Açar sözlər:
gübrə, azofos, buğda, zülal, mənimsənilmə əmsalı
Ключевые слова:
удобрения, азофос, пшеница, белок, коэффициент
усвояемости
Key words:
fertilizer, azofos, wheat, protein, digestibility coefficient
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı, məhsulun keyfiyyəti, iqtisadi
səmərəliliyi torpaq-iqlim şəraitindən, sələf bitkisindən, torpağın münbitliyindən,
eyni zamanda gübrələrin forma, norma və nisbətlərindən də asılıdır. Ona görə də
torpaq-iqlim şəraitindən və sortun bioloji xüsusiyyətindən asılı olaraq iqtisadi
cəhətdən səmərəli gübrə normalarının müəyyənləşdirilməsi həmişə tədqiqatçıların
diqqət mərkəzində olmuşdur.
V.Q.Mineyevin məlumatına görə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı
torpaq tipindən və gübrə normalarından asılı olaraq kəskin dəyişir [1]. O qeyd
etmişdir ki, qara torpaqlarda payızlıq buğdadan dən məhsulu 60 sen/ha olduğu
halda, boz-meşə və podzol tipli torpaqlarda müvafiq olaraq 50 və 45 sen/ha
olmuşdur. Boz-meşə torpaqlarında arpanın məhsuldarlığı hər hektardan 45 sentner
olduğu halda, podzol torpaqlarda 32 sentner olmuşdur.
İ.M.Hacıməmmədov, S.R.Vəliyeva öz tədqiqatlarında Abşeronun boz-qonur
torpaqlarında “Qobustan” yumşaq buğda sortunun dənində zülalın miqdarının qida
normasından və tədqiqat ilindən asılı olaraq kəskin fərqləndiklərini müşahidə
etmişlər [2]. Belə ki, gübrəsiz variantda tədqiqat illərindən asılı olaraq dəndə
zülalın miqdarı 9,04-11,23% olduğu halda, N
90
P
60
K
60
və N
120
P
60
K
60
gübrə
normalarında bu göstəricilər müvafiq olaraq 10,60-12,94 və 11,23-13,39%
olmuşdur. Qobustanın nəmliklə təmin olunmamış açıq-dağ boz-qəhvəyi (açıq-
şabalıdı) torpaqlarında mineral gübrələrin norma və nisbətlərindən asılı olaraq
payızlıq buğdanın dən məhsulu gübrəsiz varianta nisbətən 6,22-20,95 sen/ha və ya
18,76-63,20% yüksək olmuşdur. Gübrəsiz variantda məhsuldarlıq 2011-2013-cü
illərdə orta hesabla 33,5 sen/ha olmuşdur [3].
Payızlıq buğdadan yüksək keyfiyyətli, iqtisadi cəhətdən səmərəli dən məhsulu
götürmək üçün torpaq-iqlim şəraitindən, torpaqda əsas qida maddələrinin (azot,
fosfor və kalium) asan mənimsənilən formalarının ehtiyatından asılı olaraq azot,
fosfor və kalium gübrələrinin norma və nisbətlərinin düzgün nizamlanması tələb
olunur [4; 5; 6; 7].
Bu onu göstərir ki, dənli bitkilərin gübrələmə sistemində yuxarıda göstərilən
əsas amillər nəzərə alınmalıdır. Hər il respublikada 900 min hektardan artıq sahədə
becərilən dənli bitkilərin gübrələnməsi üçün xaricdən mineral gübrə idxal olunur.
Ümumiyyətlə, dənli bitkilərlə yanaşı tərəvəz, bostan, texniki bitkilər, meyvə
bağları altında olan 1,5 mln hektar sahəyə üzvi və mineral gübrə verilməsi tələb
olunur. Tələb olunan gübrələrin müəyyən hissəsi respublikada istehsal olunan üzvi
gübrələr hesabına, əsas hissəsi isə kənardan idxal olunan mineral gübrələr hesabına
ödənilir. Hər il külli miqdarda “valyuta” bu gübrələrin alınmasına sərf olunur.
Təkcə dənli bitkilərdən yüksək keyfiyyətli sabit məhsul almaq üçün hər il 240-250
min ton ammonium şorası (selitra), 275-280 min ton sadə superfosfat, 105-110 min
ton kalium-sulfat gübrəsi tələb olunur. Azot gübrəsinin alınmasına 100-105 mln.
manat, fosfor üçün 100-110 mln. manat tələb olunur. Keçmiş postsovet məkanında
Sumqayıtda sadə superfosfat (dənəvər), Gəncədə isə çox yüksək keyfiyyətli,
tərkibində 0,3-0,5% kobalt mikroelementi olan kalium gübrəsi (kalium-sulfat–
K
2
SO
4
) istehsal olunurdu. Bu gübrələr respublikanın tələbatını ödəməklə yanaşı,
başqa respublikalara da ixrac olunurdu. Bütün bunlar respublikada mineral gübrə
istehsalına başlamağın nə qədər vacib olduğunu göstərir.
Tədqiqatın məqsədi AMEA Neft-Kimya Prosesləri İnstitutunun hazırladığı və
sınaq üçün Əkinçilik Elmi-Tədqiqat İnstitutuna təqdim etdiyi “Azofos” adlanan
mürəkkəb gübrənin payızlıq buğdanın məhsuldarlığına, məhsulun keyfiyyət
göstəricilərinə, bitkinin gübrədən azotu mənimsəməsinə təsirini öyrənmək və
ölkədə dənli bitkilərin becərilməsi üçün tövsiyə olunan gübrə normaları ilə
müqayisə etmək olmuşdur.
Bu məqsədlə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron Yardımçı
Təcrübə Təsərrüfatının (YTT) suvarılan boz-qonur torpaqlarında 5 variantda, 4
təkrarda tarla təcrübələri qoyulmuşdur. Hər bölmənin sahəsi 45 m
2
olmuşdur.
1.
*
Gübrəsiz;
2.
Nəzarət (N
120
P
60
K
60
);
3.
“Azofos” 300 kq/ha (N
90
P
81
);
4.
“Azofos” 400 kq/ha (N
120
P
108
);
5.
“Azofos” 500 kq/ha (N
150
P
135
);
Qeyd:
*
Gübrəsiz variantı götürməkdə əsas məqsəd bitkinin gübrədən
mənimsəmə əmsalını müəyyənləşdirmək olmuşdur. “Azofos” gübrəsində nəzarətlə
müqayisədə kalium gübrəsi yoxdur.
Nəzarət variantında fosfor və kalium gübrələrinin illik norması azot
gübrəsinin illik normasının 50%-i səpinqabağı becərmədən əvvəl, azot gübrəsinin
50%-i isə erkən yazda verilmişdir. “Azofos” gübrəsinin bütün variantlarında onun
illik norması səpinqabağı becərmədən əvvəl verilmişdir. Mineral gübrələr
verildikdən sonra sahə diskli mala ilə becərilmiş və hektara 5 mln cücərən toxum
olmaqla “Qobustan” yumşaq buğda sortu götürülmüşdür. Səpin en götürümü 3,6 m
olan toxumsəpən maşınla 2014-cü il oktyabr ayının III ongünlüyündə aparılmışdır.
Sahəyə 1 səpsuvar və 2 vegetasiya suyu verilmişdir.
Səpindən əvvəl, mineral gübrələr verilməmiş sahənin 5 yerindən kəsişən
diaqonal formasında müxtəlif dərinliklərdən (0-25: 25-50 və 50-70) aqrokimyəvi
analizlər üçün torpaq nümunələri götürülmüşdür. Torpaq nümunələrində ümumi
humus Tyurin, ümumi azot Keldal, ümumi fosfor Ginzburq, Şeqlova və Vilfus,
kalsium karbonat Şeybler, mütəhərrik fosfor (P
2
O
5
) və dəyişən kalium (K
2
O)
Maçiqin, asan hidroliz olunan azot Tyurin və Kononova metodları ilə təyin
olunmuşdur. Bitkidə ümumi azot Keldal, zülal azotu isə Barnşteyn metodu ilə
təyin edilmişdir.
Ümumi yerüstü biokütlə məhsulunu hesablamaq üçün bütün variantlarda 4
təkrarın hamısından sahənin 5 yerindən (0,67 x0,30x5=1m
2
) nümunə
götürülmüşdür.
Abşeronun boz-qonur torpaqları zəif humus qatına malikdir. Mexaniki tərkibi
ağır gillicəli və gillidir. Ümumi-humusun miqdarı 0,35-2,02% arasında dəyişir.
Kalsium karbonatın miqdarı 2-24%, udulmuş əsasların miqdarı 100 qram torpaqda
6-39 mq-ekv həddində dəyişir. Udulmuş əsasların 27-81%-i kalsium, 19-73%-i isə
maqnezium təşkil edir (4).
Tədqiqatın aparıldığı Abşeron YTT-nin boz-qonur torpaqlarının şum qatında
(0-20 sm) pH 8,6-8,7, aşağı qatlarda isə 8,8-8,9-dur. Bu onu göstərdi ki, sahə
yüksək qələvi xassəyə malikdir (cədvəl 1, qradasiya 1).
Cədvəl 1.
Dostları ilə paylaş: |