57
III Fəsil MÜƏSSİSƏDƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİNİN TƏŞKİLİ
VƏ ONA NƏZARƏT
3.1. Müəssisədə əməyin təhlükəsizliyi üzrə işlərin təşkili və əlaqələndirilməsi
Əmək mühafizəsinin vahid idarəetmə sisteminin müəssisədə tətbiq olunması
və işlərin bu sistem üzrə qurulması işçilərin sağlamlığının və əməyin
təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Əmək
mühafizəsinin vahid idarəetmə sistemi istehsalatın kompleks idarəetmə sisteminin
mühafizəsi ilə bağlı işlərin təhlükəsiz təşkilinin tələblərini müəyyənləşdirir. Vahid
idarəetmə sistemi müəssisələrdə əmək prosesi zamanı işçi sağlamlığının
mühafizəsinə yönəldilmiş sosial, iqtisadi, texniki, hüquqi və təşkilati tədbirlər
kompleksinin hazırlanması, qəbul edilməsi və tətbiqi üzrə tələblər sistemini
müəyyənləşdirir. Əməyin mühafizəsinin vahid idarəetmə sistemi istehsalatda
sağlam əmək şəraitinin məqsədyönlü formalaşmasına yönəldilmiş, normativ
sənədlərlə əsaslandırılmış, bir-birilə qarşılıqlı əlaqəli sosial, iqtisadi, təşkilati
kompleks tədbirlərdən, metod və vasitələrdən ibarətdir. Vahid idarəetmə sistemi
keyfiyyətli və səmərəli əmək üçün təhlükəsiz və sağlam şəraitin təmini üzrə
təşkilati-profilaktik tədbirlərin vahid qaydada işlənib hazırlanmasını, həyata
keçirilməsini müəyyənləşdirir və nizamlayır. Əməyin mühafizəsinin idarəetmə
prosesi rəhbər və idarəetmə aparatının işçilərinin təhlükəsiz əmək şəraitinin
yaradılmasına yönəldilmiş məqsədyönlü birgə fəaliyyətinin məcmusudur.
İdarəetmə prosesinin zəruri elementləri aşağıdakılardır:
(Əhmədov Y., Rəhimov
T., 2009: s. 98)
o
İdarəetmə obyektlərinin və idarəedici amillərin mövcudluğu;
o
Məqsəddən
kənara
çıxmaların
və
normadan
yayınmaların
qiymətləndirilməsi üçün məlumatların təhlili və işlənməsi;
o
İdarəetmə məqsədilə müvafiq qərarların qəbulu və obyektə idarəedici
təsirin göstərilməsi;
o
Kollektivin təşkili və fəaliyyətinin uzlaşdırılması üçün məqsədyönlü təsir.
Əməyin mühafizəsinin idarə edilməsi məlumatların toplanması və
58
qiymətləndirilməsindən, əmək şəraiti göstəricilərinin mövcud tələblərdən kənara
çıxmaların aşkar edilməsindən və obyektə məqsədyönlü idarəedici təsirin
göstərilməsindən ibarətdir. Əməyin mühafizəsi normalarından və tələblərindən
kənara çıxma hallarını müəyyənləşdirmək və operativ surətdə aradan qaldırmaq,
əməyin təhlükəsizliyini təmin etmək, qəzaları, bədbəxt hadisələri törədən
səbəblərin qarşısını almaq məqsədilə, idarəetmə obyektlərinin vəziyyəti haqqında
məlumat, təhlili və müvafiq qərarların qəbul edilməsi ümün mütəmadi olaraq bütün
idarəetmə orqanlarına təqdim olunmalıdır.İdarəetmə prinsipləri - idarəetmə
subyektlərinin idarəetmənin effektivliyinin təmini məqsədilə rəhbər tutduqları
obyektiv surətdə əsaslandırılmış rəhbər qaydalar, əsas müddəalar, davranış
normalarıdır.
İdarəetmənin əsas prinsipləri təkbaşına və kollegial rəhbərlik, sahə və ərazi
idarəetmənin əlaqələndirilməsi, təsərrüfatın planlı surətdə idarə edilməsi, kadrların
seçilib yerləşdirilməsi, əməyin maddi və mənəvi həvəsləndirilməsinin təşkilidir.
Əmək mühafizəsində idarəetmənin başlıca məqsədi istehslatın səmərəliliyini
yüksəltmək, məhsul keyfiyyətini normallaşdırmaq üçün sağlam iş şəraitini
yaratmaq, əmək prosesində çalışanların sağlamlığını və əmək qabiliyyətinin
mühafizəsini həyata keçirməkdir.
Məqsədə çatma müəyyən idarəetmə funksiyalarını yerinə yetirməklə reallaşır.
Əmək mühafizəsinin idarəetmə sistemi istehsalatın idarəetmə prosesinin
tərkib hissəsidir və bu sistemin ən mühüm funksiyası əmək mühafizəsi ilə bağlı
işlərin təşkil olunması və bir-biriylə əlaqələndirilməsidir.
Bu funksiyaya aşağıdakı elementlər daxildir:
Müəssisənin və struktur bölmələrinin əmək mühafizəsi üzrə vəzifələri;
Rəhbər və MTİ-lərin vəzifə təlimatlarına hökmən daxil edilməklə,
müəssisələrin inzibati, idarə və texniki xidmətlərinə əməyin mühafizəsi sahəsində
həvalə edilmiş vəzifə borclarının, hüquq və məsuliyyətlərinin dəqiq
bölüşdürülməsi;
Əməyin mühafizəsinin idarəetmə sisteminin fəaliyyətində, səmərəliliyinin
planlaşdırılmasında və buna nəzarət edilməsində bütün idarəetmə səviyyələri üzrə
59
əmək təhlükəsizliyi xidmətlərinin təşkiledici və əlaqələndirici rolu;
Əməyin təhlükəsizliyi üzrə iş planlarının, qayda, standart və digər
normativ sənədlərin bütün tələblərinin yerinə yetirilməsinin təmini.
Əmək mühafizəsinin vahid idarəetmə sistemi aşağıda qeyd olunan
problemlərin həllinə yönəldilmişdir:
(Əhmədov Y., Rəhimov T., 2009: s. 99)
Çalışanlara təhlükəsiz əmək üsullarının öyrədilməsində vahid
təlimləndirmə qaydalarının qəbul olunması;
İstehsalatın idarə edilməsinin bütün hallarında əmək mühafizəsi üzrə
işlərin təkmilləşdirilməsi;
İş şəraitinin sanitariya cəhətdən normalaşdırılması;
Müəssisə və otaqların səliqəli vəziyyətdə saxlanılması;
Çalışanların lazımi mühafizə vasitələriylə təmin olunması;
Təhlükəsiz əmək şəraitinin təmini üçün aparılan işlərdə fəhlələrin,
qulluqçuların və MTİ-in həvəsləndirilməsi və fəallığının artırılması, bu işlərə geniş
işçi kütləsinin və Həmkarlar İttifaqı fəallarının cəlb edilməsi;
Çalışanların əmək təhlükəsizliyi üzrə qayda və normaların tələblərinə
riayət etməsinin təmin olunması;
İş və istehsalat nizam-intizamının möhkəmləndirilməsi;
Çalışanlara məişət xidmətinin göstərilməsi;
Rəhbər və MTİ-lərin əməyin təhlükəsizliyinə görə məsuliyyətinin
artırılması.
Əməyin mühafizəsini idarə etməyin vahid sisteminin hüquqi və normativ
əsasını aşağıdakılar təşkil edir:
AR-nın Konstitusiyası (1995-ci il 12 noyabr):
AR-nın Əmək Məcəlləsi (2001-ci il);
Əmək mühafizəsi məsələləri üzrə Nazirlər Kabinetinin qərarları;
Təhlükəsizlik qayda, norma və standartları;
Əmək mühafizəsi məsələləri ilə bağlı üst təşkilatların qərar və göstərişləri,
HİK, Dövlət orqanlarının qərarları və qətnamələri, təşkilati metodik va rəhbər
sənədlər.
60
Əməyin mühafizəsinin idarəetmə sistemində idarəetmə obyekti təhlükəli və
zərərli istehsalat amillərinin aradan qaldırılması, əmək ağırlığı və gərginliyinin
psixolojifizioloji amillərinin optimallaşdırılması, ətraf mühit göstəricilərinin
normalara uyğunlaşdırılması (hərarətin, rütubətin, işıqlandırmanın, səsin, titrəyişin,
havanın qazla, tozla çirklənməsinin və s.) yolu ilə təhlükəsiz iş şəraiti yaradılması
prosesidir.
Əmək mühafizəsinin vahid idarəetmə sistemində idarəedici orqanlar şirkət,
birlik, müəssisə, təşkilat rəhbərləri, onların əmək mühafizəsiylə təhlükəsizliyi
xidmətləri və müvafiq Həmkarlar İttifaqı komitələridir.
Müəssisə və təşkilatlarda təhlükəsiz iş şəraitinin təmini üzrə işlərin düzgün
təşkilinə görə ümumi rəhbərlik və məsuliyyət onların birinci rəhbərlərinə həvalə
edilir. Müəssisə və təşkilatın inzibati-texniki heyətinin borcu istehsalatda
təhlükəsiz iş şəraitinin qurulması və təmini üzrə tədbirlər həyata keçirmək,
çalışanlar tərəfindən əmək təhlükəsizliyi üzrə müəyyənləşdirilmiş norma, qayda və
təlimatlara riayət olunmasına, yuxarı təşkilatların, Dövlət orqanlarının, HİK-in əmr
və sərəncamlarının yerinə yetirilməsinə nəzarət etməkdir.
Hər il üçün əməyin təhlükəsizliyi üzrə iş planı müəssisədə əməyin
təhlükəsizliyi xidməti tərəfindən işlənib hazırlanır (planlaşdırma ilin
başlanmasından əvvəl aparılır). Planın hazırlanmasında müəssisənin müvafiq
şöbələri, xidmətləri, bölmələri iştirak etməlidirlər. İş planının layihəsi müvafiq
şöbələrlə, xidmətlərlə, bölmələrlə razılaşdırılır, imzalanır, müəssisənin rəhbərliyi
tərəfindən təsdiq edilir. Təsdiq edilmiş plan əməyin təhlükəsizliyi xidməti
tərəfindən bir həftə ərzində icraçılara çatdırılır. Müəssisənin əmək təhlükəsizliyi
üzrə iş planına (illik, rüblük) aşağıdakı işlar daxil edilir:
(Əhmədov Y., Rəhimov T.,
2009: s. 110)
Əmək şəraitinə müəssisə nəzarətinin müvafiq mərhələlərinin təşkili və
aparılması;
Yüksək təhlükəli işlərin düzgün aparılmasını və müvafiq sənədlərin tərtib
olunmasının yoxlanılması;
Yükqaldırıcı kranların, mexanizmlərin, elektrik qurğularının, təzyiq altında
61
işləyən qabların və aparatların, buxar və su qızdırıcı qazanların, yüktutucu qurgular
təhlükəsizlik qaydalarının tələblərinə uyğun olaraq düzgün istismarına, dəqiq
yoxlanılmalarına, sınaqdan keçirilmələrinə nəzarət edilməsi;
Avadanlıqların təhlükəsiz istismarına, təmirinə nəzarət edilməsi;
Hündürlükdə işlərin aparılması üçün is yerlərinin meydançalarla,
nərdivanlarla və digər vasitələrlə təchiz olunmasına nəzarət edilməsi;
Obyektlərin
sanitariya-texniki
pasportlaşdırılmasının
təşkilinə
və
aparılmasına, pasportlaşdırılmanın nəticələrinin baxılması;
Texniki rejimə, qaydalara, təlimatlara riayət olunmasına nəzarət edilməsi;
Sexlərdə, qurğularda, bölmələrdə, sahələrdə aparılan işlərin uçotunun,
təhlilinin qiymətləndirilməsinin təşkili;
Tədbirlər planının vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi;
Fəhlələrin müvafiq xüsusi geyim, ayaqqabı və digər mühafizə vasitələriylə
təmin olunmalarına nəzarət edilməsi;
Əməyin təhlükəsizliyi məsələləri üzrə müşavirələrin, iclasların konfransların
keçirilməsi;
Əmək təhlükəsizliyi, istehsalat mədəniyyəti məsələlərinə dair baxışların,
yarışların təşkili;
Əməyin mühafizəsinə dair təlimatların, metodik materialların, yaddaş
kitabçalarının və ədəbiyyatın hazırlanması, yenidən baxılması, nəşr olunması;
Normativ sənədlərin, öyrədici vasitələrin, plakatların, təhlükəsizliyə dair
nişanların, siqaret çəkilən yerləri əks etdirən göstəricilərin alınması, əməyin
təhlükəsizliyi kabinetlərinin yaradılmasında müasir iş üsullarının tətbiqi;
Əməvin mühafizəsi məsələlərinin təbliğ edilməsi üçün vacib olan tədbirlərin
təşkili;
Əməyin təhlükəsizliyi sahəsində təcrübə mübadiləsi, qabaqcıl təcrübənin
yayılması yolları;
Müəssisənin
əmək
təhlükəsizliyi
sahəsində
gördüyü
işlərin
ümumiləşdirilməsi, əmək mühafizəsi üzrə hesabatların hazırlanması.
62
Yuxanda göstərilən məsələlər bununla bitmir, müəssisə öz iş xüsusiyyətlərini
nəzərə alaraq, plana xüsusi əlavələr edə bilər. İstehsalat bölmələrinin (sex, sahə,
xidmət) operativ rüblük iş planlarına əsas istehsalat məsələlərindən başqa əməyin
təhlükəsizliyi üzrə aşağıdakı işlər daxil edilməlidir:
Fəhlələrə əsasnamədə əməyin təhlükəsizliyi üzrə nəzərdə tutulmuş iş
üsullarının öyrədilməsi (təlimatın keçirilməsi, biliyinin yoxlanılması);
Əmək şəraitinin vəziyyətinə nəzarətinin müvafiq mərhələlərinin ayn-ayrı
MTİ-lə fərdi yoxlamaların aparılması;
Obyektlərin
sanitariya-texniki
pasportlaşdırılmasının aparılması, iş
yerlərinin
attestasiyası (lazımi ölçülərin aparılması, səsin, titrəyişin,
işıqlandırmanın, havanın temperaturunun və tərkibinin, qazlanmanın səviyyəsinin
sanitar normalara uyğun olmalarına);
Ventilyasiya sistemi və qurğularının işə yararlılığının və sazlığının
yoxlanılması;
Xilasedici vasitələrin sazlığının yoxlanılması;
Əməyin təhlükəsizliyi məsələləri üzrə fəhlə iclaslarının, yığıncaqlarının
aparılması;
Təhlükəsizliklə əlaqədar təlimatların hazırlanması və onlara yenidən
baxılması;
Çalışanların fərdi mühafizə vasitələrinə olan tələbatının müəyyən edilməsi
və təmini;
Dostları ilə paylaş: |