182
D) Anestezist tibb bacısı
E) Palata tibb bacısı
Premedikasiya xəstənin dərman preparatları ilə əməliyyata hazırlanmasıdır.
(Əməliyatdan 40 dəqiqə əvvəl) həkim anestezioloq dərmanları təyin edir.1 ml 1%-li
promedol 0.1%-li 1 ml atropin və 1 ml 1%-li dimedrol istifadə edilir.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 189
648.Yataq yaralarının profilaktikası üçün hansı tədbir görülmür?
A) Rezin halqanın qoyulması
B) Tənəffüs gimnastikası
C) Xəstənin yataqda çevrilməsi
D) Dərinin kamforalı spirtlə silinməsi
E) Yataq ağlarının ütülənməsi
Ağciyərlərdə durğunluq və pnevmoniyanın profilaktikası üçün tənəffüs gimnastikası
tətbiq edilir.Tənəffüs gimnastikası yataq yarasının profilaktikası məqsədilə
aparılmır.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 197
649. Kəsilmiş təzə yaranın ən təhlükəli simptomu hansıdır?
A) Demarkasiya xətti
B) Yara ətrafında suluqlar
C) İltihab
D)
Qanaxma
E) İkincili nekroz
Yaranın 3 əsas yerli simptomu var: ağrı, qanaxma və yara ağzı. Lakin ən təhlükəli
simptom qanaxma hesab edilir.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 312
Dostları ilə paylaş: