53
yardım göstərmək qaydalarını bilməlidir. Bədbəxt hadisə
baş verərkən bu barədə
bilavasitə iş rəhbərinə, sex rəisinə və ya onu əvəz edən şəxsə xəbər verilməli və
təcili tibbi yardım çağırılmalıdır. İstirahət və bayram günləri, gecə növbəsi zamanı
isə istehsalat və sahələrdə növbətçi mühəndisə və zavodun dispetçerinə xəbər
verilməlidir.
İstehsalat və sahə rəisi (onu əvəz edən) bədbəxt hadisə barədə dərhal zavodun
rəhbərliyini və həmkarlar ittifaqı komitəsini xəbərdar etməlidir. Bilavasitə
iş rəh-
bərləri (qurğu, sahə rəisləri, böyük əməliyyatçı və s) təcili tibbi yardım çağırılması-
nı və zərərçəkənə ilkin tibbi yardım göstərilməsini təmin etməlidir.
2018-ci il ərzində zavodda cəmi 1 bədbəxt hadisə baş vermis, nəticədə ölüm
hadisəsi baş verməmişdir. Zavodda ən çox təsadüf edilən bədbəxt hadisələrə mexa-
niki zədələnmələr, sınıqlar, yanıqlar, zəhərlənmələr və elektrik cərəyanı ilə zədə-
lənmələri misal göstərmək olar. Mexaniki yaralanmalar 2 cür olur: qapalı və açıq.
Açıq yaralar dərinin yarılması, dərinin üz qatlarının siyrilməsi kimi yüngül və
ya dərinə batma kimi kəskin ola bilər. Ən sadə qapalı yara qançırdır. Bədən
müəyyən qüvvəyə məruz qaldıqda dəri altında olan
damarlar və yumşaq toxuma
təbəqələri zədələnir ki, bu da daxili qanaxmaya səbəb olur.
Əgər iri qan damarları zədələnərsə qanaxmanın qarşısını almaq üçün yaradan
yuxarı jqut qoymaq lazımdır. Jqutun qoyulma vaxtını kağızla yazıb jqutun altına
qoyulmalıdır. Jqut qoymazdan əvvəl onun altına tənzifdən altlıq düzəldib qoymaq
lazımdır. Jqutu 2 saatdan çox saxlamaq olmaz.
Sınıqlar baş verdiyi hallarda sınmış hissələri hərəkət etdirmək olmaz, çünki
sınmış sümüyün iti uclan toxumaları, əzələləri və dərini zədələyə bilər. Sınmış
hissəyə tərpənməyən sarğı (şina) qoymaq lazımdır. Əgər xüsusi şinalar yoxdursa əl
altında olan materiallardan taxta, ağac və s, istifadə etmək olar. Şina qoyulan yerin
sümüyü əhatə etsin. altına yumşaq material dəsmal, pambıq qoymaq lazımdır. Şina
elə qoyulmalıdır ki, arasında sınıq olan ən azı 2 sümüyü əhatə etsin.
Termiki - yanıqlar zamanı (1,2, 3, 4-cü dərəcəli) yanıq yerinə steril sarğı
qoymaq lazımdır.
Kimyəvi yanıqlar zamanı yanmış yeri 10-15 dəqiqə müddətində güclü su
54
axınının altında yumaq, turşu və qələvi gözə düşdükdə gözü su fəvvarəsi ilə və ya
çoxlu miqdarda su ilə 10-15 dəqiqə yumaq lazımdır.
Zavodda yanğın-texniki komissiyası yaradılmış,
istehsalat və sahələrdə
könüllü yanğınsöndürmə dəstələri fəaliyyət göstərir. Yanğın-texniki komissiyaya
baş mühəndis sədrlik edir. Yanğın-texniki komissiyası yanğın təhlükəsini azaltmaq
və ləğv etmək istiqamətində yanğın-profilaktiki tədbirlər planı hazırlayır. Yanğın-
texniki komissiyası texnoloji proseslərdə, avadanlıqların işində, anbarlarda, çən
parklarında yanğın təhlükəsizliyi tələblərinin pozulmasını
aşkar edir, bu
pozuntuların ləğv olunması üçün tədbirlər hazırlayır, yanğın-profilaktika işlərinin
aparılmasında hərbiləşmiş yanğın hissələri ilə əməkdaşlıq edir, işçilər arasında
yanğın təhlükəsizliyi qaydalarına əməl olunması məqsədi ilə kütləvi izahat işləri
aparır.
Zavodda baş verən hər bir yanğın hadisəsi direktorun əmri ilə yaradılmış
komissiya tərəfindən araşdırılır. Komissiya yanğının baş vermə səbəbini və
təqsirkar şəxsləri müəyyən edir. Habelə aşkar edilmiş çatışmamazlıqların aradan
qaldırılması üçün tədbirlər hazırlayır. Araşdırmanın nəticəsi kimi akt tərtib olunur
və müvafiq sənədlər rəsmiləşdirilir.
Könüllü yanğınsöndürmə komandaları zavodda ən kütləvi yanğın mühafizəsi
təşkilatıdır. Onlar yanğın söndürülməsi və profilaktika üçün müstəqil iş aparırlar.
İstehsalat və anbarlar yanğın təhlükəsi baxımından 6 kateqoriyaya bölünürlər.
A və B yanğın-partlayış təhlükəli V, D və Q yanğın təhlükəli, E-partlayış təhlükəli
istehsalatları bildirir.
A kateqoriyayası - a) alışma temperaturu 28°C-dən aşağı olan mayelər b)
Dostları ilə paylaş: