həmin vəzifə üçün nəzərdə tutulmuş daha yüksək ixtisas dərəcəsi) alması üçün dövlət orqanında
azı yeddi illik qulluq stajı və müvafiq vəzifədə azı üç illik fasiləsiz əmək stajı olmalı, dördüncü-
yeddinci təsnifat vəzifələri tutan şəxslərin isə bundan ötrü dövlət orqanında azı beş
illik qulluq stajı olmalıdır. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu,
peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Bu maddənin birinci cümləsində müəyyən
edilmiş hər hansı tələbə cavab verməyən vəzifəli şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün
müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Üçüncü təsnifat vəzifələrində çalışan dövlət
qulluqçularına 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi o halda verilə bilər ki, həmin
şəxslərin uyğun dövlət orqanlarında azı on illik qulluq stajı , müvafiq vəzifədə isə azı beş
illik qulluq stajı olsun. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu, peşəkarlığı
və idarəçilik təcrübəsi nəzərə alınır.
[40]
11.4. Dövl
ət orqanlarının aparatları (və ya onların fəaliyyətini təmin edən qurumlar)
və onların bölmələri
Ali - 5-ci kateqoriya
dövlət orqanlarının Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və
səlahiyyətləri, habelə onların
həyata keçirilməsi xüsusiyyətləri nəzərə alınaraq,
təminedici və yardımçı kimi təsnifləşdirilir.
Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və
onun bölmələrinin adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dostları ilə paylaş: