170
Sənə qurban səbr eylə, bir bax,
Gör necə qəmdən gəlmişəm cana.
Ayaq yalın baş açıq çıxdım,
Xeymədən gəldim mən yana-yana.
Dolanım qoy başina bir də,
Ey qərib baba misli-pərvana.
Fəraqında
etmişəm yeksər,
Daməni-dərya, getmə meydana.
Qədəm saxla, var sözüm baba,
Sənə qurbandı bu gözüm, baba.
Məni eşqin
etdi divanə,
Öz başıma mən gəlmədim, baba.
Fəraqında qüssəvü-qəmdən,
Qarabəxtəm, dincəlmədim, baba.
Özüm də bu isə heyranam,
Bəs necə gəldim ölmədim,baba.
Qəm hicrin
etdi bu zarə,
Məhşəri bərpa, getmə meydana.
Qədəm saxla, var sözüm baba,
Sənə qurbandı bu gözüm, baba.
İki dünyaya baba, şahsan,
Bəs qalıb harda yarü-ənsarın.
Mənə çox nisgildi bu dərdin,
Qalmısan tənha, yoxdu qəmxarın.
Köməksizsən
bəs nədən gəlməz,
Qasim və Əkbər, ya Ələmdarın.
Düşüb
qolsuz nəhri-Əlqəmdə,
Təşnələb səqqa, getmə meydana.
Qədəm saxla,var sözüm baba,
171
Sənə qurbandı bu gözüm,baba.
Gecə-gündüz şam tək yannam,
Ey gülü-Zəhra mən fərağında.
Mərizəm mən eşqinə, baba,
Dərdimə dərman var dodağında
Olam rahat mən qucağında,
Ey güli-taha, getmə meydanə.
Qədəm saxla, var sözüm baba,
Sənə qurbandı bu gözüm, baba.
Dostları ilə paylaş: