Pseudomonas corrugata
)
ilə yoluxmanın yayılması və intensivliyinin uçotları götürülmüşdür. Uçotlar hər 5
gündən bir olmaqla şitillərin sahəyə köçürülməsinə qədər davam etmişdir. Təcrübə
4 təkrarda, hər təkrar 500 şitil daxil olmaqla cəmi 6000 şitili əhatə etmişdir.
Uçot və təhlillər göstərdi ki, təcrübə variantında kök çürüməyə uğrayan
şitillərin 2,2%, etalonda 12,4%, nəzarət variantında isə 38,5% olmuşdur. Şitillərin
Fitoftoroz xəstəlikləri ilə sirayətlənmə səviyyəsi təcrübə variantında 5,6% yayılma,
1,4% intensivliklə qeydə alınmışdır. Etalon variantda xəstəliyin yayılması 18,5%,
intensivliyi 5,9% olmuşdur. Nəzarət variantında Fitoftorozun yayılması 52%,
intensivlik 12,6% olmuşdur. Gövdə bakteriozu təcrübə variantında olmamış, etalon
variantında 12,5 %, nəzarətdə 34,9 % yayılmışdır.
Beləliklə, tətbiq olunmuş yeni mübarizə sxemi şitillərin xəstəliklərə qarşı
davamlılığını artırmışdır. Təcrübə variantında alınan nəticələr nəzarət variantı və
etalon variantı ilə müqayisə edilmiş, bioloji səmərə kök çürümələrinə qarşı təcrübə
variantında 94%, etalonda 68%, Fitoftoroza qarşı təcrübə variantında 89%, etalon
variantda 64%, Gövdə bakteriozu xəstəliyinə qarşı təcrübə variantında 100%,
etalonda 64% olmuşdur (Cədvəl 1).
Təcrübə variantında sağlam şitil çıxışı 99,7%, etalonda 86%, nəzarətdə 62%
olmuşdur. Etalonla müqayisədə təcrübə variantında əlavə şitil çıxışı 13,7 % çox
olmuşdur. Hazırda 1000 ədəd şitilin satış qiyməti 150 manatdır. Belə olduqda hər
1000 şitildən 136 ədəd, yəni 136 x 0,15 man. = 20,4 manat / 1000 şitildə xalis gəlir
əldə edilmişdir. Əlavə mübarizə tədbirlərinə şəkilmiş xərclərin hər 1000 şitilə 6,2
manat olduğunu hesablasaq 20,4-6,2=14,2 manat alarıq. Beləliklə, tətbiq edilmiş
340
mübarizə tədbirləri nəticəsində həm ekoloji cəhətdən zərərsiz vasitələrdən isdifadə
olunmaqla ətraf mühit və işçilərin sağlamlığı qorunmuş, həm də hər 1000 şitildən
14,2 manat xalis gəlir əldə edilmişdir.
Elmi-tədqiqat işlərindən alınmış nəticələr əsasında örtülü sahədə becərilən
məhsuldar pomidorun başlıca xəstəliklərinə qarşı ekoloji cəhətdən təhlükəsiz
mübarizə tədbirləri sistemi işlənib hazırlanmışdır. Hazırlanmış yeni mübarizə
sxeminə aşağıda göstərilmiş komponentlər daxildir.
a.Şitillərin əkilməsi nəzərdə tutulmuş sahədə və ya (hidroponika şəraitində)
substratda olan fakultativ parazitlərdən mühafizə edilməsi üçün əkindən 10 gün
qabaq hər yuvaya 5-10 sm dərinlikdə 1 həb Qliokladin (
Trychoderma harzianum
st. M 22 VİZR, titr 10
9
KYO/qr) preparatı tətbiq edilmişdir.
b.Şitillərin əkinə hazırlanması, kök sisteminin substratda daha güclü inkişafının
təmin edilməsi üçün əkin vaxtı Kornerost P (3 indolil sirkə turşusunun kalium
duzu) preparatının 0,001%-li işçi məhlul hazırlayıb 1000 şitilə verilmişdir.
c.Şitillərin daimi yerlərində başlıca xəstəliklər qarşı mübarizədə Alrin-B (Bacillus
subtilis-şt-10 VİZR, titr 10
9
KYO/qr) preparatı ilə Qamair (
B. subtilis
st.-22 VİZR,
titr 10
9
KYO/qr) preparatı birgə kompleks çiləmə metodu ilə hər 15 gündən bir
olmaqla 4 dəfə tətbiq edilmişdir.
