Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə212/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   208   209   210   211   212   213   214   215   ...   352
p.Alternaria
göbələkləri ilə sirayətlənməsi 
çiçəklənmə anından başlayır. Bu zaman baş verən generativ orqanların 
sirayətlənməsi dənmeyvələrin yoluxmasına gətirir (dənin alternariozu və qara 
rüşeym), bu zaman infeksiya rüşeymə daxil olmadan üst qatlarda mövcud olur. 
Daha gec mərhələrdə sirayətlənmə zamanı göbələklər əsasən pulcuqlarda 
məskunlaşır (qara sünbül) və nadir hallarda dənmeyvələrə daxil olurlar. Müxtəlif 
fenofazalarda baş verən sirayətlənmə müxtəlif əlamətlərin və müxtəlif fitosanitar 
nəticələrin əmələ gəlməsinə səbəb olur [1].
Son iyirmi ilin tədqiqatları göstərir ki, qara rüşeymin əsas səbəbi göbələk 
infeksiyası deyil, ehtimal olunur ki, toxumda fenol maddələri oksidləşdirən 
peroksidazanın yüksək aktivliyi ilə bağlı biokimyəvi reaksiyadır. Avstraliyalı 
tədqiqatçılar tərəfindən nəticədə müəyyən olunmuşdur ki, qara rüşeymin 
simptomları toxumun stress və digər zülalları istehsal etməsidir [5].
Əvvəllər qara rüşeymin və toxumun alternariozunun inkişaf etməsinə səbəb 
olan abiotik amillərin tədqiqatları zamanı, hər iki patologiyaya, adətən eyni 
xəstəlik kimi baxılırdı, Alternarianın cinsləri isə yanlış identifikasiya edilmiş, buna 
görə də nəticələrin izahı çətinlik yaradır. Bununla belə, göstərək ki, bir sıra 
müəlliflərin məlumatlarına uyğun olaraq, qara rüşeymin və toxumun 
alternariozunun əmələ gəlməsinə çiçəkləmə-yetişmə mərhələsində oxşar abiotik 
amillər – güclü yağışlar, davamlı şeh, bolluca suvarma, havanın yüksək rütubəti, 
və cüzi dərəcədə ekstremal temperaturlar səbəb olur [6; 7]. 
Xəstəliklərin zərərvericiliyi ayrı-ayrılıqda öyrənilməmişdir. Buğdanın bir 
neçə nümunəsi əsasında müəyyən olunmuşdur ki, koleoptilin Alternaria ilə 
sirayətlənmiş və qara rüşeym simptomları olan toxumlardan böyüməsinin sürəti 
nəzarətdəkinə nisbətən aşağı idi, həmçinin toxumların 22
0
C inkubatorda 
yetişdirilməsi zamanı fərq 15
0
C nisbətən əhəmiyyətli dərəcədə idi [3]. Beləliklə, 
qara rüşeymli toxumların 10 günlük koleoptilinin uzunluğu məhsulun ilindən və 
temperaturdan asılı olaraq nəzarətdəkinə nisbətən 0.1-9.3% az idi. Koleoptilin 
uzanmasının daha güclü dayandırılması may, iyun və avqust aylarında çox sayda 
yağıntıların düşdüyü, lakin iyul ayının quraq keçdiyi daha sərin illərdə əldə olunan 


328 
toxumlarda qeydə alınmışdır. Ehtimal olunur ki, dənli bitkilərin müxtəlif sortları və 
növləri 
p.Alternaria
göbələkləri ilə sirayətlənməyə fərqli reaksiya göstərirlər, bu 
ziyanvericiliyə təsir edir. Eləcə də, müxtəlif amillərin, ilk növbədə bitkinin sortu, 
göbələyin növü və ətraf mühitin şəraiti kimi amillərin (temperatur, rütubət və s.) 
mümkün olan qarşılıqlı əlaqəsini nəzərə almaq lazımdır [4]. 
Şərh edilmiş faktlar qara rüşeym simptomları və dənin alternariozu olan 
toxumlarda bitkilərin boy atmasına neqativ təsir edən səciyyəvi (tipik) olmayan 
fizioloji proseslərin gedişindən xəbər verir ki, bu da sözsüz qara rüşeymi və dənin 
alternariozunu xəstəlik hesab etməkdə davam etməyə imkan verir. 
Buğda sünbülünün qaralması – adətən 
p. Alternaria
göbələkləri ilə 
asossiasiya edilən xəstəlikdir. A.alternata, c. Herbarium, b. Cinerea göbələkləri 
buğda sünbüllərinin qaralması xəstəliyinin törədiciləridir.
Şəki-Zaqatala bölgəsinin payızlıq buğda əkinlərində apardığmız fitosanitar 
müşahidələr və məhsuldan götürülən dənlərin fitoekspertizaları göstərir ki, 
alternaria cinsindən olan göbələklərlə sirayətlənmə kifayət qədərdir və xəstəliyin 
intensivliyi yüksək rütubət və güclü yağışların təsirindən artır. Havanın yüksək 
rütubətliliyi və sünbülün üzərində su damcısının mövcudluğu zamanı, yəni sıx-sıx 
və bolluca yağıntıların və ya şehin düşdüyü zaman taxılın yetişdiyi dövrdə 
meydana gəlir. Belə şəraitlərdə sünbülün üzərində intensiv şəkildə, ilk növbədə 
sporları atmosferin yerə yaxın qatında daha çox sayda əmələ gələn, soprofit 
göbələklər inkişaf edir. Adətən belə göbələklər 
Alternaria, Cladosporium, 
Epicoccum
fəsiləsindən olan, nadir hallarda başqa fəsilədən olan növlərdir. Erkən 
sirayətlənmə və sirayətlənmiş sünbüllərin uzun müddət yığılmamış vəziyyətdə 
qaldığı zaman, ehtimal olunur ki, yetişmə prosesi müəyyən dərəcədə pozula bilər, 
bundan əlavə göbələk dənə keçə bilər. Həmçinin dənin göbələklərlə güclü şəkildə 
sporlandığı zaman onun allergenliliyinin artdığını unutmaq lazım deyil. 
Alternaria
və 
Clodosporium
sporları – daha geniş yayılmış göbələk mənşəli 
aeroallergenlərdən biridir. 
Bununla belə p.Alternaria göbələklərinin və onların metobolitlərinin 
toxumlara zərər vura bilməsi istisna edilmir, məsələn, zəif fizioloji olaraq 
yetişməmiş toxumlar. Məlumdur ki, Alternarianın bir çox növləri bitki 
toxumalarını zədələyən və onun böyüməsini dayandıran fitotoksinlər əmələ 
gətirirlər. Bizim tərəfimizdən 2013-2015-ci illərdə ADAU-nun fitopatologiya 
laboratoriyasında aparılan analizlərlə müxtəlif bölmələrdən olan Alternarianın 
cinslərinin buğdanın cücərtilərinə təsiri yoxlanılmışdır. Xırda sporlu növlərin bitki 
filtratının tərkibində cücərtilərin boy atmasını dayandıran maddə vardır. 
A.infectoria
kompleksinin növlərinin filtratı orta hesabla daha fitotoksik idi.
Dənli bitkilərin generativ orqanlarının Alternarianın növləri ilə sirayətlənməsi 
unun çörək keyfiyyətinin pisləşməsinə gətirə bilər. Toxumun alternariozu çörək 
bişirməyə ciddi ziyan vurmur. Toxumların Alternaria cinsləri ilə sirayətlənməsinin 
daha çox təhlükəli nəticəsi kimi, insan və heyvanlar üçün zərərli olan göbələk 
metobolitlərinin mikotoksinlərinin əhəmiyyətli miqdarda toplanmasını hesab 
etmək lazımdır. Məsələn, müxtəlif ölkələrdə buğdanın toxumunda alternariol 
(1050 mkq/kq qədər), alternariolun monometil efiri (1426 mkq/kq), tenuazon 


329 
turşusu (6432 mkq/kq qədər) və Alternarianın digər toksinləri aşkar edilmişdir. 
Bütün bu məhlullar Alternarianın xırda sporlu növləri tərəfindən ifraz edilir və
A.infectoria
da mövcud deyil, buna görə də dəqiq eyniləşdirmənin vacibliyini bir 
daha qeyd edək. Bitkilər, bakterialar, quşlar və insan limfositləri üzərində aparılan 
tədqiqatlar Alternarianın xırda sporlu növlərinin mutagen, terogen və toksiki 
təsirini meydana çıxarmışdır. 
A.tenuissi
manın bitki filtratının toyuq embrionları 
üçün toksiki olması sübut olunmuşdur. Onlar üçün tenuazon turşusunun ölüm 
dozası (ÖD
50
) yumurtaya 548 mkq təşkil edir, yəni ki, məsələn, 85 q buğdanın 
tərkibində olan miqdarda. Çətin ki, qidada və ya heyvan yemində mikotoksinlərlə 
belə çirklənmiş taxılın istifadə edilməsini sağlamlıq üçün təhlükəsiz hesab etmək 
olar [8]. 
Alternarianın miselisinin qida allergeni kimi rolu öyrənilməmişdir. Ola bilsin 
ki, o yetərincə qiymətləndirilməmişdir. Nəzərə alsaq ki, bu göbələklərin havadakı 
sporları çox vaxt insanlarda atopik rinitlərin və astmanın əmələ gəlməsinə gətirir, 
onda mövzunun aktuallığını başa düşmək olar. 
Ekoloji dərinlik və Alternarianın xırda sporlu növlərinin infeksiyaları kimi, 
A.infectorianın kompleksinin də infeksiyalarının qorunması üsulları ümumi olaraq 
oxşardır. Infeksiyanın güclü mənbəyi sirayətlənmiş bitkilərdir (xüsusilə quruyan 
aşağı yarpaqları ilə qocalan bitkilər, bar verməsi sona çatan bir illiklər) və vaxtaşırı 
şeh və yağışlarla isladılması şərti ilə istənilən bitki qalıqlarıdır. Vegetasiya müddəti 
ərzində (əsasən ortalarında və sonunda) əlverişli hava şəraiti zamanı torpaqdan bir 
neçə metr yüksəklikdə həmişə yüksək konsentrasiyada (qatılıq) Alternarianın 
soprotrof növlərinin inokulyumları mövcuddur. Bu tez-tez əkinçilik 
mədəniyyətinin yüksək olmadığı, əkinlərin yüksək dərəcədə alaqlandığı, istifadəsiz 
qalmış sahələri olan, köhnə kökümeyvəli bitkilərin gövdə və yarpaqlarının 
yığınlarının təmizlənmədiyi və s. təsərrüfatlarda müşahidə olunur. 
Alternarianın toksigen fakultativ parazitik növlərinin yüksək potensial 
təhlükəsini nəzərə alaraq onlara qarşı kompleks mübarizə tədbirləri aparılmalıdır. 
Nəzərə alsaq ki, taxıl toxumlarının alternaria göbələkləri ilə yoluxması cücərtilərin 
sağlamlığını aşağı salan başlıca amildir, onda ilk növbədə toxumlar genis spektrli 
fungisidlərlə dərmanlanmalıdır. Toxumun dərmanlanması nəinki alternaria cinsinə 
aid olan xəstəliklərin eyni zamanda bərk və toz sürmə, kök çürüməsi, fuzarioz, qar 
kifi xəstəliklərinin də qarşısını alır.
Xəstəliyi törədən göbələklər taksonomik baxımdan müxtəlif taksonlarda 
birləşirlər. Hər bir xəstəlik törədici özünəməxsus simptomlar əmələ gətirir, 
məhsuldarlığa bu və ya digər dərəcədə zərər vururlar. Ona görə də bu xəstəlik 
törədicilərin buğda bitkisinə vurduğu zərəri minimuma endirmək üçün sahədə 
yüksək aqrofon yaradılmalıdır. Növbəliəkin, düzgün sələf bitkisi, torpağın 
aqrokimyəvi analizinə uyğun balanslaşdırılmış mineral gübrələr verilməsi, alaqlara 
qarşı elmi əsaslarla mübarizə və s. xəstəlik faizini minimuma salmağa zəmin 
yaradır. Sahələrdə xüsusi olaraq pas xəstəliklərinə qarşı alto-super, tilt, impakt, 
reks-duo kimi preparatlarla aparılan kimyəvi çiləmələr bu xəstəlik törədicilərində 
sporlarına öldürücü təsir göstərir.

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin