Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Yuxu arteriyası zədələnərsə qanaxmanı necə saxlamaq olar?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə194/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   190   191   192   193   194   195   196   197   ...   274
Tibb bacisi test suallari

 
729.Yuxu arteriyası zədələnərsə qanaxmanı necə saxlamaq olar? 
A) Yaranı tamponada etməklə
B) Boyna jqut qoymaqla
C) Yaranın üzərinə sıxıcı sarğı qoymaqla
D) Yuxu arteriyasını barmaqla VI boyun fəqərəsinin köndələn çıxıntısına sıxmaqla
E) Yaraya qan saxlayıcı alət qoymaqla
Yuxu arteriyası zədələrkən qan təzyiqlə axır və çox qısa müddətdə çoxlu qan itirməyə 
səbəb olduğuna görə ölümə səbəb olur. Bu səbəbdən də vaxt itirmədən yuxu 
arteriyası barmaqla VI boyun fəqərəsinin köndələn çıxıntısına sıxılır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77 
730. Əməliyyat və sarğı otağının havası necə mikrobsuzlaşdırmaq necə 
mkrobsuzlaşdırılır? 
A) Divarlar və döşəmələr xloraminlə yuyulur
B) Pəncərələrə tor tutulur
C) Otaqdakı əşyaların üzərini nəm əski ilə silinir
D) Bakteriosid lampalarla şüalandırılır
E) Otağa aerozol çilənir
Bütün üsulların hamsında əməliyyat və sarğı otağının havasında mikrob qalır, yalnız
bakteriosid lampalarla şüalandırıldıqdan sonra mikroblar məhv olur.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 41 
731. Əməliyyat bloku əsaslı olaraq neçə gündən bir təmizlənir? 
A) İki həftədən bir
B) Ayda bir dəfə


204 
C) Hər gün
D) Həftədə bir dəfə
E) İldə bir dəfə
Əməliyyat bloku həftədə bir dəfə böyük tibb bacısının qrafiki əsasında əməliyyat 
təyin olunmayan gün əsaslı olaraq təmizlənilir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 
41 
732. Hava damcı infeksiyasının qarşısını almaq üçün tibb işçiləri nədən istifadə 
edilir? 
A) Aerozol çiləyirlər
B) Xalat və əlcək geyinirlər
C) Əllərini tez-tez yuyurlar
D) Otağın havasını dəyişirlər
E) Maska taxılır
Damcı infeksiyalarının qarşısını almaq üçün, əməliyyat işçirakçıları və tibb işçiləri 
maska taxmalıdır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 25 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin