Dövlət qulluğu haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix07.07.2023
ölçüsü0,65 Mb.
#136118
1   2   3   4   5   6   7   8   9   ...   20
DOVLET-QULLUGU-HAQQINDA-21-iyul-2000-ci-il-№-926-IQ 071029

 
DÖVLƏT ORQANLARI
 
M a d d ə 7 .
Dövlət orqanı anlayışı 


7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş 
hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının 
dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və 
müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun 
büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan 
Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.
[12]
 
7.2. Dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə 
tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə
struktur hissəsidir ki
özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir 
hissəsini həyata keçirir.
M a d d ə 8 .
 
Dövlət orqanlarının təsnifatı
[13]
 
 
8.1. Dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional 
və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır:
8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7
-ci 
maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının 
qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları,
Azərbaycan 
Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının 
fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan,

Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi 
səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan 
Azərbaycan Respublikasının Ali Məhkəməsi
(Ali kateqoriya dövlət orqanları);
[14]
 
8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan 
Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə 
müəyyən 
edilən 
dövlət 
orqanları 

Azərbaycan 
Respublikasının 
Ali 
Məhkəməsi,
Naxçıvan 
Muxtar 
Respublikasının 
Ali 
Məclisi, 
Azərbaycan 
Respublikasının Baş Prokurorluğu,
Azərbaycan Respublikasının Hesablama Palatası, 
Məhkəmə
-
Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları 
üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1
-ci kateqo
riya dövlət orqanları);
[15]
 
8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan 
Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və 
Azərbaycan Respublikasının Konstitusiyasının 113
-
cü maddəsi ilə müəyyən edilən 
dövlət orqanları –
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi 
Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar 
Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, 
Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası 
Mərkəzi Seçki
Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı 
mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli 
Televiziya və Radio Şurasının Aparatı (2
-
ci kateqoriya dövlət orqanları);
[16]
 
8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113
-
cü və 124
-
cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları –
müvafiq icra 


hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, 
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 
regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının 
Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, 
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı, ağır cinayətlər 
məhkəmələri, inzibati
-
iqtisadi məhkəmələr, hərbi məhkəmələr, Naxçıvan Muxtar 
Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu 
(3-
cü kateqoriya dövlət 
orqanları);
[17]
 
8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113
-cü, 120-ci 
və 124
-
cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları –
müvafiq icra 
hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq 
icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) 
məhkəmələri, rayon (şəhər) prokurorluqları və
hərbi prokurorluqları (4
-cü kateqoriya 
dövlət orqanları);
[18]
 
8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113
-
cü və 124
-
cü 
maddələri ilə müəyyən edilən dövlət orqanları –
müvafiq icra hakimiyyəti 
orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq 
icra 
hakimiyyəti 
orqanlarının 
yanında, 
tabeliyində 
olan 
orqanların 
yerli 
bölmələri,
müvafiq icra 
hakimiyyəti orqanlarının yanında olan orqanlar və inzibati ərazi 
dairələri üzrə nümayəndəlikləri
(5-
ci kateqoriya dövlət orqanları).
 [19]
 
8.2. Dövlət orqanlarının bölmələri onlara həvalə edilmiş funksiyalara görə aparıcı 
və köməkçi bölmələrə bölünür (1
-ci 

7-
ci kateqoriya dövlət orqanlarının bölmələri).
[20]
 
8.3. 
Konkret dövlət orqanlarının və onların bölmələrinin müvafiq kateqoriyalara 
aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qanun əsasında müəyyən 
edilir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin