48
döşəməsini növbəni təhvil verməzdən əvvəl təmizləmək lazımdır. Zavodun bütün
iş yerləri sanitariya-məişət otaqları, soyunub-geyinmə otaqları, duşxanalar və s. ilə
təmin olunmuşdur. Soyunub-geyinmə otaqları işçilərin
xüsusi geyimlərini və ev
paltarlarını saxlamaq üçün xüsusi dəmir şkaflarla təmin olunmuşdur. Ev paltarları
xüsusi geyimlərdən ayrı saxlanmalıdır. Zavodun zərərli iş şəraitində işləyən bütün
işçiləri süd və sabunla təmin olunur. Bunları iş yerlərindən çıxarmağa icazə
verilmir. İşçilərə verilmiş süd zərərsizləşdirici vasitə
kimi növbə ərzində qəbul
edilməlidir. Aşağıdakı cədvəldə zərərli iş şəraitində işləyənlərin südlə təmin
olunması göstəriciləri verilmişdir. Əməyin təhlükəsizliyini təşkil edərkən işçilərin
fərdi mühafizə vasitələri ilə təmin olunmasına, yanğın
təhlükəsinin nəzarətdə
saxlanılmasına, bədbəxt hadisələrin araşdırılmasına və səbəblərinin aradan qaldırıl-
masına və s. fikir vermək lazımdır.
Fərdi mühafizə vasitələri işçiləri əlverişsiz istehsalat ve meteoroloji faktorla-
rın təsirindən qorumaq üçün nəzərdə tutulur. Təyinatından asılı olaraq fərdi müha-
fizə vasitələrinin aşağıdakı sinifləri var: izolaedici kostyumlar, nəfəs orqanlarının
fərdi mühafizə
vasitələri, xüsusi geyimlər, xüsusi ayaqqabılar, əlləri qoruma vasitə-
ləri, başı, üzü, gözləri, qulaqları qoruma vasitələri, qoruyucu tərtibatlar, qoruyucu
dermotoloji vasitələr.
Dostları ilə paylaş: