Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə222/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   218   219   220   221   222   223   224   225   ...   352
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
IV.KEYFİYYƏT 
 


343 
UOT 633.112.1. “321” 
 
PERSPEKTİV YUMŞAQ BUĞDA SORTNÜMUNƏLƏRİNİN BECƏRMƏ 
İLLƏRİNDƏN ASILI OLARAQ BİR SIRA KEYFİYYƏT 
GÖSTƏRİCİLƏRİNİN TƏTQİQİ 
Q.M.HƏSƏNOVA, A.M.ABDULLAYEV, G.H.POLADOVA
Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Az 1198, Sovxoz 2, Bakı, Azərbaycan,Tel:5516130 
 
Açar sözlər: 
buğda, kleykovina, KDƏ, zülal, sedimentasiya, mühit amilləri, 
irsilik 
Ключевые слова:
пшеница, клейковина, ИДК, белок, седиментация, 
факторы среды, наследственность 
Key words: 
wheat, gluten, qluten quality, protein, sedimentation, 
enviromental factors, eredity
 
Məhsuldarlıq və yüksək keyfiyyət göstəricilərini limitləşdirən təbii amillərin 
(yüksək temperatur rejimi, quraqlıq və s.), qlobal səviyyədə dəyişkənliyi fonunda, 
bu amillərə neytral reaksiyalı sortların artan rolunu nəzərə alaraq bu istiqamətdə 
seleksiya işlərinin gücləndirilməsi tələb olunur. Son dövrlərdə müasir seleksiya 
proqramları genotip və ətraf mühit amillərinin qarşılıqlı təsirində, məhsuldarlıq və 
yüksək keyfiyyətin formalaşmasında genotipin rolunun əsas olduğunu nəzərə 
alaraq keyfiyyətin seleksiyasının inkişaf etdirilməsini qarşıya qoymuşdur [7; 8]. 
Dənin keyfiyyət göstəriciləri mürəkkəb, kompleks əlamət olmaqla, mühit 
amillərinin və becərmə texnologiyasının, xəstəlik törədicilərinin və s. təsirinə 
asanlıqla məruz qaldığından seleksiyada keyfiyyət göstəricilərinə görə seçmə 
aparmasına çətinlik törədir. 
A.A.Juçenko (2004, 2005) son on illikdə kənd təsərrüfatı bitkilərinin 
məhsuldarlığının artırılmasında seleksiyanın rolunun 30-70% qiymətləndirildiyini 
və mühit amillərinin dəyişməsi ilə əlaqədar bu göstəricinin daim artacağını göstərir 
[1; 2].
Müasir seleksiyanın bu günkü inkişaf mərhələsində yaradılan hər bir sortda 
vacib təsərrüfat əlamətlərinin və xüsusiyyətlərinin uzlaşması tələb olunur ki, bu da 
sortun müxtəlif iqlim şəraitində öz keyfiyyət göstəricilərini formalaşdırmağa, onun 
potensial imkanını biruzə çıxarmasına imkan yaradır [3]. 
M.A.Fomenkonun (2003) fikrincə illər üzrə məhsuldarlığın və dənin 
keyfiyyət göstəricilərinin yüksək saxlanmasını da nəzərə almaqla abiotik amillərə 
davamlı sortların yaradılması istiqamətində seleksiya işləri gücləndirməlidir [4].
Dünya üzrə yeni sortların tətbiqi məhsuldarlığın 50-70% artmasını təmin 
etməklə ən yüksək məhsuldarlıq ekologiyaya uyğun sortların becərilməsi 
hesabınadır. Dənin keyfiyyət göstəricilərinin təyinində ən böyük rol “sort” və “il” 
amillərinin qarşılıqlı təsirləridir [6]. 
Keyfiyyətin formalaşmasına ilk növbədə təsir göstərən meteoroloji amillər 
və becərmə texnologiyasıdır. Ən güclü keyfiyyət göstəricilərinə malik olan sortlar 


344 
belə onun bu əlamətlərinin realizə olunması üçün şərait yaratmadıqda öz irsi 
əlamətlərini üzərə çıxara bilmir [9].
Respublikamızda mühit amillərinin geniş diapazonda dəyişkən olduğunu 
nəzərə alaraq yumşaq buğdalarda keyfiyyət göstəricilərinə illərin mühit amillərinin 
təsirini öyrənmək məqsədilə Tərtər BTS-də becərilən bir sıra eyni sort və 
sortnümunələrin dəni analiz edilmişdir.
Tədqiqatın materialı yerli yumşaq buğda sortları və sortnümunələri 
olmuşdur. Bunlardan 38 nümunə Müsabiqəli Sort Sınağı, 32 nümunə isə Nəzarət 
pitomnikindən olmuşdur. Bu nümunələrdən yalnız 2015-ci ildə kleykovinanın 
deformasiya əmsalı yüksək olanlar seçilmiş və digər illərlərin identik keyfiyyət 
göstəriciləri ilə müqayisə olunmuşdur. 
Tədqiqat və bütün analizlər mövcud metodika əsasında aparılmışdır [4]. 
Nümunələrdə 1000 dənin kütləsi, şüşəvarilik, kleykovinanın miqdarı və keyfiyyəti, 
sedimentasiya və zülal analizləri aparılmışdır. Bəzi nümunələrdən isə çörək 
bişirilərək qiymətləndirilmişdir. Dənin texnoloji analızləri – şüşəvarilik (DYST-
10842-64), dənin rəngi, 1000 dənin kütləsi (DYST-10840-64), kleykovinanın 
miqdarı və keyfiyyəti (İDK-1 aparatında)kleykovinanın deformasiya əmsalı 
(DYST-13586.1-68), sedimentasiya dövlət standartlarına uyğun olaraq tədqiq 
edilmişdir. Ümumi azotun miqdarı Keldal üsulu ilə təyin edilmişdir. 
Tədqiqatda standart olaraq Aran və Murov 2 payızlıq yumşaq sortları 
götürülmüşdür. Bu sortlar intensiv tiplidir və yüksək dən keyfiyyətinə malikdirlər. 
Xüsusilə Aran sortunun çörək keyfiyyəti qənaətbəxşdir. Yuxarıda qeyd edildiyi 
kimi kleykovinanın deformasiya əmsalına görə seçilmiş nümunələrin digər 
keyfiyyət göstəriciləri 2-ci cədvəldə verilmişdir (Cədvəl 2).
1-ci cədvəldən göründüyü kimi tədqiq olunan sort və sortnümunələrin 
təsərrüfat əhəmiyyətli göstəriciləri illərdən asılı olmuşdur. Belə ki, standart kimi 
götürülmüş Aran sortunda tədqiqat illərindən asılı olaraq 1000 dənin kütləsi 
tədqiqatın iki ilində (2013-2014-cü illər) bir-birinə yaxın olsalar da (45,2-41,2 q) 
2015-ci ildə bu göstərici 37,2 q olmuşdur. Lakin Murov 2 sortunda 1000 dənin 
kütləsi demək olr ki, sabit qalmışdır. Hər iki sortda dənin şüşəvariliyi dəyişkən 
olmuşdur. Bu göstəricinin mühit amillərinin təsirinə asanlıqla məruz qaldığını 
nəzərə alsaq bunun qanunauyğun olması təsdiqlənir.
Digər keyfiyyət göstəricilərinin də tədqiqat illərinin mühit amillərindən asılı 
olması müşahidə edilir. Lakin bu göstəricilər bəzi sort və sortnümunələrdə il 
amillərindən deyil, sortun genotipinin davamlılığından asılı olması müşahidə edilir. 
Belə ki, 2-ci cədvəldən göründüyü kimi kleykovinanın miqdarı Aran sortunda 
stabil olmadığı halda, Murov-2 sortunda bu göstərici illərdən asılı olmamış və sabit 
qalmışdır. Kleykovinanın keyfiyyətinin (İDK-göstəricisinin) 2015-ci ildə belə 
kəskin yüksək olması diqqəti çəkən bir məsələdir. 
 
Ən maraqlı hal isə kleykovinanın belə yüksək miqdarında KDƏ-nin
keyfiyyətinin də yüksək olmasıdır, çünki adətən kleykovinanın yüksək miqdarında 
KDƏ zəif olur. Kleykovinanın yüksək miqdarında onun keyfiyyətinin (KDƏ) 
yüksək olması N45 STARSHİNA/SONMEZ/2, N46AB03671/1 AU/3/MİNN/ 
(Turk)xƏz.95 sortnümunələrində müşahidə olunur və bu onu göstərir ki, bu 


345 
sortnümunələr mühit amillərinin təsirinə qarşı davamlı olmaqla irsi əlamətlərini 
qoruyub saxlaya bilir.

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin