Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə116/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   112   113   114   115   116   117   118   119   ...   352
Amaranthus blitum
), quyruqlu 
qaratərə (
Amaranthuscaudatus
 L.), 
göyümtül qaratərə (
Amaranthus 
lividus
 L.), 
süpürgəvarı qaratərə (
Amaranthus paniculatus
), geriqatlanan qaratərə (
Amaranthus 
retroflexus
 L.), üçrəng qaratərə (
Amaranthus tricolor
 L.) və digər 3 növ-
Amaranthus 
hybridus
,
Amaranthus spinosus
,
Amaranthus viridis-
dir. 


174 
Bizə qonşu olan Rusiya Federasiyasında amarant (rusca şiritsa) yeni bitki 
sayılsa da o zəngin və balanslaşdırılmış zülal tərkibinə, vitamin və mineral duzların
yüksək qidalılıq xüsusiyyətlərinə görə qısa müddət ərzində çoxlu sayda müxtəlif 
sahədə çalışan mütəxəssislərin diqqətini cəlb etmiş və hazırda ən əsas bioloji 
tədqiqat obyektlərindən birinə çevrilmişdir. Onun demək olar ki bütün orqanlarının-
dəninin, yarpaqlarının, gövdəsinin qida üçün yararlı olması hələ keçən əsrin 30-cu 
illərində görkəmli sovet alimi N.İ.Vavilovun (1932) nəzərindən yayınmamış, o bu 
bitkinin gələcəkdə təkcə dünya əhalisinin ərzaq təminatında deyil, insanların həyat 
fəaliyyətinin ən müxtəlif sferalarında prioritet mövqe tutacağına böyük ümidlər 
bəsləmişdir. Ancaq alimin həmin illərdə repressiyaya məruz qalması onun 
ideyalarının uzun dövr ərzində reallaşmasına imkan vermədi. Hazırda Sankt-
Peterburq Dövlət Universitetinin professoru İ.M.Maqomedovun rəhbərliyi ilə 
amarantın kənd təsərrüfatına intensiv tətbiqi Rusiyada və keçmiş SSRİ-nın digər 
ölkələrində geniş miqyasda həyata keçirilir. Artıq “Amarant” adlanan Avropa 
assosiyasiyası yaradılmışdır. 
Zülal tərkibinə görə amarant (13-19 %) daha çox nəzəri hesablanmış ideal 
zülallara, əvəzolunan və əvəzolunmayan amin turşularının balanslaşdırılmış tərkibinə 
görə isə ana südünə bərabər hesab edilir. Müqayisə üçün qeyd edək ki, ideal zülalda 
qidalılıq qiymətinin əmsalı –amarantda 75, inək südündə 72, soyada 68, arpada 62, 
buğdada 60, qarğıdalıda 44, araxisdə 32-dir. Hesablamalara görə 100 qram amarant 
zülalının tərkibində 6.2 qram əvəzolunmaz lizin amin turşusu mövcuddur ki, bu qədər 
lizin heç bir bitkidə müşahidə edilməyib.
Hazırda yer kürəsində 1 milyarddan çox əhali zəruri qida çatışmazlığından və 
xüsusən də zülal qıtlığından əziyyət çəkir ki, bu da onlarda fiziki, əqli qüsurların və 
müxtəlif formada ciddi ağır xəstəliklərin yaranmasının əsas səbəbi hesab olunur.
Odur ki, bitki mənşəli qidalarda zülalın miqdarının artırılması və keyfiyyətinin 
yaxşılaşdırılması dünya alimlərinin qarşısında duran ən təxirəsalınmaz vəzifələrdən 
sayılır və bu istiqamətdə aparılan tədqiqatlarda zülal mənbəyi kimi amarant 
bitkisinin xüsusi rolu gündəmdə durur. Artıq ilk uğurlar inkişaf etməkdə olan 
ölkələrdə milyonlarla insanların qida rasionunun əsasını təşkil edən, çoxlu sayda 
müsbət xüsusiyyətləri ilə yanaşı, ancaq zülal tərkibinə və miqdarına görə bir o qədər 
də yüksək göstəricilərə malik olmayan kartof bitkisində əldə edilmişdir. Belə ki, 
Hindistan biotexnoloqlarının kartofun zülal tərkibini artırmaq üçün sınaqdan 
keçirdikləri müxtəlif mənbələrdən olan genlərdən yalnız amarant bitkisinin dənindən 
alınan AmA1 (Amaranth Albumin1) geninin köçürülməsi əsasında yaradılan 
transgen kartof analoqu praktiki tətbiqinə görə müsbət nəticələr verdi. Ənənəvi 
üsulla – aqrobakteriyaların köməkliyi ilə köçürülən AmA1 geninin ən əsas funksiyası 
köküyumrularda zülal ehtiyatlarını toplamaqdan ibarət olmuşdur. Yeni yaradılmış 
transgen kartof bitkisində zülalın miqdarı adi köküyumrulardan müqayisədə 60% 
çox, aminturşularının balanslaşdırılmış miqdarına və eləcə də qidalılıq qiymətinə 
görə yüksək olduğundan o Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 
dəstəklənmişdir. Bu tədqiqatlarda diqqət çəkən məqam odur ki, Amarant bitkisi, digər 
mədəni bitkilərdən fərqli olaraq geni qəbul edən resipiyent forma qismində deyil, 
əksinə, donor kimi istifadə olunaraq başqa bir bitkinin, bu halda kartof bitkisinin,


175 
zülal tərkibini, onun qidalılığını yüksəltmək məqsədi ilə iştirak etmişdir. Şübhə 
yoxdur ki, amarant bitkisinin donorluq xüsusiyyəti təkcə bununla bitmir, onun çoxlu 
sayda qiyməli əlamətləri taksonomik cəhətdən daha yaxın olan – bitkilər arasında
gen mübadiləsini, başqa sözlə, gen manipulyasiyalarını aparmağa geniş imkanlar 
yaradır ki, bu da GMO orqanizmlərin istifadəsi zamanı ehtimal olunan risklərin 
minimuma endirilməsinə xidmət edəcək.
Amarantın ən qiymətli xüsusiyyətlərindən biri onun dənindən hazırlanmış 
yağında skvalen adlanan maddənin olmasıdır. Bu maddə antioksidant xüsusiyyətinə 
malik olmaqla yanaşı şiş xəstəliklərinin qarşısının alınmasında, xərçəng 
hüceyrələrinin dağıdıcı təsirinin aradan götürülməsində ən güclü vasitə hesab edilir. 
Bundan əlavə çoxdan məlumdur ki, skvalen insanlar üçün antikonserogen, 
antimikrob, antifungisid və immunostimulyator funksiyalarını yerinə yetirməklə
orqanizmdə oksigen qıtlığını azaldır, hüceyrələrin oksidləşdirici fəaliyyətini 
gücləndirir, şiş xəstəliklərinin yaranmasını və inkişafını dayandırır, bütövlükdə 
orqanizmin immun sisteminin gücünü dəfələrlə artırır və beləliklə də orqanizmin 
vaxtından əvvəl qocalmasına imkan vermir. Skvalenin unikal xüsusiyyətləri və eləcə 
də son dərəcə çətin əldə edilməsi alimlərin onun alternativ mənbələrinin axtarışı 
istiqamətində tədqiqatlarını genişləndirməyə və intensivləşdirməyə vadar edirdi. 
Müasir tədqiqatların nəticələri bu maddənin az miqdar da olsa zeytun yağında, buğda 
cücərtilərində, düyü kəpəyində və maya göbələyində mövcudluğunu göstərdi. Həmən 
axtarışlar prosesində məlum oldu ki, bu maddənin ən çox miqdarına (8-10 %) 
amarant bitkisinin dəninin yağında təsadüf edilir və indiyə qədər bu rekord rəqəm 
heç bir canlı orqanizmdə qeydə alınmayıb. Amarant yağından terapiyadan əvvəl və 
sonra istifadə edilməsi zamanı skvalen bədənə nüfuz etməklə daxili orqanların 
regenerativ proseslərinin sürətlə getməsini və beləliklə də xəstə pasiyentlərin 
sağlamlıqlarının tezliklə bərpasını təmin edir. Farmokoloqlar haqlı olaraq bu bitkini
dərman anbarı hesab edərək göstərirlər ki, o, məlum olan bütün antioksidantlar 
arasında ən güclüsüdür. 
Amarantın yuxarıda sadalanan çoxlu sayda müsbət xüsysiyyətlərinin siyahısı 
heç də bunlarla bitmir və onun geniş imkanlarını özündə tam əks etdirmir. Belə ki, 
bu bitkinin kənd təsərrüfatınnın müxtəlif istiqamətlərində istifadəsi heyvandarlıq, 
quşçuluq, arıçılıq təsərrüfatlarının rentabelli işləmələrinə, bu sahədə məhsul 
istehsalının artırılmasına öz əvəzsiz töhfəsini verir. Amarantın yaşıl kütləsini bütün 
ev heyvanları çox həvəslə yeyirlər. Qida rasionuna amarantın əlavə edilməsi 
heyvanların say artımına, əldə olunan məhsulun kəmiyyət və keyfiyyət 
göstəricilərinin yüksəldilməsinə və eyni zamanda çəkilən xərclərin maya dəyərinin 
aşağı salınmasına öz təsirini göstərir. Müşahidələr göstərir ki, əgər qida üçün ümumi 
yem məhsullarına amarant bitkisinin 25 % yaşıl kütləsi əlavə edilərsə dovşanların, 
xəzdərili heyvanların, cücələrin inkişafı 2-3 dəfə, donuzların imkanı 2.5 dəfə tezləşir, 
inək və keçilərin süd sağımı və süddə yağın miqdarı xeyli yüksəlir, donuzların 4 ay 
müddətəndə diri çəkisi 60 kq artır. 
Amarant çox yaxşı siloslaşdırılır, ancaq onun qarğıdalı və sorqo ilə qarışığı
daha böyük effekt verir, çünki qarğıdalının yaşıl kütləsində şəkər, amarantda isə 
proteinlərın çox olması qarışıq silosun qidalılığını daha da artırır.


176 
Aqrotexniki baxımdan amarantın becərilməsi ilə bağlı bir sıra müsbət 
xüsusiyyətləri onu digər mədəni bitkilərlə müqayisədə xeyli sayda üstünlüklərə malik 
olduğunu göstərir ki, bu da müasir dövrdə fermerlərin və torpaq mülkiyyətçilərinin
böyük marağına səbəb olmuşdur. Belə ki, bitkinin dən çıxımı üzrə məhsuldarlığı 
stabil olaraq 35-60 s /ha təşkil edir, yaşıl kütləsinin maksimal məhsuldarlığı 2000 s 
/ha çatır və bu qədər məhsul əldə etmək üçün 1 hektara cəmi 0.5-1 kq toxum 
materialı kifayət edir. Müqayisə üçün qeyd edək ki, 1 hektarda buğda əkini aparmağa 
200-220 kq, qarğıdalı üçün isə 20-25 kq toxum materialı tələb olunur. Amarantı yer 
səthindən 18-20 sm hündürlükdə kəsdikdə 3-4 həftə ərzində o özünü yenidən bərpa 
edir. Onun son dərəcə güclü kök sistemi hesabına quraqlığa ən davamlı bitkilərdən 
olması, şoranlıq şəraitində bəzi formalarının 3 m hühdürlüyə qədər inkişaf etməsi, 
cücərdikdən 2 ay sonra 1600 s /ha yaşıl kütlə məhsulu vermə qabiliyyəti, onun ən 
müxtəlif aqroekoloji şəraitlərə qısa zaman kəsiyində uyğunlaşma qabiliyyəti bu 
bitkinin unikallığına dəlalət edən xüsusiyyətlərdən sayılır. 
Bütün bunlarla yanaşı bu bitkinin bir faydalı xüsusiyyətini də - neftlə 
çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsində 
oynadığı rolu zənnimizcə xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, neftlə 
çirklənmiş torpaqlar hazırda ən müxtəlif üsullarla təmizlənir ki, onlardan biri də
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri tərəfindən neftlə 
çirklənmiş torpaqların bitki, mikroorqanizm və onurğasızların vasitəsi ilə 
təmizlənməsi təklifi olmuşdur. Müəyyən edilib ki, ot bitkilərindən pencər, yarğanotu, 
adi yovşan, dəvətikanı, sürünən ayrıq, onurğasızlardan soxulcan kimi tanınan yağış 
qurdu, mikroorqanizmlərdən isə bəzi bakteriyalar və maya göbələkləri torpaqda ağır 
metal zərrəciklərini və radionuklidləri toplaya bilmə qabiliyyətinə malikdirlər. Neftlə 
çirklənmiş torpaqlara amarant kimi güclü kökləri olan bitkilər əkdikdə onlar müəyyən 
müddət ərzində topraqdakı zərərli maddələri mənimsəyərək onu əkin üçün yararlı 
hala salırlar. 
Son illər ölkəmizdə bu bitkinin yetərincə faydalı xüsusiyyətləri nəzərə alınaraq 
ona olan diqqət xeyli artmış, müxtəlif beynəlxalq səviyyələrdə layihələr həyata 
keçirilmiş amarant üzərində aparılan tədqiqat işlərinin nəticələri böyük uğurlar əldə 
etmiş onlardan bəziləri yüksək qiymətləndirilmişdir. Belə ki, ilk dəfə 2012-ci ildə 
keçirilən “İNEPO-Avrasiya” Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə 
Olimpiadasında “Qaratərə bitkisi vasitəsilə neftlə çirklənmiş torpaqların 
təmizlənməsi” adlı layihə həmin ilin “İNEPO-Avrasiya”- nın bürünc medalına, eyni 
zamanda da həmin layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 
tərəfindən “İlin uğurlu neft layihəsi” elan olunaraq xüsusi mükafata layiq 
görülmüşdür. 
Diqqət çəkən layihələrdən biri də Ukrayna Elm və Texnologiya Mərkəzinin 
dəstəyi ilə “Abşeronun neft və neft məhsulları ilə çirklənmiş torpaqlarının 
bioremediasiya üsullarının işlənib hazırlanması” layihəsi üzrə tədqiqat işləri 
olmuşdur. Bu tədqiqatlarda Azərbaycan Milli Elmlər Akademiyasının Botanika, 
Radiasiya Problemləri, Mikrobiologiya, Torpaqşünaslıq və Aqrokimya, Neft Kimya 
Prosesləri İnstitutlarının aparıcı alimlərinin iştirakı ilə canlılar arasında mövcud olan 
qida əlaqələrindən istifadə edərək mikroorqanizmlərin, torpaq onurğasızlarının və 


177 
bitkilər də cəlb olunmaqla çirklənmiş torpaqların təmizlənməsi üsulu işlənib 
hazırlanmış və hazırda bu istiqamətdə tədqiqatlar davam etdirilir. 
Bütün yuxarıda şərh olunanlara əsaslanaraq tam əminliklə demək olar ki, 
amarant və ya qaratərə bitkisi Azərbaycan Respublikası Prezedenti tərəfindən yaxın 
gələcəkdə gözlənilən növbəti Fərmanında Dövlət Proqramlarında digər bitkilər kimi, 
öz layiqli yerini tutacaq, onun ölkə ərazisinin müxtəlif regionlarında, xüsusilə quru 
iqlim şəraiti və dağətəyi rayonlarda elmi əsaslarla geniş miqyaslı tətbiqi 
gerçəkləşəcəkdir.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015 – ci il 
109 nömrəli qərarına əsasən Azırbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET 
Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılmış 
Əkinçilik ET İnstitutunda və Kənd Təsərrüfatı Nazirliyinin 30 oktyabr 2015 - ci il 
tarixli 110 nömrəli əmri ilə təsdiqlənmiş yeni strukturuna cəlb olunmuş mütəxəssislər 
tərəfindən

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin