Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ


XƏSTƏLİKLƏRİLƏ YOLUXMASININ FİTOPATOLOJİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə196/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   192   193   194   195   196   197   198   199   ...   352
XƏSTƏLİKLƏRİLƏ YOLUXMASININ FİTOPATOLOJİ 
QİYMƏTLƏNDİRİLMƏSI 
 
A.D.MƏMMƏDOVA, H.M.ŞIXLİNSKİ
AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı, AZ1106, Azadlıq prospekti 155, Azərbaycan 
e-mail:sh.haci@yahoo/com 
Məqalədə mərcimək (Lens culinaris 
L
) sortnümunələrinin göbələk xəstəlikləri 
ilə sirayətlənmələrinin fitopatoloji qiymətləndirilməsi və bu bitki nümunələri 
içərisindən perspektivli və davamlılığı ilə seçilən bitkilərin donor materialı kimi 
istifadə edilməsindən bəhs edilir.
 
Açar sözlər:
paxlalılar, mərcimək, qiymətləndirmə, donor, xəstəlik
fitopatologiya, davamlılıq, immunoloji qiymətləndirmə 
Ключевые слова: 
бобовые, чечевица, оценка, донор, болезни, 
фитопатология, устойчивость, иммунологическая оценка 
Key words: 
leguminous, lentil, estimation, donor, diseases, phytopathology, 
resistance immunological evaluation 
Mərcimək 
birillik bitki olmaqla, nisbətən alçaqboyludur. Mərcimək 
respublikamızda yetişdirilən əsas dənli paxlalı bitkilərdən biri olub, əsas etibarilə 
ərzaq bitkisidir. Dənli paxlalı bitkilər içərisində mərcimək özünün yüksək zülal 
tərkibi ilə fərqlənir. Bu baxımdan o, yalnız soyadan geri qalır.
Mərcimək insan və heyvan orqanizmləri tərəfindən yaxşı mənimsənilir və 
yüksək qidalılıq xüsusiyyətinə malikdir.
Mərcimək qida məhsulları içərisində mühüm yerlərdən birini tutur. O Avropa, 
Şimali Afrika, Kanada, ABŞ, Avstraliya və Latın Amerikasında geniş becərilir. 


301 
Mərciməyin dənində 23,8-32,0% zülal, 47,3-60,21% azotsuz ekstiraktiv maddələr və 
0,63-2,1% piy yağları vardır. Stress amillərə davamlı radionukleotidləri özündə 
toplamır, qışa davamlılığı ilə seçilir.
Respublikamızda ərzaq üçün istifadə olunan və qədim zamanlardan becərilən 
paxlalı bitkilərdən mərciməyi göstərmək olar. Bu bitkinin dəni karbohidratlarla, 
zülallarla, əvəz olunmayan amin və yağ turşuları, vitaminlərlə (xüsusən B qrupu) və 
minerallarla zəngindir.
Dəmyə bölgələrində mərciməyin digər bitkilərə nisbətən üstünlüyünü nəzərə 
alaraq, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu bitkini gələcəkdə 
əkinçilik üçün perspektivli bitkilər siyahısına salmış və quraq regionlarda 
becərilməsini tövsiyə etmişdir [1; 3; 6; 7].
Respublikamizda ərzaq probleminin həlli ilə əlaqədar olaraq yüksək məhsuldar, 
biotik və abiotik stress amillərə davamlı, keyfiyyətli yerli sortların yaradılması, 
optimal becərmə texnologiyasının müəyyən edilməsi, toxumçuluğun təşkili və yayımı 
qarşıda duran problemlərdəndir. Ölkəmizin ayrı-ayrı bölgələrində becərilən 
mərcimək nümunələri tez-tez kütləvi surətdə fuzarioz xəstəliyinə tutulur ki, bunun da 
nəticəsində istehsalın rentabelliyi aşağı düşür və fermerlərin bu sahəyə marağı azalır. 
Becərilən yerli formalar qısaboylu olduğundan məhsulun əmtəəlik xüsusiyyətləri də 
yüksək olmur [2; 8; 9]. Buna görə də xəstəliklərə davamlı, yüksək məhsuldar, 
hündürboylu, əmtəəlik xüsusiyyyətləri yüksək olan yeni mərcimək sortları yaratmaq 
məqsədilə 1997-ci ildən başlayaraq ICARDA Beynəlxalq Elm Mərkəzindən hər il 
müxtəlif mənşəli mərcimək nümunələri introduksiya olunur. Alınmış nümunələr 
Abşeron və Cəlilabad bölgələrində ekoloji sınaqlardan keçirilir. Öyrənilən nümunələr 
üzərində fenoloji müşahidələr aparılır, onların xəstəliklərə, yatmaya, şaxtaya, 
quraqlığa qarşı davamlılığı öyrənilir.
Digər paxlalılar kimi mərcimək bitkisi də kökdəki yumrucuq bakteriyaları 
vasitəsilə havanın sərbəst azotunu mənimsəyərək torpağı azotla zənginləşdirir. Bu 
bitkilərdən sonra sahəyə əkiləcək başqa bitkilər təbii azotla təmin olunmuş olur ki, bu 
da ekologiyanın çirkləndiyi bir vaxtda kimyəvi gübrələrdən az istifadə olunmasına 
səbəb olmuş olur [2; 4; 5; 8; 9].
Beləliklə, göstərilənləri nəzərə alaraq tədqiqat materialı kimi yerli və 
introduksiya (ICARDA) olunmuş mərcimək nümunələri götürülmüşdür. Bu 
nümunələr üzrə tədqiqat işləri AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun AETB-da 
aparılmışdır. Tədqiqat materialı kimi mərcimək (
Lens culinaris
) nümunələri “Dənli 
taxıl və paxlalı bitkilər” laboratoriyasından alınmışdır. Beynəlxalq deskriptora əsasən 
müxtəlif bölgələrdən toplanmış mərcimək Abşeron şəraitində öyrənilir. Tədqiqat 
işində 21 nümunənin təbii fonda göbələk xəstəliklərinə yoluxmasının fitopatoloji 
tədqiqi və qiymətləndirilməsi aparılmışdır.
Tədqiq olunan mərcimək (
Lens culinaris
) bitkisinin göbələk xəstəliklərinə qarşı 
qiymətləndirilməsi BMT-nin tərtib etdiyi şkalaya əsasən aparılmışdır [10].
Aparılan qiymətləndirmə dövründə mərciməyin 21 sortnümunəsinin göbələk 
xəstəliklərinə qarşı göstərdiyi nəticələr cədvəldə göstərilmişdir.
Cədvəldən göründüyü kimi, 2009-2013-cü illər ərzində 21 mərcimək genotipinin 
göbələk xəstəlikləri ilə sirayətlənməsinin fitopatoloji qiymətləndirilməsi zamanı - 


302 
Flip 2010-50L, Flip 2011-15L, Flip 2010-65L, Flip 2010-62L (46/1), LİF
3
NCTA 
2011/1 sortnümunələri immun; Arzu, Flip 2010-62L (46/2), Flip 2010-60L, Flip 
2011-61L, İLL-4400, Flip 2010-36L, Flip 2010-76L, Flip 2011-18L, Flip 2010-26L 
sortnümunələri davamlı; Flip 2010-76L, Flip 2011-13L, Flip 2011-42L, Flip 2011-
20L, Flip 2010-43L, Flip 2011-49L, Flip 2010-76L sortnümunələri orta davamlı; Flip 
2010-19L sortnümunəsi davamsız olmuşlar.

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin