170
600.Yenidoğulmuşda bişməcə bədənin hansı hissələrində müşahidə edilir?
A) Əlin içində
B) Başın tüklü hissəsində
C) Bütün bədəndə
D) Təbii büküşlərdə və sağrıda
E) Üzdə
Yenidoğulmuşun dərisi zərif və incə olub,piy vəziləri də yaxşı inkişaf etmiş olur. Dəri
bişməcələri uşağı gec-gec çımizdirdikdə, isti saxladıqda əmələ gəlir .Ona görə də
uşağa düzgün gigiyenik qulluq edilməlidir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 175
601.Hemofiliya necə xəstəlik sayılır?
A) İrsi
B) İnfeksion
C) Allergik
D) Xroniki
E) Kəskin
Hemofiliya qanda laxtalanma amillərinin çatmaması nəticəsində əmələ gələn irsi qan
xəstəliyidir. Belə uşaqların qanı gec laxtalanır,qanaxmaya meyilli olur.
Ədəbiyyat:Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр
358
BÖLMƏ III
602. 10%-li məhlul hazırlamaq üçün nə qədər xlorlu əhəng götürmək lazımdır?
A) 5 litr suya 1kq
B) 9.9 litr suya 100q
C) 10 litr suya 1kq
D) 10 litr suya 100q
E) 9 litr suya 100q.
Xlorlu əhəng kəskin xlor iyi verən ağ tozdur.Təsiredici maddə aktiv
xlordur.Tərkibində aktiv xlor 25%-dən az olmamalıdır. Əsas məhlulu hazırlamaq
üçün 1kq xlorlu əhəng 10 litr suya tökülür (emallı vedrədə) 24 saat ağzı bağlı
saxladıqdan sonra tənzifdən süzülür, qalıq xlorlu əhəng atılır. Sonra süzülmüş hissə
tünd şüşə qablara tökülüb, sərin, qaranlıq yerdə saxlanılır.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. N.P.Paleyev Bakı-1991 (səh.199-200)
Dostları ilə paylaş: