UOT 633.1:633/635:631.52
ARPANIN XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRİ, ONLARA QARŞI
MÜBARİZƏ
Q.A.NOVRUZLU a.e.ü.f.d., dosent, N.H.ƏZİZOVA b.ü.f.d
Əkinçilik Elmi Tədqiqat İnstitutu, Bakı ş. Pirşağa qəs., Sovxoz № 2,
e-mail: novruzlu_garib@mail.ru, namella@rambler.ru
Məqalədə Respublikanın Şirvan bölğəsində öyrənilən müxtəlif arpa rüşeym
plazmalarının xəstəlik və zərərvericilərə qarşı davamlılığı haqqında tədqiqatın
nəticələri verilmişdir. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, arpa sortnümunələri
genotipdən asılı olaraq xəstəlik və zərərvericilərə qarşı müxtəlif tolerantlıq göstərir.
Buna baxmayaraq, tədqiq edilən sortnümunələr arasından arpanın unlu şeh, pas,
helmintosporioz xəstəliklərinə və zərərvericilərdən hessen və isveş milçəklərinə
291
davamlı genotiplər seçilərək, seleksiyada başlanğıc material kimi istifadəsitövsiyyə
olunmuşdur.
Açar sözlər:
arpa, sortnümunə, unlu şeh, helmintosporioz, xəstəlik, zərərverici,
ilkin material
Ключевые
слова:
ячмень,
сортообразцы,
мучнистая
роса,
гельминтоспориоз, болезнь, вредитель, исходный материал
Key
words:
winter
wheat,
infection,
fungus,
powdery
mildew,
helmintosporium, disease, pest, initial material
Dənli bitkilərin seleksiyasında onların müxtəlif göbələk xəstəliklərinə və
zərərvericilərə davamlılığı, böyuk əhəmiyyətə malikdir. Stres faktorlara davamsız
sortların becərilməsi, xeyli miqdarda məhsul itkisinə səbəb olur. FAO-nun
məlumatlarına görə bu amillərin təsiri nəticəsində, dünyada, kənd təsərrüfatı bitkiləri
üzrə məhsul itkisi təqribən 30-35 % təşkil edir [1; 2; 3].
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası olduqca mürəkkəb torpaq-
iqlim şəraitinə malik olduğuna görə, becərilən arpa sortları müxtəlif göbələk
xəstəlikləri və zərərvericilərlə əhəmiyyətli dərəcədə yoluxur [4; 5]. Müəyyən
olunmuşdur ki, yarpaq xəstəlikləri içərisində zolaqlı (50%) və tozvari
helmintosporioz (45%) üstünlük təşkil edir. Tozvari helmintosporioz bitkinin
kollanma fazasında, zolaqlı helmintosporioz isə həm kollanma, həm də sünbülləmə
fazasında rast gəlinir [1]. Digər xəstəliklərdən cırtdan pas 28%, sarı pas 49%,
rinxosporioz 15%, septorioz 28%, unlu şeh 40% yayılmışdır [1; 5; 6]. Ədəbiyyat
məlumatına görə sarı pasdan məhsul itkisi 25-30%, toz sürmədən 10-20%, unlu
şehdən 8-20, bəzən 30-40%, helmintosporioz xəstəliklərindən (70-80 % yoluxduqda)
10-34% olur. Bu zaman məhsulun keyfiyyəti olduqca pisləşir [7; 8].
Uzun illərdir seleksiyaçı alimlərin apardığı tədqiqatlar sübut etmişdir ki, stres
faktorlardan hesab olunan xəstəlik və zərərvericilərə qarşı davamlı sortların
yaradılması, fasiləsiz olaraq davam etdirilməlidir. Qeyd olunur ki, xəstəlik və
zərərvericilərə davamlı sortlar yaradıldıqca, paralel olaraq patogenlər də mutasiyaya
uğrayır və daha aqressiv formalar əmələ gəlir.
Hazırda becərilən müasir sortların ən zəif xüsusiyyətlərindən biri də, onların
əksəriyyətinin müxtəlif zərərvericilərə (milçəklərə, mənənələrə və s.) davamsız
olmasıdır ki, bu da nəticədə xeyli məhsul itkisinə səbəb olur. Uzun illərdir, bu
problemin həlli üçün müxtəlif mübarizə üsulları işlnib hazırlanmaqdadır. Bu
üsullardan biri də mövcud xəstəliklərə qarşı müxtəlif pestisidlərin tətbiq olunmasıdır.
Bu üsulla, istənilən zərərli biofaktor məhv edilsə də, ekoloji baxımdan zərərli olub,
qida maddələrinin və ətraf mühitin çirklənməsinə səbəb olur [6; 9; 10].
Ekoloji sistemin qorunub saxlanması, ən prioritet sahələrdən biri olduğuna görə,
kənd təsərrüfatı bitkilərinin xəstəliklərə və zərərvericilərə davamlı sortlarının
yaradılması və tətbiqi, seleksiyanın ən başlıca məsələlərindən biridir [11;12;
13;14;15]. Müasir seleksiya metodlarından istifadə etməklə, donor genotiplərin
iştirakı ilə stres faktorlara davamlı sortların yaradılması, xeyli miqdarda məhsul
292
itkisinin qarşısının alınmasına və ekoloji sistemin təmiz qalmasına imkan yaradır.
Aparılan tədqiqatda seleksiya işləri, məhz bu istiqamətdə olmuşdur.
Tədqiqat obyekti olaraq ICARDA-dan introduksiya olunmuş minə yaxın arpa
rüşeym plazması 2011-1015–ci illərdə Respublikanın fərqli bölgələrində müxtəlif
təsərrüfat-qiymətli əlamətlərinə, həmçinin xəstəlik və zərərvericilərə davamlılığına
görə qiymətləndirilmişdir.
Sortnümunələr kolleksiya pitomnikində hər biri 1 m
2
sahədə əkilmişdir.
Aqrotexniki qulluq işləri, bölgə üçün qəbul olunmuş qaydalara uyğun yerinə
yetirilmişdir.Vegetasiya müddətində fenoloji müşahidələr, dənli və dənli-paxlalı
bitkilərin öyrənilməsinə dair metodikaya uyğun aparılmışdır [16; 17].
Sortnümunələrin, sortların, nömrələrin, xətlərin xəstəlik və zərərvericilərə
davamlılığı təbii fonda öyrənilmişdir. Qiymətləndirmə 9 ballıq şkala ilə aparılmışdır:
1 – davamlılığı çox zəif, 3 – zəif, 5 – orta, 7 – yüksək, 9 – çox yüksək [18; 19].
Seleksiya materialının zərərvericilərə davamlılığı da müvafiq metodikalara
uyğun olaraq qiymətləndirilmişdir [16]. Bitkilərin vegetasiya müddətində
zərərvericilərin müşahidəsi, kollanma fazasından başlayaraq tam yetişmə dövrünədək
davam etdirilmişdir.
Tədqiqat işləri Əkinçilik ETİ-nun Tərtər, Qobustan və Cəlilabad BT
Stansiyalarında, Şəki DM-də, ETPİ-nun Şirvan TS-da aparılmışdır. Tədqiqat işlərinin
belə geniş araealda aparılması, seleksiya prosesi zamanı patogenin yayılmış
populyasiyasına, irsi olaraq kompleks davamlı genotiplərin müəyyən olunmasıdır.
Məhz buna görə də seleksiya işi belə geniş arealda aparılmışdır.
Müşahidələr zamanı tədqiqat ilindən asılı olaraq, arpanın ən geniş yayılmış
xəstəlik və zərərvericilərinin çoxuna rast gəlinmişdir. Suvarma bölgələrində (Tərtər
BTS və Şirvan TS) əsasən unlu şeh, pas və helmintosporioz xəstəliklərinə,
zərərvericilərdən isə hessen milçəyinə və bir sıra mənənələrə rast gəlinmişdir. Dəmyə
şəraitində bu xəstəliklərə, qismən az təsadüf olunsa da helmintosporiozun zolaqlı
formasına və rinxosporioz xəstəliklərinə də təsadüf olunmuşdur. Tədqiqat illərində
torpaq-iqlim şəraiti bir birindən tamamən fərqli olduğuna görə, sortnümunələrin stes
faktorlara davamlılıq baxımdan düzgün qiymətləndirilməsi üçün təbii şərait olduqca
əlverişli olmuşdur. 2011-2012-ci və 2015-ci illərdə yazda havanın temperaturu 10-
25
0
С, nəmliyin isə 85-90% olması, göbələk xəstəliklərinin əhəmiyyətli dərəcədə
meydana gəlməsinə səbəb olmuşdur. Yazda havanın sərin və yağmurlu olması,
havanın nisbi nəmliyinin artması, patogenlərin inkişafına və xəstəliyin əmələ
gəlməsinə səbəb olmuşdur. 2013-2014-cü illərdə isə havanın temperaturunun yüksək
olması, yağmurların az miqdarda düşməsi, əvvəlki illərlə müqayisədə xəstəliklərin az
olmasına səbəb olmuşdur.
Ayrı-ayrı illərdə unlu şeh, gövdə pası, cırtdan pas və digər xəstəliklər, bitkinin
yarpaq və gövdələrini, hətta sünbüllərini də sirayətləndirə bilir. Müşahidələr
nəticəsində müəyyən olunmuşdur ki, gövdədə əmələ gələn sarı-boz uzun sporlar,
gövdənin epidermisini dağıdır və inkişaf edən uredosporlar 18-21 mm uzunluğunda
qara uzun xətlər əmələ gətirir. Bu xəstəliyə olduqca davamsız olan sortnümunələrdə,
məhsuldarlıq xeyli azalır və cılız dənlər əmələ gəlir. Karlik, (cırtdan) pas xəstəliyinə
tutulmuş bitkilədə isə, patogen yarpaq səthini zədələyir və onun səthində sarı və ya
293
sarı bozumtul uredosporlar əmələ gətirir. Davamsız genotiplərdə məhsuldarlığın 4-
9% azalmasına səbəb olur.
Aparılan tədqiqatlar göstərdi ki, öyrənilən seleksiya materialı içərisində yüksək
immunluğa malik arpa genotiplərinin miqdarı azdır və xəstəliyin növündən asılı
olaraq, əhəmiyyətli dərəcədə fərqlənə bilir. Öyrənilən seleksiya materialının 42,7%-i
gövdə pasına ortadavamlı, 34,5%-i isə zəif davamlı olmuşdur. Sortnümunələrin
müvafiq olaraq 34,7 və 29,3%-i karlik pasa qarşı orta və zəif davamlı olmuşdur.
Gövdə pasına qarşı yüksək davamlı və immun nümunələrin miqdarı 5,9–7,8%, karlik
pasa davamlı və immun olanlar isə 10,2-12,6% olmuşdur. Hər iki pasa tamamən
davamsız olan genotiplər, seleksiya materialının 9,1-13,2% -ni təşkil etmişdir.
Xəstəliklərlə müqayisədə zərərvericilərlə yoluxan sortnümunələrin sayı az
olmuşdur. Tədqiq edilən nümunələrin ümumilikdə 7,8%-i zərərvericilərə qarşı
davamsız olmuş, 50,3%-i zəif və orta dərəcədə tolerantlılıq göstərmiş, 41,9%-i isə
davamlı olmuşdur. Zərərvericilərə davamsız olan sortnümunələr, əsasən introduksiya
olunmuş formalar arasından aşkar edilmişdir. Tədqiqat nəticəsində müəyyən
olunmuşdur ki, öyrənilən seleksiya materialı arasından kompleks təsərrüfat-qiymətli
əlamətlərə malik, xəstəlik və zərərvericilərə davamlı, yüksək məhsuldar formalar
seçmək mümkün olmuşdur. Bunlara misal olaraq: Nutans 67/91, Boldo/ALOE-
CIMMYT,Viringa'S7/WI2291/WI2269/6/Rhodes
l
S'//TB/
Chzo/3/Gloria
l
S/Copal'S74/ESC-ll-72-83-3E-7E-5E-lE/5/AleliICB02-O534-OAP-
8TR-0AP, Novoir 1İCB 91-0343-OAR-241, Rihane-03 və b. göstərmək olar
(Cədvəl).
2011-2015-ci illərdə aparılan seleksiya işləri göstərdi ki, arpanın xəstəlik və
zərərvericilərinə qarşı mübarizədə, müxtəlif mübarizə üsullarından (aqrotexniki,
kimyəvi və s.) fərqli olaraq, seleksiya yolu ilə tətbiq olunan yüksək məhsuldar və
keyfiyyətli sortların becərilməsi, ekoloji baxımdan daha əhəmiyyətlidir.
Dostları ilə paylaş: |