Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ


NEFT MƏHSULLARI ƏSASINDA ALINMIŞ BİOLOJİ AKTİV



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə342/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   338   339   340   341   342   343   344   345   ...   352
 
NEFT MƏHSULLARI ƏSASINDA ALINMIŞ BİOLOJİ AKTİV 
STİMULYATORLARIN ALINMASI VƏ ONLARIN NOXUD BİTKİSİNİN 
İNKİŞAFINA TƏSİRİ 
 
C.Ş.Məmmədov, A.Q.Pirəliyev, F.D.Nəbiyev, N.D.Nəbiyeva, R.A.Əsədova
Neftkimya Prosesləri İnstitutu 
 
Neft məhsullarında kalium, natrium və ammonium duzlarının sintezi və 
onların “Sultan” noxud sortuna təsirindən bəhs edilir. Müəyyən edilmişdir ki
kalium duzu verilmiş sahələrdə noxud bitkiləri böyümə və inkişafına görə natrium 
və ammonium verilmiş sahələrdəkilərdən üstündür. Nəzarət sahəsində paxlaların 
sayı 17-20, ammonium şorası və superfosfat verilən sahədə -28-30, stimulyator 
məhlulu verilmiş sahədə isə 30-35 ədəd təşkil etmişdir. Müəyyən edilmişdir ki, hər 
bir paxlada nəzarət variantında 20%-də, ammonium şorası və superfosfat gübrəsi 
verilmiş variantda 40%-də, kalium stimulyatora verilmiş variantda isə 65% 
bitkilərdə 2 ədəd noxud əmələ gəlmişdir.
Təcrübə sahələrindən toplanmış noxudun kütləsi nəzarətdə -260%, 
ammonium şorası və superfosfat gübrəsi verilmiş variantda 250q, kalium məhlulu 
verilmiş variantda isə 280q təşkil etmişdir. 
Kalium məhlulu verildikdə noxud məhsulunun kütləsi 8,5% artmış olur.
 
UOT 631;631.8 
 
“AZOFOS” PAYIZLIQ TAXIL ƏKİNLƏRİNDƏ MÖVCUD MÜRƏKKƏB 
MİNERAL GÜBRƏLƏRİ ƏVƏZ EDƏ BİLƏRMİ? 
 
C.M.TƏLAİ, İ.M.HACIMƏMMƏDOV, A.A.ZAMANOV 
Azərbaycan KTN, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bakı ş, Pirşağı qəs., Sovxoz 2, 
talai_akinchi@mail.ru
Məqalədə AMEA Neft-Kimya Prosesləri İnstitutunun “Azofos” mürəkkəb 
gübrəsinin müxtəlif normalarının Abşeronun suvarılan boz-qonur torpaqlarında 
“Qobustan” yumşaq buğda sortunun məhsuldarlığına, məhsulun keyfiyyətinə
hektardan zülal çıxımına və gübrədən azotun mənimsənilməsinə təsiri öyrənilmiş 


və təsərrüfatlara tövsiyə olunan gübrə normaları ilə müqayisə olunmuşdur. Tarla 
təcrübələrindən və laboratoriya analizlərindən alınan nəticələr göstərdi ki
tərkibində azot və fosfor olan “Azofos” gübrəsi həm məhsuldarlığa həm də 
məhsulun keyfiyyətinə görə hal-hazırda təsərrüfatlara tövsiyə olunan mineral 
gübrələrdən aşağı göstəricilərə malikdir. Bu da təsərrüfatlara tövsiyə edilən gübrə 
normalarında təsiredici maddə hesab ilə 60 kq kaliumun olması ilə bağlı ola bilər. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   338   339   340   341   342   343   344   345   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin