Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ


  2.3. Müəssisədə əməyin təhlükəsizliyi işinin vəziyyəti



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix17.07.2023
ölçüsü1,12 Mb.
#136776
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
M-mm-dh-seynov-Yusif-Nazim

 


49 
2.3. Müəssisədə əməyin təhlükəsizliyi işinin vəziyyəti 
Nəfəs orqanlarının fərdi mühafizə vasitələri iki qrupa bölünür: süzgəcli və 
izoləedici. Süzgəcli fərdi mühafizə vasitələri havada oksigenin miqdarı kifayət 
qədər (18% -dən az olmadıqda) olduqda və üzvü zərərli maddələr olduqda, 
izoləedici fərdi mühafizə vasitələri isə havada oksigen çatışmadıqda və qeyri-üzvü 
zərərli maddələr olduqda tətbiq olunur. Süzgəcli qoruyucu vasitələr təyinatına görə 
qaz və buxarlardan qoruyan əleyhqazlara, tozlardan qoruyan aerozol əleyhinə 
vasitələrə və bunların hamısından birlikdə qorumaq üçün universal qoruyucu 
vasitələrə bölünür. Süzgəcli əleyhqazlar rezin maskadan, süzgəc qutusundan, 
birləşdirici borudan ibarətdir. Süzgəc qutusunun zərərli, qaz ve buxarlara müvafiq 
olaraq müxtəlif markaları (məsələn A, B, Q, E, M, KD və s) olur. Neft məhsulları 
buxarlarından qorunmaq üçün A markalı süzgəc qutusu nəzərdə tutulmuşdur. 
İzoləedici nəfəs orqanlarının fərdi mühafizə vasitələrinin 2 növü olur; 
Şlanqlı əleyhqazlar oksigenli nəfəs aparatları. Neftayırma sənayesində şlanqlı 
əleyhqazlar geniş tətbiq olunur. Bu əleyhqazlardan bağlı aparatlarda, quyularda və 
başqa bağlı zonalarda işləyərkən istifadə olunur. Onların 2 növü PŞ-1, PS-2 olur. 
Hər 2 eleyhqaz komplektində xilasedici kəmər və siqnal kəndiri olur. 
Şlanqlı əleyhqazlardan fərqli olaraq süzgəcli əleyhqazlar bütün işçilərə verilir. 
Əleyhqazları kənar şəxslərə vermək olmaz. 
Öz təyinatına görə əleyhqazlar xüsusi və qəza halları üçün olur. Hər bir qaz 
təhlükəli obyektdə qəza zamanı istifadə üçün həm süzgəcli, həm də şlanqlı 
əleyhqazlar xüsusi şkaflarda saxlanılır. Obyektdə bir növbə ərzində işləyənlərin 
maksimum sayı qədər süzgəcli və qəza zamanı istifadə üçün ən azı 2 ədəd əleyhqaz 
olmalıdır. Nəfəs orqanlarını toz və aerozollardan qorumaq üçün respiratorlardan 
istifadə olunur. 
Gözləri təhlükəli və zərərli faktorların təsirindən qorumaq üçün qoruyucu 
eynəklərdən istifadə olunur. Neft emalı müəssisələrində aşağıdakı qoruyucu 
eynəklərdən istifadə olunur: 
(Bayramov A., 2017: s. 11)

Açıq tipli - gözləri qarşıdan və yanlardan bərk hissəciklərdən qorumaq üçün; 

Bağlı tipli - gözləri qarşıdan, yanlardan, yuxarıdan və aşağıdan bərk 


50 
hissəciklərdən və maye sıçramalarından qorumaq üçün; 

Hermetik - gözləri yeyici qazlardan, mayelərdən və onların toz və bərk 
hissəciklərlə qarışığından qorumaq üçün. 
Elektrik və qaz qaynaqçılarının, qazla kəsicilərin gözlərini qorumaq üçün işıq 
süzgəcli qoruyucu ekranlardan istifadə olunur. 
Xüsusi geyimlər, ayaqqabılar və əlcəklər əsas fərdi mühafizə vasitələridir. 
Zavodda xüsusi geyimlər hər bir peşə və iş yerinin zərərli faktorları nəzərə 
alınmaqla təsdiq olunmuş normalar əsasında verilir.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin