19.0.4. əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə
alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət
maaşının məbləğinin artırılması iddiasında
olmaq;
[66]
19.0.5. elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı
rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə
məşğul olmaq;
[67]
19.0.6. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir
göt
ürmək;
19.0.7. ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və
digər sənədlərlə tanış olmaq, habelə öz
izahatlarının şəxsi işə tikilməsini tələb etmək;
19.0.8. şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti araşdırma
aparılmasını tələb etmək;
[68]
19.0.9. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə
etmək;
19.0.10.
həmkarlar ittifaqlarında birləşmək;
19.0.11. qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və
ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət
qulluqçusunda şübhə doğurursa, həmin
göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək;
[69]
19.0.12. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, dövlət qulluqçusu
funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə,
ictimai birliklərdə üzv olmaq;
19.0.13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və
müvafiq təlim keçmək, habelə təhsil
məqsədilə məzuniyyət almaq;
19.0.14. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial
məzuniyyətlər, özünün və ya ailə üzvlərinin
müalicəsi ilə əlaqədar
və yaradıcılıq məzuniyyətləri ), özünün və ya ailə üzvlərinin əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu ilə
əlaqədar pensiyalar və müavinətlər almaq.
[70]
M a d d ə 2 0 .
Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər
20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur:
20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş
qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə
tutmağa;
[71]
20.1.2. elmi v
ə yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin
icazəsi olmadan pedaqoji və başqa ödənişli
fəaliyyətlə məşğul olmağa;
[72]
20.
1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili
olmağa;
20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş
müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət
sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə
informasiyadan üçüncü
şəxslərin xeyrinə istifadə etməyə;