Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ


STUDY OF SOME BIOMORPHOLOGICAL INDICATORS OF LENTIL



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə67/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   63   64   65   66   67   68   69   70   ...   352
STUDY OF SOME BIOMORPHOLOGICAL INDICATORS OF LENTIL
GENOTYPES
 
Sh.E.MAMMADOVA, H.M.SHIKHLINSKI
 
ANAS, Genetic Resources Institute
The article investigates of biomorphological indicators (number of shoots, 
flowering 50% of the plants, the formation of 50% of beans, plant height (cm), height 
to the formation of the first beans (cm), number of internodes, number of seeds per 
plant, the number of beans per plant, number of seeds per bean, bean length, weight 
of 100 seeds, yield) of lentil genotypes in Absheron Research Baseof the institute. 
 
UOT 303553.303.503 
 
ƏNCİR GENOFONDUNUN TOPLANMASI VƏ ÖYRƏNİLMƏSİ 
N.Ə.HƏSƏNOV, A.H.HƏSƏNOVA 
AMEA Genetik Ehtiyatlar İnstitutu, AZ1106, Azadlıq pr. 55, Bakı 
Məqalədə seleksiya yolu ilə yaradılan əncir sortları haqqında, həmin sortların 
artırılması və aparılan yüksək aqrotexniki tədbirlərdən bəhs edilir. Eyni zamanda 
respublikanın bir neçə rayonlarından toplanan yeni əncir formaları, onların 
toplanması, artırılması və öyrənilməsi haqqında məlumat verilir. 
 
Açar sözləri: 
əncir, genofond, ekspedisiya, xarakteristika, deskriptor, 
pomologiya, morfofiziologiya, seleksiya, şəkərlilik, vitamin A və C 
Ключевые слова:
фиг, генофонд, экспедиция, характеристика, 
дескриптор, помология, морфофизиология, селекция, сахаристость, витамин А 
и С
Key words: 
fig, genpool, expedition, characteristic, descriptor, pomology, 
morphophysiology, breeding, sugar degree, vitamin A and C
 
Respublikamız bir çox subtropik bitkilərin vətənidir. Respublikamızda təbii 
halda min hektarlarla nar, əncir, qafqaz xirniyi, yabanı püstə (saqqız ağacı), sümşad 


104 
və digər bitkilər bitir. Heç də təəcüblü deyil ki, respublikamıza başqa ölkələrdən 
gətirilmiş digər subtropik bitkilər (zeytun, subtropik xirnik, çay, tunq, banbuk, dəfnə)
normal sürətdə yetişir, keyfiyyətli məhsul verir. 
Azərbaycanda subtropik bitkilərin, eyni zamanda əncir bitkisinin becərilməsinə 
qədim dövrlərdən başlanmışdır. Qədim dövrdə yaşayan (eramızdan əvvəl) alimlərdən 
Strabon, Teofrast, VII əsrdə yaşayan alimlərdən Kaqankatvatsi öz əsərlərində 
Azərbaycanda zeytun, nar, əncir, zəfəran bitkilərınin geniş sürətdə becərildiyini 
ətraflı göstərmişlər [1]. Səyyahlardan Spasskiy Avtonomov “Bakıdan Sankt- 
Peterburqadək yol qeydiyyatları” adlı işində belə yazmışdır: Azərbaycanda bəzi 
yerlərdə yabanı zeytunlar bitir. Əncir, nar, tut, zəfəran isə əsil Abşeronun 
özünəməxsus bitkiləridir. Tədqiqatçılardan V.A.Monuşqo qeyd etmişdir ki,Muğan 
düzündə Biləsuvar yaxınlığında köhnə dağıdılmış kəndin yerində zeytun və digər 
subtropik bitkilərin agaclarının kötükləri qalmışdır [2; 3]. Bunlardan əlavə 
tədqiqatçılar göstərmişlər ki, Naxçıvanın dağlıq hissələri yabanı badamlarla örtülmüş, 
Şəki, Qarabağın dağətəyi hissələri Samux rayonunun əsas massivi yabanı püstə 
kolluqları ilə zəngindir. Şəki rayonunun Daşbulaq ərazisində yabanı nar və əncirlik, 
Zaqatala rayonundakı Naradcalı, Tovuz rayonu ərazisində olan məhşur Əncirli, 
Xanlar rayonundakı Qozlu talası, Əzgilli tala ərazisi və s. bir daha göstərir ki, 
Azərbaycanın əksər rayonlarında subtropik bitki cəngəllikləri geniş yayılmışdır. 
Əncir bitkisi yabanı halda Lənkəran, Astara ərazilərində, Zaqatala, Şəki zonalarında, 
Ordubad ərazisinin Kotam kəndində, Siyəzən rayonu ərazisində sıldırım qayalıqlarda, 
əlçatmaz qayaların üstündə aşkar edilmişdir. Əncir ağac və kol formalı, qışda 
yarpağını tökən meyvə bitkisidir. Ağaclarının gövdəsi hamar, parlaq kül rəngində 
olub, enli və sallanan budaqları olur. Cavan zoğları əvvəlcə yaşılımtıl, sonradan 
qəhvəyi və nəhayət boz kül rəngini alır. Əncirin yarpaqları iri, bütöv və ya 3-5 dilimli 
olub üst tərəfi açıq yaşıl rəngdə alt hissəsi isə tüklüdür. Əncir bitkisinin ən maraqlı 
bioloji xüsusiyyətlərindən biri onun çiçəklənməsi və meyvə verməsidir. Başqa meyvə 
bıtkiləri kimi əncir də çiçəkləyir. Ancaq əncirin çiçəklənməsi çiçək yatağının 
içərisində getdiyinə görə baxanda çiçək görünmür. Əncir ikievli bitkidir. Onun çiçək 
yatağı əncirin meyvəsini təşkil edir. Əncir 3 tipdə uzun sütunlu dişi çiçəklər, qısa 
sütunlu dişi çiçəklər və erkək çiçəklər əmələ gətirir. Bunlardan ancaq uzun sütunlu 
dişi çiçəkləri yerləşən meyvələri, daha doğrusu çiçək yatağı yeyilir. Belə ağacları fiqi 
adlandırırlar. Qısa sütunlu dişi çiçəkləri qalla, erkək çiçəklər gətirən ağaclar isə 
kaprifiqilərdir ki, bunların meyvələri yeyilmir, tozlanmanı təmin edir. Meyvəcilikdə 
istifadə olunan əncir növləri azdır (Ficus carica L, Ficus afqanistanica Varb, Ficus 
pseudocarica Miq, Fiсus palmata) [1; 2]. Əncir bitkisinin (Ficus carica L) 
morfofizioloji xüsusiyyətləri, yayılması, toplanması, pomoloji göstəriciləri, çoxalma 
üsulları, aqrotexniki qulluq və s. məsələlər bir çox tədqiqatçılar tərəfindən 
öyrənilmişdir [3; 4; 5; 6; 7]. 
Respublikamızın ərazisində geniş yayılan, qədim zamandan məlum olan əncir ( 
Ficus carica L) bitkisinin meyvələrindən yaş və qurudulmuş halda geniş istifadə 
olunur. Bundan əlavə əncirin meyvələrindən mürəbbə, doşab, cem, kompot, spirt və 
şərab hazırlanır. Əncirin yaş meyvəsində 25%, quru meyvəsində 75%-ə qədər şəkər 
vardır. Əncirin tərkibində olan şəkər insan orqanizmi tərəfindənasan həzm olan 


105 
fruktoza və qlükozadan ibarətdir. Eyni zamanda əncir meyvələrinin tərkibində A və C 
vitamini, dəmir və kalium vardır. Mədə xəstaliklərinə tutulan, qanı az olan şəxslərə 
yetişmiş əncir meyvələrinin verilməsi məsləhət görülür. Əncir qaxından hazırlanan 
kompotu il boyu istifadə etmək daha məsləhətdir. 
Tədqiqat işi Saray Dayaq Məntəqəsində 18 əncir sort və formalarının üzərində 
aparılmışdır. Həmin sort və formalar üzərində aqrotexniki iş aparılmışdır. Bunlarla 
paralel olaraq tematik plana uyğun olaraq Samux rayonunun ərazisinə ekspedisiya 
zamanı təşkil edilmiş 4 ədəd yeni yerli əncir forması aşkar edilmişdir. Aşkar edilmiş 
yeni əncir formalarının qeydiyyatı beynəlxalq deskliptorlar əsasında aparılmış, hər 
forma üzərində müvafiq qaydada səciyyələndirmə aparılmışdır. Ümumrusiya 
Bitkiçilik İnstitutunun (VİR) və Krım Dövlət Nəbatat bağının əməkdaşlarının 
hazırladığı proqram və metodika [8; 9] əsasında fenoloji müşahidələr aparılmış 
morfoloji xüsusiyyətlər, məhsuldarlıq və pomoloji göstəricilər, xəstəlik və 
zərərvericilərə qarşı davamlılıq öyrənilmişdir.
1. Fenoloji müşahidə: birillik zoğların rəngi, yarpaq ölçüləri, boy 
tumurcuğunun xarici görünüşü və rəngi; 
2. Morfoloji xüsusiyyətlərin parametrləri: bitkinin boyu (h.d), birillik zoğların 
uzunluğu, diametri, buğum aralarının sayı, yarpaq ayasının xarici görünüşü; 
3. Məhsuldarlıq göstəriciləri: meyvənin yetişmə müddəti, meyvənin ölçüsü, 
kütləsi, məhsuldarlığı; 
4. Pomoloji göstəriciləri: meyvənin saplağının uzunluğu, meyvənin rəngi və 
forması, lətin rəngi, meyvənin partlaması, budaqda quruması, sənaye və məişətdə 
yararlığı və dequstasiya balı; 
5. Xəstəlik və zərərvericilərə qarşı davamlılığı: bitkinin və meyvənin həşəratlar 
tərəfindən zədələnməsi, çürümə, qıcqırma və göbələk xəstəlikləri. 
Əvvəlcədən toplanmış əncir formaları Saray Dayaq Məntəqəsində əkilərək 
onların üzərində aqrotexniki tədbirlər yerinə yetirilmiş, fenoloji müşahidə 
aparılmışdır. Toplanmış 18 əncir formasından 11 formanın qələmləri və 7 formanın 
tingləri məktəbcikdə yerləşdirilmişdir. Qələm və artırılan formaların sayı 10-15 ədəd 
olmaqla onların əksəriyyətində kök vermə və boy atma qənaətbəxş olmuşdur. 7 ədəd 
əncir formasının hərəsindən 2 ting basdırılmışdır. Yalnız 5 nömrəli formadan 3 ting, 
7 nömrəli formadan 5 ədəd ting məktəbciyə əkilmişdir. Məktəbcikdə olan bitkilər 
üzərində aparılmış fenoloji müşahidə və ölçü hesablama işləri göstərmişdir ki,
boyları minimum 12,3 sm formalar olduğu halda Qala 1 formasında bu göstərici 53,0 
sm təşkil etmişdir. Daha dogrusu sort sınağı üçün hazırlanmış əncirlərdən nəzarət 
kimi götürülmüş Kadota sortunun bitkilərinin boyu orta hesabla 22,8 sm təşkil 
etmişdirsə, Bol əncir sortunda bu göstərici 53,0 sm, Şəlalə sortunda isə 31,6 sm təşkil 
etmişdir. Bakının Qala muzeyi sahəsindən topladığımız Qala 1 və Qala 2 əncir 
formalarında kök vermə qənaətbəxş olmuşdur. Belə ki, Qala 1 formasında 5 bitkidən 
orta boy göstəricisi 43,8 sm, Qala 2 formasında 26,6 sm olmuşdur. Belə bir hal digər 
formalarda da özünü göstərmişdir. Onların boyları 22,2 sm-dən 41,0 sm arasında 
olmuşdur. Zərdab rayonu ərazisindən olan Z.Ə.formasında 5 bitkidən orta rəqəm 31,4 
sm təşkil etmişdirsə, Pərvanlı kəndindən toplanan formada bu göstərici 2 bitkidən 


106 
orta hesabla 22,5 sm təşkil etmişdir. Yalnız Ucar rayonu ərazisindən gətirilən əncir 
formasının 3 ədədi kök vermiş, boyları 12,3 sm olmuşdur (Cədvəl 1).
Yuxarıda qeyd olunduğu kimi məktəbcikdə 7 forma əncir tingləri üzərində də 
ölçü və hesablama işləri aparılmışdır. 7 forma içərisində boy göstəricisi minimum 
29,0 sm-lə 98,0 sm arasında tərəddüd edilmişdir. Yəni 6 saylı formada bu göstərici 
29,0 sm olmuşdursa 3 saylı formada 59,0 sm olmuşdur. 1 saylı formada boy 
göstəricisi 48,5 sm, 2 saylı formada 32,0 sm, 4 saylı formada 98 sm, 5 saylı formada 
60 sm, 7 saylı formada isə 86,8 sm təşkil etmişdir. Rəqəmlərdən göründüyü kimi bu 
formalarının tinglərinin bir hissəsi yəni 1; 3; 4; 5; 6 və 7 saylı formaları genofond 
bağına daimi yerləşdirmək olar. Bunlarla paralel olaraq sort sınağına təqdim 
etdiyimiz Bol əncir, Şəlalə əncir sotları və nəzarət kimi götürülmüş Kadota sortunun 
boy göskəricisi 22,8-53,0 sm arasında olmaqla onların sayı hər sort üzrə 10-15 ədəd 
təşkil etmişdir. Həmin tinglərin genofond bağında olan seyrəkliyi aradan qaldırmaq 
üçün birinci cərgədə yerləşdirilməsi qərara alınmışdır 
2015-ci ilin avqust ayının ikinci ongünlüyündə Samux rayonunun kəndlərinə 
ekspedisiya təşkil edərək əncir formalarının bu ərazilər üçün yeni yaradılan və ata- 
baba sort və formalarını aşkar etmək üçün axtarışlar aparıldı.
Bələdçilərin, həvəskar bağbanların, seleksiyaçıların köməkliyi ilə Samux 
rayonunun Sərkar, Ziyadlı, Qarayeri, Qovlar sarı, Alabaşlı, Qara arx və Seyidlər 
kəndləri araşdırıldı. Həyətyanı sahələrdə olan əncir bitkiləri yoxlanıldı. Meyvə 
yetişdiyi müddət olduğuna görə hər bir sahibkarla ünsiyyətdə olduq. Eyni zamanda 
onların suallarını cavablandıraraq bu ərazilərdə olan əncir biomüxtəlifliyinin şahidi 
olduq. Müəyyən edildi ki, bu ərazilərdə əsasən Sarı Gəncə əncir sortu üstünlük təşkil 
edir. Bununla yanaşı açıq rəngli, bozumtul, palıdı rəngli, bənövşəyi, qara rəngli 
meyvələri olan əncirlərə təsadüf edildi. Digər ərazilərdə olduğu kimi bu zonada da 
əncir bitkisi geniş müəyyən edildiyi yayılıb, xalq tərəfindən sevilərək, artırıldığı və 
qorunaraq saxlandığı müəyyən edildi. Onlardan 4 forma seçilərək, qısa 
xarakteristikası qeydiyyata alındı. Aşkar edilmiş əncir formaları boylarına, 
meyvələrinin dadına, rənginə, çəkilərinə görə bir-birindən fərqlənirlər. Aşağıda 
onların qısa xarakteristikası verilir. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin