Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə215/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   211   212   213   214   215   216   217   218   ...   352
 
Açar sözlər:
dəstə (xırda) yarpaqlıq, budaq və ya zoğ quruması, çətirin yuxarı 
hissəsinin yarpaqlarının kütləvi tökülməsi, simptomlar itib sağalan ağacların 
miqdarı 
Ключевые слова: 
розеточность (мельколистность), усыхание побегов, 
осыпания листьев в верхной части кроны, количество оздоровивших 
деревьев с исчезуемыми симптомами 


332 
Key words: 
rosette (few leaved), drying of branches, shedding of leaves at 
the top of the crown, number of trees with the symptoms disappearance
 
Mikroqida nöqsanlıqlarının proflaktikası və aradan qaldırılması üçün 
aqrotexniki mübarizə tədbirləri ilə yanaşı kimyəvi mübarizə üsulları da tətbiq 
olunur. Belə ki, ABŞ, Kanada, Fransa, Rusiya Federasiyası, Ukrayna, Belarus 
Respublikalarında, Moldova, Gürcüstan, Latviya, Estoniya və Orta Asiya 
ölkələrində meyvə bağlarının və digər bitki əkinlərinin gübrələnməsində sink 
tərkibli mikrogübrələrdən istifadə olunur. 
Rusiya Federasiyasının Stavropol diyarında, Astarxan vilayətinin Xəzər sahili 
boyu düzənliklərində, Dağıstan Muxtar Respublikasında, Orta Asiya ölkələrində, 
ABŞ-ın Koliforniya, Florida və digər ştatlarında, Qərbi Avstraliyada, Cənubi 
Afrikada mis tərkibli mikrogübrələrin tətbiqinə xüsusi diqqət ayrılır. 
ABŞ-da, 
Fransada, 
Almaniyada, 
İngiltərədə, 
Türkiyədə, 
Rusiya 
Federasiyasında, Cənubu Qafqazda və Orta Asiya ölkələrində meyvə, giləmeyvə 
və digər kənd təsərrüfatı əkinlərində bor mikrogübrəsinin istifadəsiinin səmərəli 
olmasına dair tədqiqat araşdırması nəticələri vardır [4; 6; 7]. 
Bizim ölkəmizdə bu və digər mikrogübrələrin müxtəlif kənd təsərrüfatı 
bitkilərində tətbqinə 1932-ci ildən başlanılmaqla, bu istiqamətdə aparılan elmi-
tədqiqat 
araşdırmaları 
M.Q. 
Abutalıbov, 
B.Z.Hüseynov, 
H.Ə.Əliyev, 
A.X.Tağızadə, K.Abdullayeva, Z.Məmmədova, Ə.N.Güləhmədov, N.A.Ağayev, 
A.V.Gəncmehir, O.Q.Məmmədov, Q.Ə.Cəlilova və digərləri tərəfindən həyata 
keçirilmişdir [1; 2; 3; 5]. 
Tədqiqatçılardan A.V. Gəncmehir və N.A.Ağayev Quba rayonunun Zərdabi 
kəndi ərazisindəki alma bağında, Q.Ə.Cəlilova və Q.S.Şirinova isə Xaçmaz rayonu 
Yergüc kəndi ərazisində gilas və gavalı bağlarında bor mikrogübrəsinin 2 kq/ha, 
sink və mis mikrogübrələrinin 4 kq/ha normalarının torpağa tətbiqinin, eləcə də bor 
turşusu, mis sulfat və sink sulfat duzlarının 0,05...0,1%-li suda məhlullarının 
ağacların yaşıl çətiri üzərinə çilənmələri yolu ilə aparılan kökdənkənar 
yemləmələrdə nəzarətə nisbətən 16,9...31,7% miqdarında məhsuldarlığın 
artırdığını, eyni zamanda meyvə məhsullarının keyfiyyətini nəzərəçarpan 
səviyyədə yüksəltdiklərini bildirirlər. 
Makro (P, PK, NPK) və mikro (Zn, Cu və B) gübrələrin tətbiqi ilə funksional 
xəstəliklərin yayılma və inkişafı arasındakı qarşılıqla əlaqənin araşdırılması 
məqsədi ilə bizim tərəfimizdən Az. ETB və SBİ-nin Zərdabi adına ETB-da bir sıra 
tədqiqatlar aparılmışdır. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin