352. Su çiçəyinə yoluxmuş uşaqla kontaktda olan uşaq neçə gün izolyasiya (karantində) olmalıdır? A) 10 gün
B) 7 gün
C) 21 gün
D) 1 ay
E) 12 gün
Su cicəyinə yoluxmuş uşaqla təmasda olan uşağa 21 gün karantin təyin edilir. Uşaqlar hər gün termometriya edilir və müayinədən keçirilir. Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 470 353. Parotit infeksiyası zamanı hansı vəzilər zədələnir? 1. Qulaqdibi
2. Tüpürcək vəziləri
3. Qoltuqaltı vəzilər
4. Tər vəziləri
5. Piy vəziləri
6. Cinsi vəzilər
A)1,2
B) 2,4
C)3,5
D)5,6
E)3,6
Parotit infeksion məşəlli xəstəlikdir.Virus yuxarı tənəffüs yollari ilə orqanizmə daxil olub, qulaq dibi ,tüpürcək vəzlərini zədələyir. Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 471 354. Bağırsaq infeksiyaları zamanı eksikoz və toksikoz müşahidə olunarsa, mübarizə üçün əsas terapevtik prinsip hansıdır? A) Vitaminoterapiya
B) Parenteral duz məhlullarının yeridilməsi
105
C) Stimulyasiyaedici terapiya
D) Hormonterapiya
E) Fitoterapiya
Bağırsaq infeksiyalari zamanı su və elekrolitlərin itkisi baş verir. Bu itkini bərpa etmək ücün parenteral yolla duz məhlulları yeridilir. Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 482 355. Hepatit A xəstəliyinin yoluxma yolu hansıdır? A) Hava-damcı
B) Parenteral
C) Kontakt-məişət
D) Transfuzion
E) Alimentar
Hepatit A zamanı infeksiya mənbəyi xəstə və rekonvalestentlərdir. Qida məhsulları, su və kontakt- məişət yolu ilə də xəstəliyə yoluxma baş verir. Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 487