Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə10/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   6   7   8   9   10   11   12   13   ...   352
 
H.Ə.Aslanov, N.V.Hüseynov. 
Тəbii seolit mineralının gübrələrlə birlikdə 
verilməsinin pambıq bitkisi altında torpağın təbii nəmliyinə təsiri………………… 
Г.М.Мамедов, С.Ю.Агакишибекова. 
Агрохимические и физико-химические 
свойства орошаемых серо-бурых почв сухих субтропиков…………………….
 
Дж.Ш.Мамедов, А.Г.Пиралиев, Ф.Д.Набиев, Н.Д.Набиева, Р.А.Асадова.
Получение некоторых биологически активных стимуляторов на основе 
нефтяных продуктов и изучение их действия на развитие гороха…………….. 
 


10 
 
 
ALLAH RƏHMƏT ELƏSIN! 
 
 
 
Azərbaycan elminə ağır itki üz 
vermişdir. Görkəmli alim, tanınmış 
ictimai xadim, Azərbaycan Milli 
Elmlər 
Akademiyasının 
həqiqi 
üzvü, 
əməkdar 
elm 
xadimi, 
biologiya elmləri doktoru Cəlal 
Əlirza oğlu Əliyev 2016-cı il 
fevralın 1-də ömrünün 88-ci ilində 
vəfat etmişdir. 
 
 
 
Xalqın zəkasını, elmini dünyaya nümayiş etdirmiş, aldığı dəyərli universal nəzəri-tətbiqi 
nəticələrlə dünya biologiya elminin xəzinəsini zənginləşdirmiş, bununla da adını dünyanın 
tanınmış elm korifeyləri ilə bir sırada yazmış və ən nəhayət ömrünün 60 ildən artıq bir hissəsini 
əsasən müqəddəs nemətimiz olan buğdanın tədqiqinə həsr edən əməkdar elm xadimi, akademik 
Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da Azərbaycan Respublikasının Naxçıvan 
şəhərində anadan olmuşdur. Təbiət elmlərinə olan hədsiz məhəbbəti Cəlal müəllimə sonrakı həyat 
yolunun müəyyənləşdirilməsində həlledici rol oynadı. Belə ki, 1944-cü ildə əvvəlcə O, Naxçıvan 
Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya, 1951-ci ildə isə Azərbaycan Dövlət 
Universitetinin biologiya fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir. Hələ üçüncü kurs 
tələbəsi olarkən C.Əliyev bitkilərin fiziologiyası kafedrasında laborant vəzifəsində işləməyə 
başlamış və biologiyanın bu sahəsini gələcək elmi fəaliyyəti üçün seçmişdir. Azərbaycan Elmlər 
Akademiyasının bitkilərin fiziologiyası ixtisası üzrə aspiranturasını bitirən C.Əliyev 1955-ci ildə 
“Mikroelementlərin buğdanın inkişafına və məhsuldarlığına təsiri” mövzusunda namizədlik 
dissertasiyasını müdafiə etmişdir. Seçdiyi istiqamətdə elmi tədqiqatların sonrakı inkişafı 1971-ci 
ildə “Bitkilərin fotosintetik fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı” 
mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında öz əksini tapmışdır. C.Əliyev elmi 
tədqiqat işlərini 1954-cü ildən bu günə kimi AzərbaycanRespublikası Kənd Təsərrüfatı 
Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda bitkilərin fiziologiyası (indiki bitkilərin 
fiziologiyası və biotexnologiya) və 1971-ci ildən paralel olaraq Azərbaycan Milli Elmlər 
Akademiyasının Botanika İnstitutunda yaratdığı məhsuldarlıq proseslərinin molekulyar-genetik 
əsasları (indiki bioloji məhsuldarlığın fundamental problemləri) şöbələrində aparmışdır. Altmış 
ildən artıqdır ki, Cəlal Əliyevin fəal elmi yaradıcılığı kənd təsərrüfatı bitkilərinin, başlıca olaraq 
buğdanın fotosintetik məhsuldarlığının nəzəri və təcrübi əsaslarının tədqiqinə həsr olunmuşdur. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin