Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə199/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   195   196   197   198   199   200   201   202   ...   352
 
Açar sözlər: 
arpa, xəstəlik, sarı, pas helmintosporioz, rinxosporioz, unlu şeh, 
davamlılıq 
Kлючевые слова: 
ячмень,болезнь, желтая ржавчина, гельминтоспориоз, 
ринхоспориоз, мучнистая роса, устойчивость
 
Key words
: barley, disease, yellow rust, scald, powdery mildew,spot bloch 
resistance 
Arpa ölkəmizdə becərilən mədəni dənli taxıl bitkilərindən biridir. Bu bitki 
ölkəmizdə buğdadan sonura geniş yayılmış dənli bitkidir. Dənli bitkilər sırsaında arpa 
ən qiymətli yem bitkisi olmaqla birinci yerdə durur. İnkişaf fazalarından asılı olaraq 
arpa bitkisinin temperatura münasibəti müxtəlif olur. Payıziıq arpa şaxtaya davamsız, 
quraqlığa və istiyə davamlıdır. Arpanın bioloji xüsusiyyətləri onu müxtəlif iqlim 
şəraitində becərməyə imkan verir. Arpa bitkisinin məhsuldarlığı hələdə ölkə üzrə
tələblərə uyğun deyildir. Məhsuldarlığın yüksəlməsinə mane olan əsas amillər 
içərisində bitkilərin müxtəlif xəstəliklərlə sirayətlənməsi xüsusi qeyid olunmalıdır. 
Arpa bitkisi vegetasiya dövründə bir çox göbələk xəstəlikləri ilə sirayətlənirlər. 
Xəstəliklərin törədicilərinə qarşı mübarizədə davamlı sortların yaradılması böyuk 
əhəmiyət kəsb edir. Dünyanın arpa becərilən bütün bölgələrində arpa bitkisində sarı 
pas, cırdan pas, unlu-seh, helmintosporioz, rinxosporioz, septorioz və sair kimi 
xəstəliklərə rast gəlinir.
Bu xəstəliklər ölkəmizin arpa əkinlərində epizodik xarakter daşıyır. 
Xəstəliklərin arpa bitkisinə vurduğu ziyan, onun törədicisinin yayılmasının 
öyrənilməsi əsas məsələlərdən biridir. Yarpaq üzərində yayılan parazitlər vegetasiya 
dövrü, bitkilərin vegetativ orqanlarını sirayətləndirməklə onların ümumi 


305 
zəifləməsinə, yarpaqlarda fizioloji pozğunluğa və məhsul itkisinə səbəb olur. 
Ölkəmizdə arpa bitkisinin yarpaq xəstəliklərinin yayılması onların vurduğu ziyan 
kifayət qədər öyrənilməmişdir.
Yarpaq ləkə xəstəliklərinin inkişafına rütübətli hava və optimal temperatur (17-
23C
0
) əlverişli şərait yaradir. Bubaxımdan Qobustan BTS-də arpa bitkisində yarpaq 
xəstəlikləri geniş yayıldığını bu xəstəliklərin inkişafını və vurduğu ziyanın 
öyrənilməsinin aktualılığını nəzərə alaraq parazitlik edən sarı pas, cirdan pas, unlu-
seh, helmintosporioz, rinxosporioz, septarioz v.s kimi xəstəliklərin öyrənilməsinə dair 
tədqiqatlar aparılmışdır. Dənli bitkilərin əsas xəstəlikləri eyni mənşəyə malik 
olduqları üçün çox oxşardılar. Qobustan bölgəsi ekolojı cəhətdən respublikanın digər 
bölgələrindən fərqləndiyi kimi, arpa xəstəliklərinin yayılmasına və inkişaf 
dinamikasına görədə müəyiyən fərqlilik müşahidə edilir. Təbii iqlim faktorları 
burada, bu və ya digər xəstəliklərin inkişafı üçün əlverişli olur.
Sarı pas xəstəliyin törədicisi 
Puccinia striiformis 
(West) göbələyidir. 
Xəstəliyin ilkin əlamətləri erkən yazda bitkilərin kollanma və boruya cixma 
mərhələsində üzə cixir. Xəstəlik nəticəsində yarpaqların asmiliyasiya səti kiçilir, 
tənəffüs prosesi güclənir, buxarlanma artir və yarpaqlar vaxtindan əvvəl quruyub 
tökülməyə başlayır. Nəticədə dən cılızlaşır çəki aşağı düşür. Sarı pas xəstəliyi 
müxtəlif saviyyədə(zəif,orta,güclü) tutulmuş sortlar üzərində aparılmış təcrübələr 
göstərirki, onun məhsuldarlığa vurduğu ziyan xəstəliyin intensivliyindən asılı olarak, 
17-35% arasında dəyişir. 
Unlu-sehxəstəliyinin törədicisi 
Erysiphe graminis
f.Em.Markhal arpanin ən 
geniş yayılmış xəstəliklərdən biri hesab olunur. Unlu seh xəstəliyi ən çox yarpaqlarda 
əmələ gəlir, lakin bitkinin bütün yer üstü hissələri yoluxa bilir. Xəstəlik törədicilər 
80-100% nisbi rütubətdə, 0-20
0
Ctemperaturda və sıx əkinlərdə yayılır.Tədqiqatlara 
əsasən xəstəlik 15-35% arasında ziyan vura bilir.
Torvari helmintosporioz xəstəliyinin törədicisi 
Drechlera tenes
İfo. Xəstəliyin 
inkişafı aprel may aylarında temperaturun(20-28
0
C) və nisbi rütubətin (70-80%) 
yüksəlməsi ilə eyni başlayır. Yarpaq üzərində əmələ gələn kiçik ölcülü bozumtul 
ləkələr sonra bir biri ilə birləşib bitkinin yarpaq səthini tutur. Bitkinin tənəffüs prosesi 
pozulur, fotosintezin intensivliyi zəifləyir və yarpaqlar quruyub tökülür. 
Rinxosporioz xəstəliyinin törədicisi 
Rhunchosporium qraminicola
Heinsen 
qeyri-müəyyən göbələklərin 
Hyphomisetales
sirasina aiddir. Xəstəlik rütübətli illərdə 
xüsusi ilə geniş yayılır. Xəstəliyin vurduğu ziyan bitkilərin yarpaqlarınin tez quruyub 
tökülməsi generativ və reproduktiv orqanların inkişafdan qalması, dən formalaşması 
prosesinin pozulması nəticəsində yüngül çəkili dənlərin və boş sünbüllərin əmələ 
gəlməsindən asılıdır.
Yuxarda qeyd olunan xəstəliklərin sirayətlənmə səviyyəsinin hesabatları 
aşağıda qeyd edilən metodikalar üzrə aparılmışdır. 
CIMMYT və ICARDA-nın beynəlxalq təlimatlarında tövsiyyə olunan Kobbun 
modifikasiya olunmuş şkalaları üzrə aparılmışdır (Peterson et all, 1948; İnstructions 
for the Management and Reporting the results for the Fawwon, 1995), Unlu-seh 
xəstəliyinin davamlılığı Avropa ölkələrində geniş tətbiq olunan N.Smilakovicin 
(1966) tərtib etdiyi 9 ballı şkala əsasında hazırlanmiş, Krivçenko V.İ. və başqaları 


306 
tərəfindən (1980) təklif olunan metodiki göstərişlər əsasında öyrənilmişdir. Aprarılan 
tədqiqatlar nəticəsində məlum oldu ki, bu il Qobustan BTS-də öyrənilən arpa 
bitkisində nəzarət-1, nəzarət-2 və musabiqəli sort sınağı pitomniklərində kollanma 
fazasında torvari helmintosporioz və unlu-seh xəstəliklərinin ləkələri müşahidə 
olunmuşdur. Mum yetişmə dövründə isə rinxosporioz və sarı pas xəstəlik törədiciləri 
yayılmağa başlamışdır. Öyrənilən pitomniklərdə göstərilən xəstəliklərin sirayətlənmə 
səviyyəsi müxtəlif olmuşdur. Belə ki, nəzarət-1 pitomnikində olan 55 nümunənin 18 
ədədi iki cərgəli arpa, 37 ədədi çox cərgəli arpa olunmuşdur. Bu 55 nümunədən 19 
nümunə(5ms-20s) yəni 34,5% sarı pasa həssas və orta həssas, 36 nümunə isə yüksək 
davamlı (R) 65,5% olmuşdur. Unlu seh xəstəliyinə 10 nümunə (5-7 bal) 18,2% 
həssas, 45 nümunə isə 81,8% davamlı və orta davamlı olmuşdur. Torvari 
helmintosporioz xəstəliyi ilə 23 nümunə (5-7bal) 41,8% həssas, 32 nümunə (2-4 bal) 
52,8% davamli və orta davamlı olmuşdur. Rinxosporioz xəstəliyi ilə 21 ədəd nümunə 
(5-8 bal) 38,2% həssas 34 nümunə(2-4 bal) 61,8% davamlı və orta davamlı olmuşdur.
Nəzarət-2 pitomnikində öyrənilən 10 ədət nümunədən 5 ədədi rinxosporioz 
xəstəliyinə (5-8 bal) 50% həssas, 5 nümunə (3 balla) 50% faiz orta davamlı olmuşdur. 
Helmintosporioz xəstəliyi ilə bir nümunə (6 bal) 10% həssas, 9 nümunə (2-4 bal) 
90% davamlı və orta davamlıliq göstərmişdir. Nəzarət 2 pitomnikində unlu seh və 
sarı pas xəstəlikləri müşahidə olunmamışdır.

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin