Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Əməliyyatdan sonrakı gün cərrahi yaranın ilkin sarğısı necə aparılır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə193/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   189   190   191   192   193   194   195   196   ...   274
Tibb bacisi test suallari

726.Əməliyyatdan sonrakı gün cərrahi yaranın ilkin sarğısı necə aparılır? 
A) Yara üzərinə məlhəm qoyulur
B) Yara hidrogen peroksid H
2
O
2
məhlulu ilə işlənməsi
C) Yara yodonatla işləndikdən sonra quru aseptik sarğı qoyulur
D) Drenajla yaranın yuyulması
E) Tikişlərin bir qisminin sökülməsi
Əməliyyatdan sonrakı gün aseptik yara olduğu üçün üzəri yenidən yodonatla işlənir 
və quru aseptik sarğı qoyulur ki, yaraya infeksiya düşməsin.
 
Ədəbiyyat: B.X.Abasov. “Ümumi cərrahlıq”. Bakı 1985. Səh. 196 
727.Yaralanma zamanı həkimə qədər göstərilən ilkin tibbi yardım hansıdır? 
A) Antibiotiklərin yeridilməsi
B) Qanaxmanın dayandırılması və gips sarğısının qoyulması
C) Qanaxmanın dayandırılması və məlhəmli sarğının qoyulması
D) Ağrıkəsicinin yeridilməsi,qanaxmanın dayandırılması və aseptik sarğının
qoyulması


203 
E) Hipertonik məhlulun qoyulması .
Təsadüfi yaralanma zamanı yaraya ətraf mühitdən infeksiyanın düşəcəyini nəzərə 
alıb üzərinə aseptik sarğı qoyulur və qanaxmanın, qorxulu ağırlaşmaların baş 
verməməsi üçün ilk növbədə qanaxma hər hansı bir üsulla saxlanılır. Yaranın 
xarakterindən asılı olaraq travmatik şokun profilaktikası üçün ağrıkəsici işlədilir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 
128 
728. Ağciyər qanaxmasında xəstəni hansı vəziyyətdə daşımaq olar? 
A) Qarnı üstə uzanmış
B) Arxası üstə uzanmış
C) Yarım oturaq
D) Sol tərəfi üstə uzanmış
E) Ayaqlar yuxarı qaldırılmış vəziyyətdə
Ağciyər qanaxmasında xəstədə təngnəfəslik əmələ gəldiyi üçün, xəstə yarım oturaq 
vəziyyətdə daşınır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 512 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin