165
Can verir ta görə bir gün atanın şəxsən özün,
İstirəm can çıxa cananı görəm, tutma məni.
Bax bu həsrətli baxan gözdən axan göz yaşıma,
Başımın fikrini etmə, məni qoy öz başıma,
Görsədim qüdrəti eşqi atama, qardaşıma,
Öz əmimdən eləyim dəfi-sitəm, tutma məni.
Əl-qərəz quş kimi əldən qurtulub şəhpər açıb,
O belin bağladı mərgə anası mə`cər açıb,
Gördü bülbül o gözəl sinə əcəb güllər açıb,
Şümrə amma
dedi çox kinəliyəm, tutma məni.
Ya göz aç, bir başın üstündə ki, həqq davərə bax,
Ya utan bu ayağın
altda güli pər-pərə bax,
Bu səgahi ləbi-can pərvəri-Peyğəmbərə bax,
Ya su ver ya çəkil, ey kani-sitəm, tutma məni.
Gördün öz meylinə bu çərx eləyən
gərdişi sən,
Kimə xatir edisən bir belə nəngin işi sən,
Evi viran, onu boşla
məni öldür kişisən,
Yolumu gözlər atam şahi-üməm, tutma məni.
Özünü istədi atsın əminin sinəsinə,
Nagəhan düşdü gözü xəncərin ayinəsinə,
Bir qolun etdi sipər düşməni-por kinəsinə,
Şümr səsləndi qənimətdi bu dəm, tutma məni.
Mən gərək Fatimənin qəlbini naşad eləyəm,
Toyların matəm edib fitnələr icad eləyəm,
Bu yarım gündə Bəni Haşimi bərbad eləyəm,
Moizə eyləmə ey əqli-həkəm, tutma məni.
166
Baxmadı əql eləyən
moizəyə Şümri dəni,
Endirib tiği kəsib şaxeyi sərvi-Həsəni,
Dedi oxşatdın əcəb
öz əmim Əbbasə məni,
Vur bu bircə qolu da eylə qələm, tutma məni.
Basdı qolsuz balanı bağrına Zəhra balası,
Ərz qıldı əmi qol düşdü sızıldar yarası,
Ax o Əbbas əmimin sinəmə gəlsin qadası,
Indi bildim nə edib ol kani-kərəm tutma məni.
Məni qaytar anama xeymədə görsün yaramı,
Öldürür kufəli meydanda adamsız adamı,
Həmnişin eylərəm Əbbas anasıyla anamı,
İki qəmdən olacaq qaməti xəm,tutma məni.
Balaya sinədə istərdi ola
hafiz əmi,
Ruhi bir şəhqə çalıb səslədi ya hafiz əmi,
Gördü qeyb aləmin ərz etdi Xudahafiz əmi,
Boşla, gəldi atam istəkli nənəm tutma məni.
Dostları ilə paylaş: