Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 İmalə üçün istifadə olunmuş ucluqlar istifadədən sonra nə edilir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə166/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   162   163   164   165   166   167   168   169   ...   274
Tibb bacisi test suallari

615. İmalə üçün istifadə olunmuş ucluqlar istifadədən sonra nə edilir? 
A) Salfetlə silinir 
B) Sterilizasiyaya göndərilir 
C) Axar su altlnda yuyulur 
D) Dezinfeksiya edilir


174 
E) Yandırılır 
3%-li xloramin məhlulunda 60 dəq saxlanılır, sonra axar su altında yuyulub 
qurudulur. 
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 46) N.P.Paleyev Bakı-1991 
616.İmalə üçün istifadə olunan ucluqlar neçə faizli xloramin məhlulunda 
dezinfeksiya olunur? 
A) 5%-li 
B) 3%-li
C) 10%-li 
D) 1%-li 
E) 6%-li 
İmalədən sonra istifadə olunan ucluqlar 3%-li xloramin məhlulunda 60 dəqiqə 
dezinfeksiya edilir sonra axar su altında yuyularaq qurudulur.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 47) N.P.Paleyev Bakı-1991 
617. Qanköçürmədən sonra flakonda müayinə üçün saxlanılan qanın
maksimum saxlanma müddəti nə qədərdir? 
A) 48 saat 
B) 24 saat
C) 12 saat 
D) 6 saat 
E) 2 saat 
Xəstədə heç bir reaksiya olmadıqda belə 24 saat ərzində köçürülən qandan 5-10ml 
flakonun dibində saxlanılır ki,gecikmiş reaksiyalar olarsa, reaksiyaların səbəbləri
aydınlaşdırılsın. 
Ədəbiyyat: : Ümumi cərrahlıq. (səh 175) B.X.Abasov Bakı-1987 
618. Anamnezində bu xəstəlikləri keçirmiş insanlar donor ola bilməz? 
A) Qrip 
B) Su çiçəyi 
C) Hepatit
D) Orxit 
E) Qızılca
Donorun qanı sifilisə, QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) infeksiyasına, 
brüselyoza, tülyaremiyaya, vərəmə, malyariyaya, hepatitlərə qarşı yoxlanılır. Hepatit 
xəstəliyi keçirdən insanlar donor ola bilməz.
Ədəbiyyat: Ümumi cərrahlıq.(səh 167) B.X.Abasov Bakı-1987 
 
619. Hansı dərəcəli yanıqlar dərin yanıqlara aid edilir? 
A) III A - II 
B) III B - III A 
C) ΙII B - IV
D) IV - III A 


175 
E) I - III B 
Yanıqların dərinliyi onların dərəcəsi ilə müəyyən edilir:I dərəcəli yanıqda dəri 
qızarır və şişir, II dərəcəli yanıqda-dərinin üzərində, içərisində açıq seroz maye olan 
suluqlar əmələ gəlir;III A dərəcəli yanıqda dərinin üst qatları nekrozlaşır. III B 
dərəcəli yanıqda dərinin bütün qatları nekrozlaşır.IV dərəcəli yanıqda bütün 
toxumalar hətta sümük toxuması da nekrozlaşır.I-III A dərəcəli yanıqlar səthi,III 
B_IV dərəcəli yanıqlara aid edilir. 
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 281) N.P.Paleyev Bakı-1991 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin