Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Əməliyyatdan sonrakı dövrdə sidik ləngiməsinə qarşı aparılan tədbir



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə188/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   184   185   186   187   188   189   190   191   ...   274
Tibb bacisi test suallari

707. Əməliyyatdan sonrakı dövrdə sidik ləngiməsinə qarşı aparılan tədbir 
hansıdır? 
A) Sidikqovucular vermək 
B) Qarnın aşağı hissəsinə soyuq qoymaq
C) Sidik kisəsinə kateter qoymaq
D) Vena daxilinə 5%-li qlükoza yeritmək
E) Dərialtına 0,1%-li - 1,0 atropin yeritmək
Əməliyyatdan sonra xəstədə operasion travmanın təsirindən sidik ləngiməsi ola bilir, 
bunu aradan qaldırmaq üçün tibb bacısı sidik kisəsinə kateter qoymalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 280
 
708. Boğulmuş yırtıqlarda ilkin olaraq xəstəyə nə edilməlidir? 
A) Yırtıq qapısından içəri salınmalıdır
B) Spazmolitik dərman preparatı yeridilməlidir 
C) Xəstə təmizləyici imalə olumalıdır 
D) Xəstə təcili hospitalizə olunmalıdır
E) Xəstənin mədəsi yuyulmalıdır
Boğulmuş yıtıqlarda yırtıq kisəsinin içərisinə tutumundan çox orqan və ya toxumalar 
keçir və geriyə qayıda bilmədiyi üçün boğulur. Bu zaman kəskin ağrı,şişkinlik hətta 
peritonit və bağırsaq keçməməzliyi əlamətləri başlayır. Bəzən kisənin içərisindəki 


198 
orqanlar nekrozlaşdığı üçün xəstə təcili hospitalizasiya edilməli və əməliyyat 
olunmalıdır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 
244 
709. Mədə-bağırsaq qanaxması zamanı həkimə qədər hansı yardım göstərilir? 
A) Soyuq, smazmolitiklər 
B) Kalsium-xlorid, ağrıkəsici preparatlar
C) Sakitlik, soyuq qoymaq, vikasol vurmaq, hospitalizasiya etmək
D) Ürək preparatları
E) Analgetiklər, damargenəldicilər yeritmək 
Mədə-bağırsaq qanaxması zamanı qısa zaman ərzində xəstə çox qan itirir,kollaps və 
şok əmələ gələ bilər.Bu ağırlaşmaların qarşısını almaq üçün xəstəyə sakitlik verilir 
(hər bir hərəkət qanaxmanı artırır), qarın nahiyəsinə soyuq kompress, buz qovuğu 
qoyulur,qanın laxtalanmasını artıran preparat vurulur və hospitalizasiya edilir. 
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. 
Səh. 337 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin