Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Aralıq nahiyyəsində hansı sarğı növü istifadə olunur?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə180/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   176   177   178   179   180   181   182   183   ...   274
Tibb bacisi test suallari

675.Aralıq nahiyyəsində hansı sarğı növü istifadə olunur?
A) Sünbülvari
B) Sapandvari
C) T-şəkilli
D) Spiralvari
E) Dairəvi
Aralıq nahiyəsində aparılan əməliyyatlardan sonra, aralıq nahiyəsinin travmalarında 
və irinli yaraların müalicəsində T-şəkilli sarğı qoyulur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.307 
676.Bərk sarğılara hansı sarğı növü aiddir? 
A) Kolloid
B) Kleol
C) Yapışqan plastik
D) Gips
E) Torlu elastiki bint
Bədənin sınmış yerinə tam rahtlıq vermək üçün gips sarğılardan istifadə edilir. Ətrafı
sabit saxlayır yaraya infeksiyanın düşməsinin qarşısını alır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.312 
677. Donor kimə deyilir?
A) Qan köçürülən şəxsə
B) Qanaxmaya meyilli şəxsə
C) Qan azlığı olan şəxsə
D) Qanını və ya orqanını digər insana verən şəxsə
E) İnfuzion maye köçürülən şəxsə
Donor dünyada qəbul edilmiş termindir. Qanını və orqanını verən şəxs donor 
adlanır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 347 
678.Resipient kimə deyilir?
A) Qan köçürülən şəxsə
B) Orqan və ya qanını digər insana verən şəxsə
C) Qan itirməsi olan şəxsə
D) Sağalan şəxsə
E) Qanaxmaya meyilli şəxsə
Resipiyent qan köçürülən insana (şəxsə) deyilir.


190 
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.346
679.Reinfuziya nədir? 
A) Birbaşa qanın köçürülməsi
B) Cift qanının köçürülməsi
C) Konservləşdirilmiş qanın köçürülməsi
D) Auto qanın köçürülməsi
E) Util qanın köçürülməsi
Maksimum bir neçə saat əvvəl xəstənin döş və qarın boşluğuna dolmuş qanın təzədən 
xəstənin özünə köçürülməsinə reinfuziya deyilir. Heç bir sınaq və müayinə aparılmır 
. Stabilləşdirmək üçün 1:10 nisbətində 4%-li natrium sitrat əlavə edilir. 8 qat 
tənzifdən süzülür.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.353 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin