“Azofos” verildikdə alınmışdır. Bu nəzarət variantından 9,55 sen/ha və ya 15,17%
az olaraq 30 və 75 kq/ha olmasına baxmayaraq təsiredici maddə hesabı ilə azot və
fosfor nəzarətə nisbətən müvafiq yüksəkdir (cədvəl 2).
Analizin nəticələrindən göründüyü kimi, AMEA-nın
Neft-Kimya Prosesləri
İnstitutunun hazırladığı “Azofos” adlanan mürəkkəb gübrənin dənin əsas keyfiyyət
göstəricilərinə-şüşəvariliyinə, yaş kleykovinanın miqdarına, kleykovinanın
deformasiya əmsalına, sedimentasiyaya və sairəyə təsiri təsərrüfata tövsiyə olunan
gübrə norması nəzarət variantı ilə (N
120
P
60
K
60
) müqayisədə aşağı səviyyədədir.
Belə ki, təsərrüfata tövsiyə olunan variantda yaş kleykovinanın miqdarı 32%
olduğu halda, “Azofos” gübrəsinin normalarından asılı olaraq bu göstərici 24-28%
təşkl etmişdir. Hal-hazırda ən başlıca problemlərdən biri də zülal çatışmazlığıdır.
Ona görə də dənli bitkilərdə zülalın miqdarının artırılması və
hektardan zülal
toplanmasının artırılması çox vacibdir. Sınaqdan keçirilən “Azofos”
mürəkkəb
gübrənin normalarından asılı olaraq “Qobustan” yumşaq buğda sortunun dənində
zülalın miqdarı 8,66-9,32%
olduğu halda, nəzarət variantda bu göstərici 11,22%
olmuşdur. Beləliklə, təsərrüfata tövsiyə olunan variantda dəndə zülalın miqdarı
“Azofos” verilmiş variantlardan 20,39-29,56% yüksəkdir.
Digər tərəfdən zülal
çatışmazlığını aradan qaldırmaq üçün dəndə zülalın miqdarının artırılması və
hektardan zülal toplanmasının artırılması yolu ilə mümkündür (cədvəl 3). Ona
görə də “Azofos” gübrəsinin müxtəlif normalarının “Qobustan” yumşaq buğda
sortunun məhsuldarlığına, keyfiyyətinə təsiri ilə yanaşı hektardan zülal
toplanmasına təsiri də hesablanmışdır. Tarla tacrübələrinin və laboratortya
analizlərinin nəticələrindən məlum oldu ki, “Azofos” gübrəsinin tətbiqi nəticəsində
onun normalarından asılı olaraq hər hektardan 413,3-462,4 kq zülal toplanmışdır
ki, bu da təsərrüfata tövsiyə olunan və hal-hazırda təsərrüfatlarda
tətbiq olunan
gübrə norması nəzarət variantından 243,8-292,6 kq/ha və ya 52,7-70,8% azdır
(cədvəl 3).
Ümumiyyətlə, hər hansı yeni gübrə norması sınaqdan keçirildikdə digər
göstəricilərlə yanaşı gübrədən əsas qida maddələrinin
mənimsənilmə faizinin
öyrənilməsi də vacib sayılır. Belə ki, gübrənin iqtisadi səmərəliliyi bilavasitə
gübrədən qida maddələrinin mənimsənilmə əmsalı (faizi) ilə müəyyənləşdirilir.
Ona görə də “Azofos” gübrəsinin normalarından asılı olaraq “Qobustan”
yumşaq
buğda sortu ilə azotun mənimsənilmə faizi müəyyənləşdirildi.Bunun üçün bitkinin
tam yetişmə fazasında təcrübə sahəsinin bütün 4 təkrarında hər bölmənin 5
yerindən 66,7 sm uzunluğunda 30 sm enində (2 cərgə) bitkilər kök boğazından
biçilib götürülərək ümumi yerüstü biokütlənin miqdarı (0,67 x 0,3sm x 5 = 1 m
2
)
müəyyənləşdirilmişdir.