Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə70/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   66   67   68   69   70   71   72   73   ...   352
Forma 4:
Bu forma Samux rayonunun Qara arx kəndində Məmmədov Ənvərin 
həyətində aşkar edilmişdir. Bitkinin boyu 8,0 m, diametri 6,5 m olmaqla dik 
qalxandır. Qollu-budaqlıdır. Gövdəsi şumaldır, açıq-boz rəngindədir. Birillik zoğları 
yoğundur, buğumaraları yaxındır. Zoğun uzunluğu 14-15 sm olub açıq - palıdı 
rəngindədir. Gövdədə və budaqlarda parlaqlıq var. Ətrafı açıq olduğuna görə mamıra 
təsadüf edilmir. Boy nöqtəsi itidir, düz qalxandır. Yarpaqları iridir, tünd yaşıldır. 
Yarpaq ayası bütöv olub, həm də 3 dilimli olmaqla kənarları mişarvaridir. Yarpaq 
ölçüləri: 25/21; 24/21; 26/22; 25/22; 25/21 sm-dir. Yarpağın saplağı uzundur. Yarpaq 
ölçüləri orta hesabla 25,0/21,4 sm təşkil edir. 
Meyvəsi yumru olub, saplağa tərəf uzanır. Yetişməmiş göyümsov görünür, 
ancaq tam yetişəndə meyvənin üzəri sarılaşır və yanaqları sarı rəngə boyanır. Ləti 
açıq çəhrayı rəngdədir. Tumu azdır, orta irilikdədir. Meyvənin saplağı 0,4 sm-dir. 
Dərilərkən meyvə zədələnmir. Meyvənin qabığı nazik olub elastikidir, asanlıqla 
soyulur. Dadı şirindir, daşınarkən meyvə əzilmir. Meyvənın çəkisi: 57; 59; 62; 61; 63 
q olur. Orta hesabla: 60-62 q təşkil edir. Sahibinin dediyinə və müayinə zamanı 
meyvədə çürümə, partlama və tökülməyə təsadüf edilmədi. Tez yetişən formadır. 
Avqust ayının 15-dən sentyabr ayının 15-ə qədər meyvə yığımı davam edir. Hər 
ağacdan 70-75 kq meyvə toplanır. Dequstasiya zamanı 5 balla qiymətləndirildi. 
Uzun illər ərzində seleksiya yolu ilə yaradılan Bol əncir və Şəlalə əncir sortları 
Azərbaycan respublikası Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin sınağı 
və mühafizəsi üzrə Dövlət Komissiyasına verilmiş və onların materialını artırmaq 
üçün pitomnikdə işlər davam etdirilmişdir. Onlar qələm vasitəsi ilə artırılaraq 
məktəbcikdə standart tinglər əldə edilmiş, sonra daimi yerlərinə köçürülmüş, bütün 
aqrotexniki tədbirlər yerinə yetirilmişdir. Bunlarla yanaşı respublikanın Göyçay, 


109 
Ucar, Sabirabad, Zərdab, İsmayıllı, Ağdaş və Samux rayonu ərazilərində yeni əncir 
formaları əldə edilərək əncir genofond bağını zənginləşdirilmək üçün artırılır.
ƏDƏBİYYAT
1.
Жуковский П.М. Культурные растения и их сородичи. М.Колос. 1971, 
791с. 
2.
Петрова Е.Ф. Инжир в средней Азии. Ашхабад. Изд-во ЫЛЫМ, 1984. 
112с. 
3.
Əkpərov Z.İ., Həsənov N.Ə., Məmmədov A.T. Əncirin (
Ficus carica L)
genofonda yeni daxil edilmiş yerli formaları // AMEA-nın xəbərləri (biologiya 
elmləri seriyası). № 3-4, 2009, s.90-95 
4.
Федоренко В.С. Субтропические и тропические плодовые культуры. Киев. 
Высшая Школа. 1990, 237 с. 
5.
Həsəsnov N. Ə., Həsənova A.H. Azərbaycan əncirin vətənlərindən biridir // 
Azərbaycan Aqrar Elm J. 1-3, 2007, s. 83-85 
6.
Axundzadə İ.M., Həsəsnov N. Ə. Əncirin yayılma tarixi və morfoloji 
xüsusiyyətləri. // AMEA-nın xəbərləri. 1977, 4, s.33-38 
7.
Aslanov S.R. Əncir. Bakı. Azərbaycan SSR EA nəşriyyatı. 1962, 64s. 
8.
Программа и методика изучения сортов плодовых, субтропических, 
орехоплодных культур и винограда. Л., ВИР, 1970, 23с. 
9.
Программа и методика изучения сортов граната и инжира. Крым. 1972, 16 
с. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin