172
Ölən vaxtı Zəhrayi-qərq-mühən,
Əmanət sənə verdi bir pirəhən,
O çöldə olmayan
vəqtdə mən,
O pirahəni ver Hüseynə kəfən.
Onun sirrinə aşinadır Hüseyn.
Gətir indi o köhnə pirahəni,
Keçir vəqti-meydan, yubatma məni,
Vəkil eylirəm qızlarıma səni,
Vurub başa şad
etməyin düşməni,
Fəna dəhrə bi e`tinadır Hüseyn.
Bacı, qoyma qızlar əza saxlaya,
Bu düşmənlər içrə ürək dağlaya,
Fəqət bağlasa
haqqa bel bağlaya,
Səkinə gecə sübhəcək ağlaya,
Şirin dilli xoş ədadır Hüseyn.
İmamın vidası
Vaxt o vaxt oldu vidai-axırın
etsin imam,
Pa rikab üstə qoyubdu eylədi tərki-xiyam,
Zülcənah-xoş qədəm yol bağlayıbdı qam-qam,
Zindəgidən sirr edibdi dərdi-hicran Zeynəbi.
Zeynəb az qaldı gedə əldən
bilib məzlum imam,
Qəlbinin üstə əlin qoydu o şahi təşnə kam,
Ərz edib rəbbül-ibadə ey Xudayi-sübhü-şam,
Qüssədən azad elə bu qəlbi lərzan Zeynəbi.
173
Məzhəri-Siddiqə-kübrayə Allah, səbir ver,
Rəhm eylə pərvərdə Zəhrayə Allah, səbir ver,
Qəhrəmani-yovmi-Aşurayə Allah, səbir ver,
Daldalandır sayə lütfündə hər an Zeynəbi.
Dostları ilə paylaş: