Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə69/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   65   66   67   68   69   70   71   72   ...   352
Forma 2:
Bu forma Ziyadlı kəndində Babayev Əhmədin həyətində aşkar edildi. 
Bitkinin boyu 7,0 m, diametri 6,5 m olmaqla dik qalxan qollu – budaqlı formadır. 
Gövdəsi bozumtuldur, şumaldır. Birillik zoğları yoğundur, buğumaraları yaxındır, 
palıdı rəngdədir, 10-12 sm uzunluğundadır. Boy nöqtəsi azacıq əyiləndir. 
Yarpağı tünd yaşıldır, kənarları mişarvaridir, yarpaq ayası bütöv, 3 dilimlidir. 
Yarpaq ölçüləri- 30/27; 28/25; 29/26; 29/25; 28/26 sm-dir. Orta hesabla 28,8/25,8 sm 
təşkil edir. 
Meyvəsi bozumtul açıq rəngdədir. Meyvə yetişən zaman açıq-sarı rəngdə 
olmaqla çox cəzbedicidir. Meyvənin forması əsasən yumrudur, üst hissə az miqdarda 
damarlı görünür. Ləti açıq - çəhrayıdır, tumu azdır, orta irilikdədir. Dadı şirindir, 
yetişən zaman partlamır, ağızcığı kiçikdir, örtülüdür. Meyvənin çəkisi 54; 58; 59; 55; 
57 q-dır. Orta hesabla 56- 58 q təşkil edir. Məhsuldar formadır. Orta tezyetişən 
formadır. Hər il məhsul verir. Bir ağacdan 70-75 kq keyfiyyətli məhsul dərilir. 
Avqust ayının 20-dən sentyabr ayının 20-ə qədər meyvə yığımı davam edir. 
Universal formadır, qurutmaq, mürəbbə hazırlamaq, kompot, cem üçün yararlıdır. 
11 
Forma 3 
60; 58 
59,0 
12 
Forma 4 
96; 100 
98,0 
13 
Forma 5 
55; 60; 65 
60,0 
14 
Forma 6 
28; 30 
29,0 
15 
Forma 7 
78; 80; 84; 92; 100 
86,8 
16 
Forma Z.Ə 
30; 32; 34; 31; 30 
31,4 
17 
Forma Pərvanlı 
20; 25 
22,5 
18 
Forma Ərəstun 
10; 12; 15 
12,3 


108 
Baxış zamanı bitkidə zərərvericilərlə zədələnən və xəstəlik əlamətləri müşahidə 
edilməyib. Dequstasiya zamanı 5 balla qiymətləndirildi.
Forma 3:
Bu forma Samux rayonunun Seyidlər kəndində Əsgərov Raqifin 
həyətində aşkar edildi. Bitkinin boyu 6,0 m, diametri isə 6,5 m olub ətrafa yayılan 
qollu-budaqlı formadır. Bitkinin gövdəsi bozumtul olmaqla hamardır. Birillik zoğları 
orta yoğunluqda olub, tünd palıdı rəngdədir. Buğumaraları yaxındır. Zoğların 
uzunluğu 15-16 sm-dir. Boy nöqtəsi sivridir. 
Yarpaqları tünd rəngindədir. İridir - 5-7 dilimlidir. Yarpaqların kənarları 
dalğavaridir. Girintili - çıxıntılıdır. Yarpaq ölçüləri: 27/27; 25/26; 25/25; 27/26; 24/25 
sm-dir. Orta hesabla: 26,2/25,8 sm təşkil etdi. 
Meyvəsi yumrudur, qara rəngindədir, əsasən tünd bənövşəyi rəngə daha çox 
çalır. Meyvənin saplağı 0,7 sm-dir. Dərilərkən meyvə zədələnmir. Meyvənin ləti 
çəhrayı rəngə çalır. Tumu azdır, meyvə yetişdikcə ağızcıqda damla kimi şirin lət 
görünür. Dadı şirindir, dərilib daşınarkən əzilmir. Qabığı elastikidir, asanlıqla soyulur. 
Məhsuldarlığı yüksəkdir, avqustun 20-dən yığım başlayıb 1 ay müddətində istifadə 
olunur. Hər ağacdan 75-80 kq meyvə toplanır. Yetişmə zamanı meyvənin 
partlamasına təsadüf edilmədi. Meyvənin çəkisi 63; 65; 64; 65; 64; orta hesabla: 64- 
65 q təşkil etdi. Xəstəlik və çürümə hallarına təsadüf edilmədi. Dequstasiya zamanı 
4,5 balla qiymətləndirildi. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin