56
təmiz saxlanılır. Zavodun ərazisi quru otlardan, yarpaqlardan, zibildən təmizlənir.
Kanalizasiya xətləri keçən xəndəklər (lotoklar) vaxtaşırı təmizlənir. Texnoloji
qurğular, yardımçı sahələr, bütün istehsalat və qeyri-istehsalat otaqları ilkin
yanğınsöndürmə vasitələri ilə təmin olunmalı,, texnoloji qurğular, çən parkları, neft
tutucuları və bu kimi təhlükəli yerlər köpüklü yanğınsöndürmə sistemləri ilə təmin
olunmalıdır. Bütün istehsalat və sahələrdə yanğın əleyhinə su hovuzları, su çənləri,
su dayaqları təhlükəli yerlərdə lafet su lülələri olmalıdır.
Odlu işlər aparmaq üçün zavodun ərazisində təhlükəsiz yerlərdə daimi qaynaq
meydançalar ayrılmışdır. Digər yerlərdə isə odlu işləri aparmaq üçün təhlükəsizlik
tədbirləri tam yerinə yetirildikdən və yazılı icazə verildikdən sonra icra oluna bilər.
Zavodda bütün iş yerlərində, anbarlarda, yardımçı bina və tikililərdə yanğın
təhlükəsizliyinə cavabdeh şəxslər təyin olunmuşdur.
Zavodun ərazisində siqaret çəkmək üçün xüsusi təhlükəsiz yerlər ayrılmışdır.
Bütün iş yerlərində hərbiləşdirilmiş yanğın hissələrinin telefon nömrələri yazılmış
lövhələr asılmışdır. Yanğın baş verdikdə hadisəni görən hər bir şəxs bu barədə
telefonla hərbiləşdirilmiş yanğın hissələrinə, qurğu və sex rəislərinə, gecə
növbəsində, istirahət və bayram günlərində isə zavodun dispetçerinə və sexlərdə
növbətçi mühəndislərə xəbər verməlidir.
Neft və neft məhsulları yandıqda, yanğını qumdan, köpüklü və tozlu
odsöndürənlərdən istifadə etməklə söndürmək olar.
Elektrik avadanlığı yandıqda tozlu və karbonqazlı odsöndürənlərdən, əgər
elektrik cərəyanı kəsilərsə istənilən vasitədən, hətta sudan istifadə etmək olar.
Meşə materialları və bu tipli materiallar yandıqda sudan və odsöndürənlərin hər
hansı birindən istifadə etmək olar. Qaz yandıqda tozlu odsöndürənlərdən istifadə
olunmalıdır. Yanğın baş verdikdə birinci növbədə insanları təhlükəli ərazidən
kənarlaşdırmaq lazımdır.
Dostları ilə paylaş: