Dövlət qulluğu haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix07.07.2023
ölçüsü0,65 Mb.
#136118
1   2   3   4   5   6   7   8   9   ...   20
DOVLET-QULLUGU-HAQQINDA-21-iyul-2000-ci-il-№-926-IQ 071029

[21]
 
I I I f ə s i l
 
DÖVLƏT QULLUĞU VƏZİFƏSİ
 
M a d d ə 9 .
Dövlət qulluğu vəzifəsinin anlayışı 
Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən 
edilən
struktur quruluşu
və ştat cədvəlinə uyğun olan
ştat vahididir. Həmin vəzifəni 
tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən 
asılı olaraq müəyyən edilir.
[22]
 
M a d d ə 1 0 .
Dövlət orqanlarında vəzifələrin təsnifatı 
[23]
 
10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, 
səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı 
vəzifələrə bölünür. 
10.2. Siyasi vəzifələr 1
-
ci kateqoriya dövlət orqanları rəhbərlərinin, rəhbərlərin 
birinci müavinlərinin və müavinlərinin, 2
-
ci kateqoriya dövlət orqanları rəhbərlərinin 
vəzifələridir. Siyasi vəzifəyə dövlət qulluqçuları Azərbaycan Respublikasının qanunları 
ilə müəyyən edilmiş qaydada və müddətə qanunvericilik və icra hakimiyyəti 
orqanlarının qərarı ilə təyin edilir və ya seçilirlər.
[24]
 


10.3. Dövlət qulluqçuları siyasi vəzifəyə təyin ediləndən və ya seçiləndən sonra 
özlərinə müşavir, köməkçi və katib işə götürə bilərlər.
10.4. Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu başqa qanunvericilik aktları ilə 
müəyyən olunur və
bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa,
bu Qanunun qüvvəsi 
onlara şamil
edilmir.
[25]
 
10.5. İnzibati vəzifələr Ali 
- 5-
ci kateqoriya dövlət orqanları aparatları və bölmələri 
rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin 
vəzifələridir. İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq
orqanın 
səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə 
müəyyən edilir.
10.6. Yardımçı vəzifələr Ali 
- 5-
ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata 
keçirən
dövlət qulluqçularının
(kargüzar, 
makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, 
sürücü və sair işçilərin) vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu 
müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə 
təlimatları ilə müəyyən edilir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin