Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 II dərəcəli donma üçün xarakterik əlamət hansıdır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə176/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   172   173   174   175   176   177   178   179   ...   274
Tibb bacisi test suallari

 
659. II dərəcəli donma üçün xarakterik əlamət hansıdır? 
A) Bütün dərinin nekrozu
B) Dəri səthinin avazıması
C) Epidermisin nekrozu və suluqların əmələ gəlməsi
D) Bütün toxuma qatlarının və sümüyün nekrozu


185 
E) Dərinin hiperemiyası
Dəri avazıyır, şişir içərisində şəffaf maye olan suluqlar əmələ gəir.Sarğılar gec-gec 
dəyişilməli, donmuş yerə isidici sarğı qoyulur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287. 
660.Kəllə-beyin travmasının olmasını göstərən əsas simptom hansıdır?
A) Temperaturun yüksəlməsi
B) Xvostek simptomu 
C) Retroqrad amneziya
D) Baş ağrıları
E) Hallüsinasiyalar
Kəllə-beyin travmaları arasında ən çox rast gəlinən beyin silkələnməsidir. O yüngül 
orta, ağır dərəcələrə bölünür. Bütün formalarda xəstənin huşu pozulur. Retroqrad 
amneziya yaranır. Xəstədə güclü baş ağrıları, qulaqlarında küy, qusma, yuxunun 
pozulması və s. müşahidə olunur.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh.228
661.Pnevmotoraks nədir?
A) Döş qəfəsinə qanın toplanması
B) Döş qəfəsinə irinin toplanması 
C) Döş qəfəsinə havanın daxil olması
D) Döş qəfəsinə mayenin toplanması
E) Hamısı
Döş qəfəsinə havanın daxil olması pnevmotoraks adlanır. Dəri altı küt travmalar 
zamanı qabırğaların yerini dəyişən qəlpəli sınıqları ağciyər parenximasını və 
plevranı zədələyir: bu zaman pnevmotoraks əmələ gəlir. Pnevmotoraks 3 
formada:qapalı,açıq və qapaqlı (klapanlı) olur. 
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 233 
662. Çanaq sümüklərinin sınığı zamanı ən təhlükəli sınıq hansı hesab olunur?
A) Büzdüm sümüyünün sınığı
B) Çanaq sümüklərinin tamlığının pozulmaması
C) Qasıq qabarının sınığı
D) Oturaq sümüyünün sınığı
E) Çanaq sümüklərinin tamlığının pozulması
Çanaq həlqəsinin tamlığının pozulması ilə nəticələnməyən izolyasiya olunmuş(təcrid 
edilmiş) sınıqlara əzələlərin birləşdiyi yerdə sümük fraqmentlərinin qopması,qalça 
sümüyünün qanadının və omanın sınıqları aiddir. Büzdüm fəqərələri hərəkətli 
olduğundan büzdüm fəqərələrinin sınıqlarına demək olar ki, rast 
gəlinmir.Çıxıqlarına və burxulmalarına rast gəlinir. 


186 
Çanaq həlqəsinin tamlığının pozulması ilə nəticələnən sınıqlar üçün “Həlqə 
şəklində qoğal “(правило бублика)qaydası səciyyəvidir. “Həlqə şəklində qoğal” ən 
az 2 yerdən qırılır.Bir
 
tərəfdə qasıq və oturaq sümüklərindən birinin və ya hər 
ikisinin sınığı varsa onda digər tərəfdə də mütləq çanaq həlqəsinin başqa 
lokalizasiyalı zədələnməsini(əks tərəfdə ön yarımhəlqənin sümüklərinin 
zədələnməsi,simfizin və ya oma-qalça bağının cırılması) axtarmaq lazımdır. 
Çanaq sümüklərinin (qasıq, oturaq, qalça) həm ayrıca sınıqlarına, həm də bir neçə 
sümüyün eyni vaxtda sınıqlarına təsadüf edilir. Nəticədə çanağın tamlığı pozulur və 
çanaqdaxili orqanlar zədələnir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 299 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin