M.M.Tagiyev The article show information about species of nematodes which damage
roots of vegetables, cultivated in North-eastern areas of Absheron.
UOT 633.1.632.4 YERLİ VƏ İNTRODUKSİYA EDİLMİŞ BUĞDA SORTLARININ İN VİTRO ŞƏRAİTDƏ SARI LƏKƏ XƏSTƏLİYİNƏ ( Pyrenophora tritici repentis ) QARŞI DAVAMLILIĞININ ÖYRƏNİLMƏSİ Ş.F.SADIQOV 1 , E.R.İBRAHİMOV 1 , İ.M.HÜSEYNOVA 2 1-Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bakı şəhəri, Az1098, Pirşağı qəs., Sovxoz N0 2-AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutu, Bakı şəhəri E mail: shahriyar.sadikov@mail.ru Məqalədə 2014-2015-ci illərdə Əkinçilik ET İnstitutunun, Bitki xəstəlikləri və zərərvericilərlə mübarizə laboratoriyasında buğda yarpaqlarının sarı ləkə xəstəliyinə (Pyrenophora tritici-repentis) qarşı yerli və introduksiya edilmiş sortların davamlılığı və immunoloji reaksiyaları öyrənilmişdir. Bu məqsədlə sirayətlənmə materialı kimi, əvvəlki illərdən toplanmış yarpaq və gövdə nümunələrindən izolə edilmiş kulturalardan istifadə edilmişdir. Təcrübələrdə süni sirayətlənmə fonunda alınmış nəticələrlə tarla şəraitində aparılmış müşahidələr və qoyulmuş təcrübələr eynilik təşkil etmişdir. Məhz bu nəticələrdən gələcəkdə, sarı ləkə xəstəliyinin immunoloji qiymətləndirməsi və differensiator xəritəsinin təkmilləşdirilməsində, tutucu pitomniklərin hazırlanması və seleksiya proqramlarında istifadə ediləcəkdir. Açar sözlər: sarı ləkə, buğda, nekroz , xloroz, fitopatogen