d.Fır nematodlarına qarşı Nematofaqin (
Arthrobotrys oligaspora
) preparatının
torpağa 3 dəfəverilməsi. 1-ci torpağa şitillər əkilməmişdən 10 gün qabaq 5litr /100
pm-ə, 2-ci əkin vaxtı hər yuvaya 30 ml, 3-cü vegetasiya dövründə fır nematodu ilə
sirayətlənmiş ocaqlara 1 yuvaya 30 ml normada, torpağın 15-20 sm dərinliyinə
fumiqator vasitəsi ilə verilmişdir.
e.Vegetasiyanın məhsul yetişkənliyi dövründə və məhsul yığımı vaxtı Fitosporin-
M0,05%-li məhlulu 2 dəfə tətbiq edilmişdir. IMS 400 litr/ha.
Geniş təsərrüfat təcrübəsinin etalon variantı kimi təsərrüfatda paralel
becərilən, eyni aqrofonda eyni sorta (Durinta) məxsus olan pomidorun başlıca
xəstəliklərinin mühafizəsində tətbiq edilən tədbirlərin sayı 9 dəfə, kimyəvi
funqisidlərlə, 1 dəfə DD, 2000 litr/ha normada, Vidat preparatının sulu məhlulu ilə
100 litr/ha normada fır nematodlarına qarşı tətbiq edilmişdir.
Nəzarət variantında eyni aqrofonda becərilən eyni sorta məxsus bitkilər
üzərində heç bir mübarizə tədbiri keçirilməmişdir.Təcrübə qoyulduqdan sonrakı
hər 5 gündən bir yayılmış xəstəliklərin uçotu götürülmüşdür. Uçotlar bütün təcrübə
sahəsində eyni gündə aparılmışdır. Uçotlardan alınmış nəticələr təhlil edilmişdir.
Nəzarət variantında xəstəliklərin yayılma səviyyəsi ilə təcrübə və etalon variantdan
alınmış nəticələr müqayisə edilməklə bioloji səmərəlilik hesablanmışdır. Yeni
mübarizə sxemi (YMS) tətbiq olunmuş sahədə Fitftoroz xəstəliyinin yayılması
6,4%, intensivlik 2,6% olmuş, Alternarioz və Bakterial xəstəliklərqeydə
alınmamış, Fuzarioz və digər traxeomikoz soluxmaların yayılması 6,2%
olmuşdur(cədvəl 2). Bu zaman etalon variantda Fitoftoroz xəstəliyinin yayılması
22,4%, intensivlik 5,2%, nəzarət variantında isə yayılma 62,8%, intensivlik 25,6%
olmuşdur. Etalon variantda Alternarioz xəstəliyinin yayılması 18,2%, intensivlik
7,8%, Bakterial soluxma xəstəliyi 12,8%, Traxeomikoz və Fuzarioz soluxmaları
16,5% olmuşdur.Nəzarət variantında Alternarioz xəstəliyinin yayılması 38,5%,
341
intensivliyi 16,5%, Bakterial xəstəliklər 32,2% olmuşdur. Alınmış nəticələr təhlil
edilmiş və YMS tətbiq olunmuş sahədən və etalon variantdan alınmış nəticələr
nəzarət variantından alınmış nəticələrlə müqayisə edilmişdir. Hesablamalar
göstərir ki, YMS variantında tətbiq olunmuş tədbirlərin Fitoftoroza qarşı bioloji
səmərəsi 90%, Alternarioza və Bakterial xəstəliklərə qarşı 100%, Traxeomikoz və
Fuzarioz soluxmalara qarşı 84% olmuşdur.Etalon variantın tədbirlərinin bioloji
səmərəliliyi fitoftoroza qarşı 64%, Alternarioza qarşı 51%, Bakterial xəstəliklərə
qarşı 63 %, Fuzarioza qarşı 49 % olmuşdur.
YMS tətbiq olunmuş sahədə ekoloji-təmiz məhsul istehsal edilmişdir və
məhsuldarlıq 16,4 kq/m
2
olmuşdur. Etalonda pestisidlərlə zibillənmə səviyyəsi
normadan 2,5 dəfə çox, məhsuldarlıq isə 15,2 kq/m
2
olmuşdur. YMS tətbiq
olunmuş variantın əldə edilmiş əlavə məhsul 1,2 kq/m
2
çox olmaqla sxemə sərf
olunmuş əlavə xərc 0,86 manat/m
2
və etalonla müqayisədə xalis gəlir 1,54 manat
olmuşdur. Tətbiq olunmuş YMS-nin rentabelliyi 139,5% olmuşdur.
Dostları ilə paylaş: |