MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə28/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   24   25   26   27   28   29   30   31   ...   96
MƏRSİYƏLƏR (1)

Peyğəmbər vəfatında 
Gəl yanıma cəddin sənə qurban, Hüseynim, 
Qur`an oxu ta can verim asan,Hüseynim, 
Sənə qurban, Hüseynim! 
Gəl qolların sal boynuma, ey mehribanım, 
Qoy sinəm üstə başın, ey arami-canım, 
Sən ağlasan inciyər mənim ruhi-rəvanım, 
Məndən sonra çox eyləmə əfğan, Hüseynim. 
Sənə qurban Hüseynim! 
Sən qəlbimin aramısan, getmə kənarə, 
Əyləş yanımda, munis ol bu biqərarə, 
Qoy eyləyim ruxsarına hərdəm nəzarə, 
Sənsən yaralı qəlbimə dərman, Hüseynim. 
Sənə qurban Hüseynim! 
Sən ağlama,ağlar sənə dünya,Hüseynim, 
Başın kəsəndə təşnə ləb ə`da, Hüseynim, 
Sən ağlasan ağlar anan Zəhra, Hüseynim, 
Mən ağlaram ağlar şəhi-mərdan, Hüseynim. 
Sənə qurban Hüseynim! 
Gəl sal özün bir sinəmə, ey mahi-parə, 
Mən də sənin gül-cismini alam kənarə, 
Sən can verəndə mən də gəlləm ahü-zarə
Nə`şin olanda qanına qəltan, Hüseynim. 
Sənə qurban Hüseynim! 


89 
Məndən sonra ümmət salar başın bəlayə, 
Başın vurallar zülmilə nuki-cidayə, 
Zeynəb fərağındə gələr şurü-nəvarə 
Qamçı vurarlar başına hər an, Hüseynim. 
Sənə qurban Hüseynim! 
Atdan düşəndə torpağa gəlləm harayə, 
Zəhra salar gül cisminə zülf ilə sayə, 
Zeynəb xeymədə yalvarar əhli-cəfayə, 
Leşkər edər əxyamini talan, Hüseynim. 
Sənə qurban Hüseynim! 
Fəryad o gündən gördülər biçarə Zeynəb
Şümr ilə məqtəldə gəlib güftarə Zeynəb, 
Gah yalvarır Şümrə, gahi əşrarə Zeynəb, 
Hər dəm deyir Zeynəb sənə qurban, Hüseynim. 
Sənə qurban Hüseynim! 
Qardaş bu ləşkər Zeynəbi aldı arayə, 
Əldə qara əcz eylirəm əhli-cəfayə, 
Ağlar Kərimi ruzi-şəb bu macərayə, 
İstər qapından dərdinə dərman,Hüseynim. 
Sənə qurban Hüseynim! 
Şəhidlər ağasının (ə) zəban halı 
Gəl Kərbəla çölündə Minayə, ya Mühəmməd (s)! 
Məzlum Hüseynin ağlır səqqayə, ya Mühəmməd 
(s)! 


90 
Gəl başlanıb bu çöldə Əbbasımın əzası, 
Ümidimi yıxıblar başında var yarası, 
Qardaşım öldü, artdı gəl başımın bəlası, 
Doğrandı cismi şan-şan, salimdi gör harası? 
Gəlmir ələ edəm həml əxyamə ,ya Mühəmməd 
(s)! 
Başın açıb bu çöldə gəl gör nə növi Zəhra, 
Əkbər qəmin çıxartdı yaddan yaralı səqqa, 
Sındı belim düzəlmir, yoxdur belimdə yara, 
Az vəqtə Kərbəlada çarəm kəsildi cədda, 
Gər ver təsəlli indi Zəhraya, ya Mühəmməd (s)! 
Əl tapdılar Hüseynə sərdarımı yıxanda, 
Yandı yaralı qəlbim ə`zasına baxanda, 
Qardaşımın üzündən öpdüm canı çıxanda, 
Əl çaldı əhli-Kufə məqsədinə çatanda, 
Qəddi xəmidə baxdım ə`dayə, ya Mühəmməd (s)! 
Yalqız qalıb Hüseynin səslər səni haraya, 
Qəm oldu çarəm indi tez gəl bu Kərbəlaya
Sındı belim büküldü bax qaməti rəcaya, 
Düşdü gözüm ziyadan gəlləm özüm nəvaya, 
Uff olsun indi ciddən dünyaya, ya Mühəmməd 
(s)! 


91 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin