Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Cərrahi əməliyyatlar zamanı drenajlar nə üçün qoyulur?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə174/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   170   171   172   173   174   175   176   177   ...   274
Tibb bacisi test suallari

650.Cərrahi əməliyyatlar zamanı drenajlar nə üçün qoyulur? 
A) Epitelizasiyanı sürətləndirmək üçün 
B) Qanaxmanı dayandırmaq üçün
C) Yara ifrazatını çıxarmaq üçün
D) Yaranı təftiş etmək üçün
E) Çapıq əmələ gəlməsi üçün
 Drenajlar irinli yaraların müalicəsində yerli müalicə vasitəsi kimi işlədilir. Məqsəd 
yaraya drenaj qoymaqla qranulyasiyanın əmələ gəlmə prosesini sürətləndirməkdir.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 322 
651. I-II dərəcəli termiki yanıq zamanı həkiməqədərki yardım hansıdır? 
A) Süni ağciyər aparatına qoşma və ürəyin masajı 
B) Tənəffüsü yaxşılaşdırmaq üçün analeptiklər yeritmək 
C) Yanıq sahəsindən yuxarıda turna qoymaq
D) Aseptik sarğı qoyub,təcili yardım çağırmaq
E) Antibiotiklər yeritmək 


183 
I-II dərəcəli yanıqlar səthi yanıqlara aiddir. Bütün hallarda fərdi sarğı paketi və ya
steril bintlə sarğı qoyulmalıdır. Ətraflarda I-II dərəcəli yanıqlar olduqda 10-15 
dəqiqə axar soyuq su altında saxlanmalıdır. 
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 292 
 
652.Limfadenit aşağıdakılardan hansının iltihabıdır? 
A) Piy vəzinin iltihabı 
B) Tər vəzilərinin iltihabı
C) Tük follikulunun iltihabı
D) Limfa düyünlərinin iltihabı
E) Oynaqların iltihabı
Limfadenit limfatik vəzilərin iltihabıdır. Xəstədə limfadenit olan ətrafın filliyi (fil 
ayağı xəstəliyi) başlayır.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 348 
653.Yaş qanqrena zamanı ilk tibb yardım hansıdır? 
A) Antibiotiklərdən istifadə etmək 
B) Spirtli kompreslər qoymaq
C) Təcili hospitalizə etmək
D) Kalium permanqanat məhlulu ilə vanna etmək
E) Qanəvəzedici köçürmək
Yaş qanqrena çox vaxt daxili orqanlarda:boğulmuş yırtıqda, bağırsaq 
keçməməzliyində, aşağı ətraf qan damarlarının kəskin trombemboliyasında, ağır 
yaralanmadan ,qan dövranının kəskin pozulmasından sonra əmələ gəlir.Toxumalarda 
parçalanmış məhsullar orqanizmə sorularaq ağır intoksikasiya törədir ki,bu quru 
qanqrenada olmur.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 459 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin