174
E) Yandırılır
3%-li xloramin məhlulunda 60 dəq saxlanılır, sonra axar su altında yuyulub
qurudulur.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 46) N.P.Paleyev Bakı-1991
616.İmalə üçün istifadə olunan ucluqlar neçə faizli xloramin məhlulunda
dezinfeksiya olunur?
A) 5%-li
B) 3%-li
C) 10%-li
D) 1%-li
E) 6%-li
İmalədən sonra istifadə olunan ucluqlar 3%-li xloramin məhlulunda 60 dəqiqə
dezinfeksiya edilir sonra axar su altında yuyularaq qurudulur.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 47) N.P.Paleyev Bakı-1991
617. Qanköçürmədən sonra flakonda müayinə üçün saxlanılan qanın
maksimum saxlanma müddəti nə qədərdir?
A) 48 saat
B) 24 saat
C) 12 saat
D) 6 saat
E) 2 saat
Xəstədə heç bir reaksiya olmadıqda belə 24 saat ərzində köçürülən qandan 5-10ml
flakonun dibində saxlanılır ki,gecikmiş reaksiyalar olarsa, reaksiyaların səbəbləri
aydınlaşdırılsın.
Ədəbiyyat: : Ümumi cərrahlıq. (səh 175) B.X.Abasov Bakı-1987
618. Anamnezində bu xəstəlikləri keçirmiş insanlar donor ola bilməz?
A) Qrip
B) Su çiçəyi
C)
Hepatit
D) Orxit
E) Qızılca
Donorun qanı sifilisə, QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) infeksiyasına,
brüselyoza, tülyaremiyaya, vərəmə, malyariyaya, hepatitlərə qarşı yoxlanılır. Hepatit
xəstəliyi keçirdən insanlar donor ola bilməz.
Ədəbiyyat: Ümumi cərrahlıq.(səh 167) B.X.Abasov Bakı-1987
619. Hansı dərəcəli yanıqlar dərin yanıqlara aid edilir?
A)
III A - II
B) III B - III A
C) ΙII B - IV
D)
IV - III A