Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Aşağı çənənin çıxığında oynağı fiksasiya etmək üçün hansı sarğı növündən



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə196/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   192   193   194   195   196   197   198   199   ...   274
Tibb bacisi test suallari

736.Aşağı çənənin çıxığında oynağı fiksasiya etmək üçün hansı sarğı növündən 
istifadə olunur? 
A) Yüyəntipli sarğıdan
B) Sapandvari sarğıdan
C) Spiralvari sarğıdan
D) Səkkizvari sarğıdan 
E) Qayıdan sarğıdan 
Enli bintin ucları iki hissəyə ayrılır və əks tərəflərdə bağlanır. Sapandvari sarğı
sarğı aşağı çənəyə, buruna, başa qoyulur. 
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 
103 
737.Tısbağavari sarğı hansı nahiyələrə qoyulur? 
A) Diz və dirsək oynaqlarına
B) Bazu oynağına
C) Aşıq-daban oynağına 
D) Boyuna
E) Ayağa 
Tısbağavari sarğı
 
diz və dirsək oynaqlarını sarımaq üçün münasibdir və qoyulma 
formasından asılı olaraq yaxınlaşan və uzaqlaşan forması var. Yaxınlaşan formada 
binti oynaqlardan yuxarıda və aşağıda dairəvi dolayıb oynaq çuxurunda çarpazlayır. 
Uzaqlaşan formada isə əksinə.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 
109 
738.Sapandvari sarğını hansı nahiyələrə qoyulur? 
A) Dizə, dirsəyə 
B) Boyuna,ələ 
C) Gözə,qulağa 
D) Buruna, çənəyə, başa
E) Gövdəyə 


206 
Sapandvari sarğıda enli bintin ucları iki hissəyə ayrılır və əks tərəflərdə bağlanır. 
Bu sarğı aşağı çənəyə, buruna, başa qoyulur. 
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı.Çıraq nəşriyyatı 2008. 
səh.276. 
739.Diş çəkildikdən sonra qanaxmanı saxlamaq üçün nədən istifadə edilir? 
A) Vikasol tabletkası verilir 
B) Ağız perekislə qarqara olunur 
C) Çənəyə soyuq kompres qoyulur 
D) Diş yuvasına steril bintdən hazırlanmış tampon qoyulur 
E) Yemək yeməmək məsləhət görülür 
Çəkilən dişin yuvasına 3%-li hidrogen-peroksid məhlulunda isladılmış steril tənzif 
kürəcik qoyulur. Qanaxmanı müvəqqəti saxlamağın bu üslundan burun və uşaqlıq 
yolu qanaxmalarında da istifadə olunur. 
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 75 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin