Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Səhmdarların ümumi yığıncağında iştirak hüququ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə56/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   52   53   54   55   56   57   58   59   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Səhmdarların ümumi yığıncağında iştirak hüququ 
Səhmdarların ümumi yığıncağında iştirak hüququnun həyata keçirilməsi üçün 
yığıncaqda iştirak hüququna malik olan şəxslərin müəyyənləşdirilməsi zəruridir. 


135 
Səhmdarların ümumi yığıncağında iştirak hüququna bütün adi səhmlərin sahibi 
olan səhmdarlar, eləcə də müəyyən hallarda imtiyazlı səhmlərə malik olan 
səhmdarlar malikdirlər.
İmtiyazlı səhmlərin sahibləri aşağıdakı hallarda səs vermək hüququna malik 
olurlar; 
- Ümumi yığıncağın gündəliyinə şirkətin yenidən təşkili və ya ləğv olunması 
barədə sual daxil edildikdə
- Ümumi yığıncağın gündəliyinə imtiyazlı səhmlərin sahiblərinin hüquqlarını 
məhdudlaşdıran dəyişiklik və ya əlavələrin nizamnaməyə daxil edilməsi, 
həmçinin 
nizamnaməyə 
imtiyazlı 
səhmlərin 
sahiblərinin 
hüquqlarını 
məhdudlaşdıran dəyişikliklər və ya əlavələrin daxil edilməsi üçün əsas olan 
qərarların qəbul edilməsi. 
Hesab edirik ki, imtiyazlı səhmlərin sahibləri olan investorların maraqlarının 
qorunması məqsədilə qanunvericiliyə investorları vicdansız səhmdarlardan 
qoruyan normaları daxil etmək lazımdır. İmtiyazlı səhmlərin sahiblərinin 
səsvermədə iştirak imkanının genişləndirilməsi vacibdir. Məsələn, aşağıdakı 
hallarda imtiyazlı səhmlərin sahiblərinin adi səhmlərlə yanaşı, bütün 
məsələlərdə səsvermədə hüququnun əmələ gəlməsini müəyyən etmək olar: 
- illik ümumi yığıncaqda imtiyazlı səhmlər üzrə dividendlərin ödənilməsi 
haqqında qərar qəbul edilmədikdə və ya dividendlərin natamam ödənilməsi 
haqda qərar edildikdə
- kumulyativ imtiyazlı səhmlərin sahibləri ilə bağlı və bu səhmlər üzrə yığılmış 
dividendlərin ödənilməsi haqqında qərar qəbul edilmədikdə və ya toplanmış 
dividendlərin natamam ödənişi haqda qərar qəbul edildikdə. 
Hazırkı qanunvericilikdə imtiyazlı səhmlərə hansı əlavə hüquqların verilməsinin 
müəyyən edilməməsinə rəğmən, hesab edirik ki, səhmdarlar şirkətin 


136 
nizamnaməsində imtiyazlı səhmdarların əlavə səs vermə hüququnun əmələ 
gəlməsini müəyyən edən halları göstərə bilərlər. 
Səhmdarların ümumi yığıncağında iştirak hüququna malik olan şəxslərin 
siyahısı SC-nin reyestr məlumatlarının əsasında tərtib olunur. Səhmdarların 
ümumi yığıncağında iştirak hüququna malik olan şəxslərin siyahısının tərtib 
olunması tarixi direktorlar şurasının qərarı ilə müəyyən edilir və ümumi 
yığıncağın keçirilməsi haqqında qərarın tarixindən tez müəyyən edilə bilməz
ancaq hesab edirik ki, qaydalar bilavasitə qanunvericilikdə əks olunsa, daha 
məqsədəuyğun olardı. 
Təcrübədə ümumi yığıncaqda iştirak hüququna malik olan şəxslərin siyahısının 
təsdiq olunma tarixi ("reyestrin bağlanması" tarixi) və yığıncağın keçirilməsi 
tarixi arasında zaman kəsiyi var və səhmdar ona məxsus olan səhmlərin hamısını 
və ya bir hissəsini bu vaxt ərzində özgəninkiləşdirə bilər. Belə olan halda ümumi 
yığıncaqda iştirak hüququna kimin malik olduğu – siyahıya salınmış, ancaq artıq 
“keçmiş” səhmdar, yoxsa siyahıya düşməmiş yeni sahib – sualı ortaya çıxır. 
Xarici ölkələrin təcrübəsindən irəli gələrək bu məsələnin həlli üçün aşağıdakı 
çıxış yolunu tətbiq etmək olar. Siyahının tərtib olunma tarixi və ümumi 
yığıncağın keçirilmə tarixləri arasında səhmləri özgəninkiləşdirən (ümumi 
yığıncaqda iştirak hüququ olan və siyahıya daxil edilmiş) səhmdarlar səhmi alan 
şəxsə ümumi yığıncaqda səsvermə üçün etibarnamə verməlidir və ya ümumi 
yığıncaqda səhmi alanın göstərişinə uyğun olaraq, səs verməni tənzimləyən 
norma Mülki Məcəlləyə daxil edilməlidir. 
Qanunvericilikdə MMC-nin ümumi yığıncağının iştirakçılarının siyahısının 
tərtib olunmasına dair xüsusi tələblər mövcud deyil. MMC-nin bütün iştirakçıları 
ümumi yığıncaqda iştirak etmək, onun gündəliyinin məsələlərini müzakirə 
etmək və qərarların qəbulu zamanı səs vermək hüququna malikdirlər. Ümumi 


137 
yığıncaqda səhmdarlar və iştirakçıları şəxsən, yaxud etibarnamə (vəkalətnamə) 
əsasında fəaliyyət göstərən nümayəndələri vasitəsilə iştirak edə bilərlər. 
Qanunvericilikdə səhmdarların (iştirakçıların) hüquqlarını təmin edən və ümumi 
yığıncağın işinin təşkilinə yönələn müəyyən (az olsa da) prosedur normaları da 
mövcuddur. Bunların sırasına ümumi yığıncağın keçirilmə yeri və vaxtının 
müəyyənləşdirilməsi, iştirakçıların gündəlikdəki məsələlərlə (material) tanış 
olmaq imkanı və s. aiddir.
Müəyyən edilmiş prosedur tələblərinə əməl olunması ümumi yığıncaq 
tərəfindən qəbul edilmiş qərarların qanuniliyinin şərtidir. Belə ki, tələblərin 
pozulması ümumi yığıncağın qərarlarının etibarsız sayılması üçün əsas ola bilər, 
xüsusilə, bura aiddir:
-
ümumi yığıncağın keçirilməsi tarixi barədə səhmdarın vaxtında 
xəbərdarlıq edilməməsi; 
-
səhmdara yığıncağın gündəliyinə daxil olan məsələlər üzrə zəruri 
məlumatla (materiallarla) tanış olmaq imkanının verilməməsi. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin