
qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi
hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə,
var
gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm».
15.3. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında
Azərbaycan Respublikasının Konstitusiyasına əl
basmaqla həyata keçirilir.
15.4. Andiçmə bir dəfə olur. And içən dövlət qulluqçusu andın mətnini imzalayır və bu
sənəd onun şəxsi işində saxlanılır.
[50]
15.5. Dövlət qulluğunun ayrı
-
ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan
Respublikasının qanunvericilik aktlarında müəyyən
edilir.
15.6. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər.
M a d d ə 1 5 - 1 . Dövlət qulluqçusunun şəxsi işi [51]
15- 1.1. Dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır. 15- 1.2. Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15 -1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. 15- 1.3. Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 15- 1.4. Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. M a d d ə 1 5 - 2 .