173
Klostridilər oksigensiz mühitdə yaşayaraq inkişaf edən, spor əmələ gətirən
mikroorqanizmlərdir. 4 növü var: Cl. oedematiens, Cl.perfringens, Cl. septrcum və
Cl. histolyticum.Çox vaxt xəstəliyin inkişafında bu bakteriyaların bir neçəsi iştirak
edir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. (səh 147).
612. Hipertonik imalə üçün natrium-xlorun neçə faizli məhlulu işlədilir?
A) 15%
B) 2%
C) 10%
D) 20%
E) 0.5%
Hipertonik imalə peristaltikanı birdən-birə artırmadan bağırsaqları yumşaldır.
Natrium-xlorun 10-li hipertonik məhlulundan ilıq halda 100-200ml imalə üçün
işlədilir.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 47) N.P.Paleyev Bakı-1991
613.Mədəyə zond salınarkən nə üçün püskürmə (aerozol) şəklində anesteziya
etmək olmaz?
A) Burunla tənəffüsü çətinləşdirir
B) Qida borusunun əzələsini yumşaldır
C) Udma və qusma reflekslərini zəiflədir
D) Yuxarı tənəffüs yollarını daraldır
E) Zondu udarkən burula bilər
Anesteziya edici maddə udlağın selikli qişasını və dilin kökünü anesteziya edir, udma
aktı pozulduğu üçün zondu udmaq mümkün olmur. Udma və qusma aktı refleksləri
olmadığı üçün çox çətinliklər yaranır.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 65) N.P.Paleyev Bakı-1991
614.Mədənin zondlanmasında hansı anesteziya növündən istifadə olunur?
A) 5%-li sovkainlə
B) 10%-li lidokainlə
C) Ümumiyyətlə anesteziya olunmur
D) 3%-li trimekainlə
E) 0.5%-li novokainlə
Anestetik maddə refleksləri aradan qaldırdığı üçün heç bir anesteziya növündən
istifadə edilmir.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 65) N.P.Paleyev Bakı-1991
Dostları ilə paylaş: