Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə203/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   199   200   201   202   203   204   205   206   ...   352
Basillus subtilis
st. 22 VİZR, titr 10
11
KYO/ qram) bioloji preparatı ilə, 2 
qr/kq normada, işçi məhlulun sərfiyyatı (İMS) 1 litr/kq olmaqla səpindən qabaq 2 saat 
müddətində 
dərmanlanmışdır. 
Paralel 
olaraq 
toxumların 
səpinqabağı 
sağlamlaşdırılmasında daha mütərəqqi üsul kimi bioloji və davamlılığın 
yüksəldilməsində yüksək nəticələr göstərmiş Aqat 25 K preparatından istifadə 
edilmişdir. Preparat 14 qr/kq normada, İMS 2 litr/kq olmaqla tətbiq edilmiş və 
toxumlar 4 saat müddətində səpindən 2 gün qabaq islatma metodu ilə işlənmişdir. 
Təcrübələrdən alınmış nəticələr səmərəli olmuş və hazırlanmış yeni mübarizə 
sxeminə daxil edilmişdir. 
Toxumların səpildiyi torpağın (substratın) keyfiyyətindən və qida maddələri ilə 
zəngin olmasından asılı olaraq şitillərin xəstəliklərlə sirayətlənməsi dəyişir. Şitil 
istehsalı ilə məşğul olan istehsalçılar bir neçə il eyni torpaqda toxumları səpərək 
istehsal etdikləri şitillərin ixtisaslaşmış xəstəlik törədiciləri ilə sirayətlənməsi 
nəticəsində külli miqdarda ziyana uğradıqları hallar tez-tez baş verir. Aparılmış 
müşahidələr və təhlillər nəticəsində məlum olmuşdur ki, sterilləşdirilmiş hazır 
substratlarda şitillərin becərilməsi onların xəstəliklərlə yoluxmasını minimuma 
endirir. Kök çürümələri, fır nematodları, gövdə bakteriozu, xəstəliklərinin şitillər 
üzərində yayılması əhəmiyyətli dərəcədə azalır. Müşahidələrdən əldə olunmuş ilkin 
nəticələrin dəqiqləşdirilməsi və satışda istehsalçılara təqdim edilən və şitillərin 
xəstəliklərlə yoluxması daha az müşahidə olunan substratlar seçilmişdir. Bu məqsədlə 
yerinə yetirilmiş təcrübələr göstərir ki, zənginləşdirilmiş və sterilləşdirilmiş torfdan 
hazırlanan Moss-Peat substratı digərləri ilə müqayisədə daha səmərəlidir. 
Xəstəlik törədicilərinə qarşı davamlılığın artırılmasıməqsədi ilə müxtəlif 
metodlardan istifadə edilir. Fitosporin-Mbioloji preparatının (
Pseudomonas 
aurofaciens
şt. M-26D) istifadəsi cücərməkdə olan toxumların rüşeyim potensialının 
artırılmasında və şitillərin inkişafına müsbət təsiri tərəfimizdən aparılmış təcrübələrdə 


310 
təsdiqini tapmışdır [6]. Bələ ki, Fitosporinlə yemləndirilmiş şitillərin nəzarətlə 
müqayisədə xəstəliklərə yoluxması əhəmiyyətli dərəcədə azalmış, boy və inkişafı 
güclənmişdir.
Xəstəliklərə qarşı bioloji mübarizə tədbirləri hazırlanması məqsədi ilə 
nəmləşdirilmiş substrat (Moss-Peat) adi şəraitdə xüsusi kasetlərə doldurulduqdan 
sonra hər yuvaya 1 ədəd Qliokladin həbi (Trychoderma harzianum st. M 22 VİZR, 
titr 10
9
KYO/qr) verilmişdir. Şitil çıxışından sonra 2-3 əsl yarpaq fazasında biktilərin 
xəstəliklərlə sirayətlənməsinə qarşı mübarizə tədbiri kimi Fitosporin-M preparatının 
0,05 %-li suspenziyası ilə 2 dəfə çiləmə aparılmışdır. Tətbiq olunmuş tədbirlərin 
səmərəsinin öyrənilməsi üçün ilk çıxışdan şitillərin köçürülməsi dövrünə qədər hər 5 
gündən bir başlıca xəstəliklərlə sirayətlənməsinin uçotu aparılmışdır. Alınmış 
nəticələr etalon variantı ilə müqayisə edilmişdir. Etalonda şitillər təcrübə variantı ilə
eyni aqrofonda becərilməsinə baxmayaraq, xəstəliklərdən təsərrüfatın tətbiq etdiyi 
tədbirlərlə mühafizə edilir (4 dəfə kimyəvi funqisidlərdən isdifadə -Aprin-2 dəfə, 
Kurzeb və Saprol hər biri 1 dəfə çiləmə). Təcrübədə nəzarət variantı da 
götürülmüşdür. Nəzarət variantında eyni sortdan (Durinta) olan toxumlar eyni 
aqrofonda becərilmiş, lakin xəstəliklərə qarşı heç bir tədbir keçirilməmişdir. 
Təcrübələr ümumi qəbul olunmuş metodlar əsasında qoyulmuşdur [7]. 
Başlıca xəstəliklərin kök çürümələri (
Fusarium
və 
Verticillium
), Fitoftoroz 
(

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin