İbrahim
Qolun sal boynuma, biçarə qardaş,
Yataq bir qol-boyun, avarə qardaş.
Məhəmməd
Bir il zindanda gördük çox məşəqqət,
Nə bəstər görmüşük, nə istirahət,
Yataq bir qol-boyun asudə rahət,
Səpək su atəşi-hicranə,qardaş.
İbrahim
Cəzada rusefid olsun bu övrət,
Gətirdi küçədən etdi məhəbbət,
Bir ildi gördük azarü-əziyyət,
Dayandıq zülmi istikbarə, qardaş.
Məhəmməd
Anam yol gözlyəir indi vətəndə,
Xədicə bacım ağlar söz düşəndə,
Bu qürbətdən qurtulsaq sən də, mən də,
Təşəkkür eylərik Yəzdanə qardaş.
İbrahim
Nə müddətdi giriftari-fəraqıq,
Vətəndən, tayfadan eldən uzağıq,
Düçari-məhbəsi-əhli İraqıq,
Axar göz yaşımız rüxsarə, qardaş.
Məhəmməd
Yetişsəm madərə qalmazdı dərdim,
Əlindən və ayağından öpərdim,
Yoluna gözlərimdən su səpərdim,
Olardım şəninə pərvanə, qardaş.
163
İbrahim
Qəm etmə, arzuna tez çatarsan,
Atasızlıq qəmin başdan atarsan,
Ananla qolboyun bahəm yatarsan,
Yetərsən ne`məti-didarə qardaş.
Məhəmməd
Əgər rahətdi qardaş, rəxtixabım,
Nədir bilməm vəli bu piçü-tabım,
Bu evdən qorxuram var iztirabım,
Salır bu xanə vəhşət canə, qardaş.
İbrahim
Başın qoy yat bəradər, yoxdu çarə,
Təvəkkül eyləyək Pərvərdigarə,
Tələsmə az qalır vəsli-nigarə,
Çox etmə vahimə, məhparə qardaş.
Məhəmməd
Yuxum gəlir ürək titrir, bəradər,
Vücudum qərqi-vəhşətdir sərasər,
Ürək quş tək çalır sinəmdə şəhpər,
Verir qəm səbrimi talana, qardaş.
İbrahim
Gözün qurbanıyam, ey zarü-xəstə,
Başın qoy sinəmə, yat sinəm üstə,
Kəbab etmə məni,ey dilşikəstə,
Məni yandırma bu goftarə, qardaş.
Məhəmməd
Bu bəstər, bu pəzirayi, bu xidmət,
Ola çox qorxuram axır ədavət,
Bu əhli-Kufədə yoxdur məhəbbət,
Bunlar rəhm eyləməz mehmanə, qardaş.
İbrahim
Bir ildi dözmüşük cövri-cəfaya,
164
Kimə etdik şikayət, ya gilaya,
Bəni-Haşim dözər hər ibtilaya,
Təvəkkül Xaliqi-Qəhhara, qardaş.
Məhəmməd
Kərimi xadimi-Ali-əbadır,
Qoca nökər əli boş üz qaradır,
Düşüb bu dərgəhə getməz gədadır,
Ümid ilə gəlib ehsanə, qardaş.
Dostları ilə paylaş: |