Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Təmizləyici imalə zamanı xəstə hansı vəziyyətdə olamalıdır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə191/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   187   188   189   190   191   192   193   194   ...   274
Tibb bacisi test suallari

 
717.Təmizləyici imalə zamanı xəstə hansı vəziyyətdə olamalıdır? 
A) Arxası üstə
B) Sağ tərəfi üstə
C) Sol tərəfi üstə və ayaqlar qarına yığılmış vəziyyətdə
D) Diz-dirsək vəziyyətində
E) Qarın üstə
Düz bağırsaq sol qalça çuxuru nahiyyəsində yerləşdiyi üçün mayenin daha asan 
bağırsağa qovulması məqsədilə xəstə sol tərəfi üstə sol ətraf qarına yığılmış 
vəziyyətdə olmalıdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.41
 
718. Köçürülən qan hansı dərəcəyə qədər qızdırılmalıdır? 
A) 40-41C
0
B) 38-40 C
0
C) 37-38 C
0
D) 33-35 C
0
E) 42-44 C
0
Bədən temperaturuna uyğun olması üçün köçürülən qan 37-38
C
0
-yə qədər 
qızdırılmalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 315 
 
 
719.Buz qovuğu əməliyyat sahəsində nə qədər saxlanmalıdır? 
A) 1 saat
B) 15 dəqiqə 
C) Buz əriyənə qədər


201 
D) 45 dəqiqə
E) 30 dəqiqə
Buz əriyənə qədər buz qovuğu əməliyyat sahəsində saxlanılır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 287 
720.Venadan qan götürərkən turna nə vaxt açılır? 
A) İynəni çıxardıqdan bir neçə dəqiqə sonra
B) İynəni çıxarandan sonra
C) Venapunksiyadan sonra
D) İynəni çıxarmamışdan əvvəl
E) 3 dəqiqə sonra
İynə venadan turna açılmamış çıxarılarsa venadan qan xaric olar. Bunu nəzərə alıb 
iynəni çıxarmamış turnanı açmaq lazımdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 28 
 
721.Hidroadenit əmələ gəlməsində risk faktoru hansıdır? 
A) Hipervitaminoz
B) Çox miqdarda qida qəbulu
C) Şəxsi gigiyenaya riayət etməmək
D) Dəridə quruluq
E) Çoxlu maye qəbulu
Hidrodenit - tər vəzilərinin iltihabıdır. Bu vəzilərə infeksiya düşdükdə əmələ gəlir. 
Şəxsi gigiyenaya riayət etmədikdə hidrodenit əmələ gəlməsi riski çoxalır.
Ədəbiyyat:.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 135 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin