181
C) Gips sarğısı
D) Okkluzyon sarğı
E) Dezo sarğısı
Döş qəfəsi zədələnmələri içərisində ən qorxulu ağırlaşmalardan biri
pnevmotoraksdır, yəni plevra boşluğuna hava yığılmasıdır. Ağciyər deşikdikdə hər
dəfə nəfəs aldıqda, plevra boşluğuna dolan hava tədricən ağciyəri sıxışdırıır
(atelktaz) yaranır. Güllə, qəlpə və bıçaq yaralarında plevra boşluğunda təzyiq
atmosfer təzyiqindən aşağı olduğu üçün bura bayırdan hava daxil olur. Bunun
qarşısını almaq üçün okkluzyon (hermetik) sarğı qoyulur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh 299.
644. Bərk sarğılara hansı sarğı aiddir?
A) Kolloid sarğı
B) Yapışqanlı sarğı
C) Leykoplastrlı sarğı
D) Gips sarğısı
E) Bint sarğısı
Bədənin sınmış hissəsinə tam rahatlıq vermək üçün gips sarğılarından istifadə edilir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
645.Flakonda qanın infeksiyalaşmasını göstərən əlamət hansıdır?
A) Qan üç qatlı, plazma isə şəffafdır
B) Plazma çəhrayı rəngdədir
C) Plazma şəffafdır
D) Plazma bulanlıq, fibrin lopalar şəklindədir
E) Plazma sarı rəngdə, şəffafdır
Qan infeksiyalaşdıqda təbəqələr arasında sərhəd itmir. Plazma bulanır, topalarla
sapa və çöpəbənzər liflər və qan laxtaları rast gəlinir.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 164
Dostları ilə paylaş: