Ədəbli qardaş
Amandı aç gözün, oyan, ədəbli qardaş,
Məni yaman günə qoyan ədəbli qardaş,
Gəl ayrı salma məni özündən,
Belim sınıbdı iraq gözündən.
Qərarü-səbrimi qəmin əlimdən aldı,
Şəhid olanda Əkbərim başım ucaldı,
Səsin gələndə xeyməyə Hüseyn qocaldı,
Gedək xiyamə, amandı qardaş,
Pozuldu halım yamandı qardaş.
Dağıtdılar cəlalımı bəlalıyam mən,
Bu çöldə bir solan gülün misalıyam mən,
Mədinə qaldı indi Kərbəlalıyam mən,
Diyari-Şamə gedəndi Zeynəb,
Yezidi rüsvay edəndi Zeynəb.
Cəmali-pak ənvərin qana batıbdı,
Nəvası Əhli-beytimin guya çatıbdı,
Olubdu qolların qələm ələm yatıbdı,
Üzə sirişkin ələr Səkinə,
Bir az yubansaq, gələr Səkinə.
Bu sərvi-qamətə hərəmlərim də qurban,
Peyğəmbərin şəbihi Əkbərim də qurban,
Özüm də, altı aylıq Əsğərim də qurban,
Amandı olma belə mükəddər,
Ölübdü şayəd susuzdan Əsğər.
92
Gündüzlərin gecə kimi qarası vardı,
Hara gedər qəriblər,harası vardı,
Amandı açma sağ gözün, yarası vardı,
Ümidi-ali-əba Əbulfəzl,
Şəhidi-rahi-Xuda Əbulfəzl.
*******
Ey şəm`i-şəbistani Xuda həzrəti Əbbas,
Canın verən İslamə fəda həzrəti Əbbas,
Ey dərgəhi-kanuni-səxa həzrəti Əbbas,
Sən dərdimizə eylə dəva, həzrəti Əbbas.
Əbəlfəzl
Qalxıb rikabımdan öpüb yalvarsa dərya içmərəm,
Dünya suyundan içməsə övladi-Zəhra içmərəm.
Yol üstə bica durmayın, mən Mürtəza
dilbəndiyəm,
Səf çəkmyəin, yol kəsmyəin, şiri-Xuda
fərzəndiyəm,
Bir iddə ətşan qızlara söz vermişəm,
şərməndəyəm,
Yoxdur sədaqətdə mənim qolumda əmma,
içmərəm.
Eynul-həyata çatmağa məndən pərişandır bu su,
İbrət gözüylə baxsalar qəlbim kimi qandır bu su,
93
Namərdilər, ox atmayın çox dərdə dərmandır bu
su,
Şeş mahə Əsğər içməsə qıllam tamaşa, içmərəm.
Mən hər necə ətşan olam səbri cəmilim var
mənim,
Yorğun, susuz qızlar ilə rəncur əlilim var mənim,
Xeymədə əlan bir bölük ətşan dəxilim var
mənim,
Babül-həvaic mənsəbim, adımdı səqqa, içmərəmə
Yazdır amannamə çəkəm əl höccət dildaridən,
Mən bu səbəb əl çəkmərəm bu seyyidi-
əhraridən,
Qovsa qapısından məni gəlləm yenə divaridən,
Mövladı əmr etsə əgər, cürə su hətta içmərəm.
Tənha Fəratın səmtinə möhr oldu
mə`muriyyətim,
Xatir susuzlar xatiri su oldu ə`la niyyətim,
Siz bari namərd olmayın məşgimdədir
heysiyyətim,
Xatirlərə mən verməsəm əlan təsəlli, içmərəm.
Sizdə şərafət var əgər əlan verin qövli- şərəf,
Fövrən zirəbəndin açım sinəm sizə olsun hədəf,
Şərti-mürüvvətdən çıxıb ox atmayın məşgə tərəf,
Su axsa gər bu gözlərim həsrətlə baxsa, içmərəm.
Qəlbizdə rəhm açarı yox, ey qövmi-bipərva, sizin,
Pərdə çəkib rüxsarıza sər pəncəyi-dünya sizin,
94
Bir məşgi mən doldurmuşam nəhro şutu-dərya
sizin,
Məndən hərasan olmayın, su mən dəva da
içmərəm.
Ey Kufiyan, fikr etmyəin şiri cərahət öldürür,
Cəng etməyə qol bağlıdır, Əbbası qeyrət öldürür,
Siz də məni öldürməsəz, şərmü-xəcalət öldürür,
Cami-şəhadət məstiyəm, şəhdi-müsəffa içmərəm.
Mən xeymələrdən ayrılan saətdə çün ruhi-rəvan,
Birdən qəfadan səslədi öz nökərin şahi-cahan,
Bir məhrəmanə söz dedi Zeynəbdən oldum
nagiran,
Aşüftə etdi fikrimi dilbəndi-Zəhra, içmərəm.
Süst eylədi qollarımı öz şahımın bu mətləbi,
Dərs öyrədib Əbbasına manəndi-tifli-məktəbi
Şam əhlini öldürmə çox, yolda döyəllər Zeynəbi,
Əlan giriftar olmuşam,su eylər iza,içmərəm.
Dostları ilə paylaş: |